0.0

Materia Medika

Erqoferon

 

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya

Ekspert Şurasının sədri

 

_____________  E.M.Ağayev

 

“28”   iyun   2019-cu il

 

 

                             Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

 

ERQOFERON    homeopatik sorma tabletlər
ERGOFERON

 

Tərkibi
Təsiredici maddə:   1 tabletin tərkibində 0,006 q* insan qamma-interferonuna qarşı affin  

                                təmizlənmiş anticisimlər, 0,006 q* histaminə qarşı affin təmizlənmiş   

                                 anticisimlər,  0,006 q* CD4-ə qarşı affin təmizlənmiş anticisimlər

                                vardır.
                                * laktoza monohidratın üzərinə müvafiq olaraq, 10012, 10030, 10050 dəfə  

                                durulaşdırılmış substansiyanın üç aktiv sulu-spirtli qarışığı şəklində çəkilir.
Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat.

 

Təsviri
Yastı-silindrik formalı, xəttli və itiqıraqlı, ağdan demək olar ki, ağa qədər rəngli tabletlərdir. Xəttli yastı tərəfin üzərində MATERIA MEDICA, digər yastı tərəfin üzərində isə ERGOFERON yazısı vardır.

 

Farmakoterapevtik qrupu
Virusəleyhinə preparat, antihistamin preparat.

ATC kodları: J05AX, R06A.

 

