Pharmed.az
Kardiologiya Cəmiyyəti - EACVI - Best of Imaging 2022
Hörmətli AKC üzvləri,
8-9 Dekabr 2022-ci il tarixlərində Avropa Kardiologiya Cəmiyyətinin kardiak görüntüləmə ilə bağlı konqressi - EACVI - Best of Imaging 2022 online formatda keçiriləcək.
Rastlaşdığınız maraqlı, nadir, öyrədici klinik halların kongresdə təqdim olunması üçün sentyabr ayının əvvəlindən etibarən akc.imaging2022@gmail.com ünvanına göndərə bilərsiniz. Klinik halların göndərilməsi üçün son tarix 30 Sentyabr 2022-ci ildir. Kongreslə əlaqədar ətraflı məlumatı https://www.escardio.org/Congresses.../EACVI-Best-of-Imaging keçidindən istifadə edərək əldə edə bilərsiniz.
Maraqlı klinik hallarınız olmasına baxmayaraq, klinik halı necə hazırlayacağınızı bilmirsinizsə və ya köməyə ehtiyacınızın olduğunu düşünürsünüzsə, AKC Görüntüləmə İşçi Qrupu olaraq sizlərə kömək etməyə hazırıq. Bunun üçün klinik halın qısa xülasəsini Azərbaycan dilində akc.imaging2022@gmail.com ünvanına göndərməyiniz kifayətdir. Bütün AKC üzvlərinin aktiv olmağa dəvət edirik.
Adınızı bu mötəbər tədbirin proqramında görmək üçün tələsin!
Hörmətlə,
AKC Görüntüləmə İşçi Qrupu