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Erqoferon preparatının farmakoloji aktivliyinin spektri virusəleyhinə, immunmodullaşdırıcı, antihistamin, iltihabəleyhinə təsirləri əhatə edir.
Erqoferon preparatının komponentlərinin effektivliyi, eksperimental və klinik olaraq, aşağıda göstərilən virus xəstəlikləri zamanı təsdiq olunmuşdur: qrip A və qrip B, kəskin respirator virus infeksiyaları (paraqrip, adenovirus, respirator-sinsitial viruslar, koronavirus infeksiyaları tərəfindən törədilmiş), herpes virusu infeksiyaları (labial herpes, oftalmoherpes, genital herpes, kəmərləyici herpes, suçiçəyi, infeksion mononukleoz), virus etiologiyalı kəskin bağırsaq infeksiyaları (kalisivirusların, koronavirusların, rotavirusların, enterovirusların törətdikləri), enterovirus və meninqokokk meningitləri, böyrək sindromu ilə müşayiət olunan hemorragik qızdırma, gənə ensefaliti.
Preparat bakterial infeksiyaların (psevdovərəm, göyöskürək, iyesinioz, atipik törədicilər daxil olmaqla, müxtəlif etiologiyalı pnevmoniya, (M.pneumoniae, C.pneumoniae, Legionella spp.)) kompleks müalicəsində istifadə olunur, virus infeksiyalarının bakterial ağırlaşmalarının profilaktikası üçün işlədilir, superinfeksiyaların inkişaf etməsinin qarşısını alır. Preparatın pre- və postvaksinal dövrdə istifadə olunması vaksinasiyanın effektivliyini yüksəldir, postvaksinal immunitetin formalaşdığı dövrdə KRVİ-nin və qripin qeyri-spesifik profilaktikasını təmin edir. Erqoferon preparatrı qeyri-qrip etiologiyalı KRVİ-ə qarşı profilaktik effektivliyə malikdir, postvaksinal dövrdə interkurrent xəstəliklərin inkişaf etməsinin qarşısını alır.
Preparatın tərkibinə daxil olan komponentlər müvafiq olaraq, CD4 reseptorun və həmçinin, qamma-interferona (İFN-γ) və histaminə qarşı reseptorların funksional aktivliyinin yüksəlməsi şəklində vahid təsir mexanizminə malikdirlər ki, bu da şiddətli immunotrop təsirlə müşayiət olunur.
Eksperimental təsdiq olunmuşdur ki, qamma-interferona qarşı anticisimlər aşağıdakı təsirlərə malikdirlər: İFN-γ, İFN-α/β və həmçinin onlarla əlaqəli interleykinlərin (İL-2, İL-4, İL-10 və s.) ekspressiyasını artırırlar, İFN-ın liqand-reseptor qarşılıqlı təsirlərini yaxşılaşdırırlar, sitokin statusu bərpa edirlər; orqanizmin virusəleyhinə təbii tolerantlığının mühüm faktoru olan, İFN-γ-ya qarşı təbii anticisimlərin konsentrasiyalarını və funksional aktivliyini normalaşdırırlar; interferon-asılı bioloji prosesləri stimullaşdırırlar: I-ci, II-ci tip və Fc-reseptorların əsas histo-uyğunluq kompleksi antigenlərinin ekspressiyasının induksiyasını, monositlərin aktivləşməsini, NK-hüceyrələrin funksional aktivliyinin stimullaşmasını, Th1 və Th2 qarışıq immun cavabı aktivləşdirərək, immunoqlobulinlərin sintezinin tənzimlənməsini.
Ehtimal olunur ki, CD4-ə qarşı anticisimlər, göstərilən reseptorun allosterik modulyatorları olmaqla, CD4 reseptorun funksional aktivliyini tənzimləyirlər ki, bu da CD4 limfositlərin funksional aktivliyinin yüksəlməsinə, CD4/CD8 immun-tənzimləyici indeksin və həmçinin immun-kompetent hüceyrələrin subpopulyasion tərkibinin (CD3, CD4, CD8, CD16, CD20) normalaşmasına gətirib çıxarır.
Histaminə qarşı anticisimlər periferik və mərkəzi H1-reseptorların histamin-asılı aktivləşməsini dəyişirlər və beləliklə, bronx saya əzələlərinin tonusunu aşağı salırlar, kapilyarların keçiriciliyini azaldırlar ki, bu da rinoreyanın (burun axması) davametmə müddətinin və şiddətinin aşağı düşməsinə, burunun selikli qişasının ödeminin, öskürəyin və asqırmanın azalmasına və həmçinin, tosqun hüceyrələrdən və bazofillərdən histaminin azadolamsının, leykotrienlərin hasilatının, adgeziya molekullarının sintezinin tormozlanması, allergenlə kontakta qarşı reaksiyalarda eozinofillərin xemotaksisinin və trombositlərin aqreqasiyasının aşağı düşməsi hesabına, allergik reaksiyaları müşayiət edən infeksion prosesin şiddətinin zəifləməsinə gətirib çıxarır.
Kompleks preparatın komponentlərinin birlikdə istifadəsi, onun tərkibinə daxil olan komponentlərin virusəleyhinə aktivliyinin güclənməsi ilə müşayiət olunur.
Farmakokinetikası
Müasir fiziki-kimyəvi analiz üsullarının həssaslığı (qaz-maye xromatoqrafiyası, yüksəkeffektiv maye xromatoqrafiyası, xromato-kütlə spektrometriyası) bioloji mayelərdə, orqan və toxumalarda Erqoferon preparatının aktiv komponentlərinin miqdarını qiymətləndirmək imkanı vermir ki, bu da preparatın farmakokinetikasının öyrənilməsini texniki olaraq, qeyri-mümkün edir.

 

İstifadəsinə göstərişlər
Qrip A və B-nin profilaktikası və müalicəsi.
Paraqrip virusunun, adenovirusun, respirator-sinsitial virusun, koronavirusların törətdikləri kəskin respirator virus infeksiyalarının profilaktikası və müalicəsi.
Herpes viruslarının (labial herpes, oftalmoherpes, genital herpes, süçiçəyi, kəmərləyici herpes, infeksion mononukleoz) profilaktikası və müalicəsi.
Virus etiologiyalı kəskin bağırsaq infeksiyalarının (kalisivirusların, adenovirusların, koronavirusların, rotavirusların, enterovirusların törətdikləri xəstəliklər) profilaktikası və müalicəsi.
Enterovirus və meninqokokk meningitlərinin, böyrək sindromu ilə müşayiət olunan hemorragik qızdırmanın, gənə ensefalitinin profilaktikası və müalicəsi.
Bakterial infeksiyaların (psevdovərəm, göyöskürək, iyesinioz, atipik törədicilər daxil olmaqla, müxtəlif etiologiyalı pnevmoniya, (M.pneumoniae, C.pneumoniae, Legionella spp.)) kompleks müalicəsində istifadə olunur;  virus infeksiyalarının bakterial ağırlaşmalarının profilaktikası, superinfeksiyaların qarşısının alınması.

 

Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək fərdi həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın tərkibinə laktoza monohidrat daxildir, bu səbəbdən onu, anadangəlmə qalaktozemiyadan, qlükoza və ya qalaktoza malabsorbsiya sindromundan və ya anadangəlmə laktaza çatışmazlığından əziyyət çəkən pasiyentlərə təyin etmək tövsiyə olunmur.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
İndiyə qədər digər dərman preparatları ilə uyuşmazlıq halları qeydə alınmayıb.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Erqoferon preparatının istifadəsinin təhlükəsizliyi öyrənilməyib. Preparatın istifadəsi üçün zərurət yarandıqda, risk/fayda nisbətini nəzərə almaq lazımdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Erqoferon preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

 

İstifadə qaydası və dozası
Daxilə, qida qəbulundan kənar vaxtda qəbul etmək lazımdır. Tableti tam sorulana qədər ağızda saxlamaq lazımdır, udmaq olmaz.
6 aylıqdan böyük uşaqlar. Kiçik yaşlı uşaqlara (6 aylıqdan 3 yaşa qədər) preparatı təyin etdikdə, tableti otaq temperaturunda az miqdar (1 xörək qaşığı) qaynadılmış suda həll etmək tövsiyə olunur.
Müalicənin 1-ci günü aşağıdakı sxem üzrə 8 tablet qəbul etmək lazımdır: ilk 2 saat müddətində hər 30 dəqiqədən bir 1 tablet (2 saat müddətində cəmi 5 tablet), sonra həmin gün ərzində bərabər zaman intervalları ilə daha 3 dəfə 1 tablet qəbul etmək lazımdır. 2-ci gün və daha sonra tam sağalana qədər gündə 3 dəfə 1 tablet qəbul etmək lazımdır.
Virus infeksiyalarının profilaktikası üçün – gündə 1-2 tablet qəbul etmək lazımdır. Profilaktik kursun tövsiyə olunan davametmə müddəti fərdi müəyyən olunur və 1-6 ay təşkil edə bilər.
Zərurət yarandıqda, preparatı digər virusəleyhinə və simptomatik preparatlarla birlikdə istifadə etmək olar.

 

Əlavə təsirləri
Preparatın tərkibində olan komponentlərə qarşı yüksək fərdi həssaslıq reaksiyalarının meydana çıxması mümkündür.

 

Doza həddinin aşılması
Doza həddinin aşılması baş verdikdə, preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqəli, dispepsik hallar müşahidə oluna bilər.

 

Buraxılış forması
Homeopatik sorma tabletlər. 20 tablet, polivinilxlorid örtüklü və alüminium folqa konturlu- yuvalı qablaşdırmada. 1, 2 və ya 5 konturlu yuvalı qablaşdırm, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti
25° C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

 

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi və Rusiya Federasiyası ərazisində istehlakçılardan iradları qəbul edən təşkilat
“Materia Medika Holdinq” EİŞ” MMC.
Rusiya, 127473, Moskva şəh., 3-cü Samoteçnıy dal., ev 9.
Tel.:/Faks: +7 (495) 684-43-33.
“Qaynar xətt” telefonları: +7 (495) 681-09-30, +7 (495) 681-93-00.
E-mail: hotline@materiamedica.ru

 

Ünvan
Rusiya, 454139, Çelyabinsk şəh., Buquruslanskaya küç., ev 54.

 

Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat
Nümayəndəlik: “Materia Medika Holdinq “EİŞ” MMC.

Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., 8 Noyabr prosp. 15

Tel.:+994124886892.

E-mail: az@materiamedica.ru