PharmEd

pharmed

ZOLOTAYA ZVESDA 5ML BALZAM

Balzam ZVEZDOÇKA® xaricə istifadə üçün məhlul
Balm ZVEZDOCHKA®


Beynəlxalq patentləşdirilməmiş adı: mixək çiçəklərinin yağı + kamfora + Çin darçını qabığının
 yağı + istiotlu nanə yarpaqlarının yağı + evkalipt yarpaqlarının yağı + levomentol


Tərkibi
100 ml preparatın tərkibində:
Təsiredici maddələr:
Levomentol 28 q
Kamfora (rasemik) 8.88 q
İstiotlu nanə yarpaqlarının yağı 22,9 q
Evkalipt yarpaqlarının yağı 0,1 q
Mixək çiçəklərinin yağı 0,46 q
Çin darçını qabığının yağı 0,38 q
Köməkçi maddələr: Green mediol aromatizatoru, polietilenqlikol 400 (makroqol), propilenqlikol,
 səndəl ağacı yağı, qəhvəyi rəngləyici həlledici Red 3, duru paraffin.


Təsviri
Qəhvəyi-qırmızı rəngli, spesifik qoxuya malik yağlı şəffaf mayedir.


Farmakoterapevtik qrupu
Təbii mənşəli yerli qıcıqlandırıcı vasitə.
АТС kodu: R05X.


Farmakoloji xüsusiyyətləri
Preparat yerli qıcıqlandırıcı, yayındırıcı, antiseptik təsirə malikdir.
Mentol və kamfora burun boşluğu və yuxarı tənəffüs yollarında sinir ucluqlarını qıcıqlandıraraq
yüngül yanma və iynəbatma hissiyyatı yaradır, yüngül yerli ağrıkəsici təsir göstərir, həmçinin
antiseptik təsirə malikdir.
Mixək yağı antiseptik təsir göstərir və infeksiyalardan qoruyur.
Darçın yağı yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsi zamanı antiseptik təsirə malikdir.
Nanə yağı təravətləndirici, antiseptik və ağrıkəsici təsirlərə malikdir. Güclü antiseptik kimi
soyuqdəymə və qrip, tənəffüs yollarının iltihabi xəstəlikləri, öskürək, bronxit, zökəm və tənəffüs
yollarının qıcıqlanması, eyni zamanda dərinin iltihabi vəziyyətləri və onun qıcıqlanması zamanı
istifadə olunur. Baş ağrısını sakitləşdirir və əksəriyyət həşəratları uzaqlaşdırır. Orqanizmin
müqavimətini artırır.
Evkalipt yağı antiseptik xüsusiyyətlərə malikdir. Xüsusilə antibakterial və virus əleyhinə təsir
göstərir. Tənəffüs yollarının infeksiyalarının, öskürək, bronxit, boşluqların iltihabı, zökəmin
müalicəsində istifadə olunur. İltihabəleyhinə və ağrıkəsici təsir edir.


İstifadəsinə göstərişlər
Kəskin respirator virus xəstəlikəri (KRVX), qrip, başağrısı, başgicəllənmə, rinit (zökəm),
həşəratların sancması zamanı kompleks terapiyada simptomatik müalicə vasitəsi kimi.


Əks göstərişlər
- Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq,
- preparatın istifadə edilə biləcəyi nahiyələrdə dəri örtüklərinin zədələnməsi və dəri xəstəlikləri
(piodermiya, dermatit, ekzema),
- epilepsiya, qıcolmalara meyillilik, spazmofiliya, bronxial astma, göyöskürək,
- 2 yaşa qədər uşaqlar.


Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Gözə, burun və ağız boşluğu selikli qişasına, o cümlədən zədələnmiş dəri nahiyəsinə düşməsindən
çəkinmək lazımdır.
Fotosensibilizasiya riskinə görə preparatın istifadəsindən sonra günəş şüalarının təsirindən
qorunmaq lazımdır.
Balzam selikli qişalara düşdüyü halda preparatı nəm salfet vasitəsilə silmək və bol miqdarda su ilə
yumaq lazımdır.
Həkim məsləhəti olmadan uşaqlarda istifadəsi məsləhət görülmür.


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Araşdırılmayıb.


Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və ana südü ilə qidalandırma dövründə istifadə təcrübəsinin olmaması səbəbindən
hamiləlik və ana südü ilə qidalandırma dövründə istifadəsi məsləhət görülmür.


Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar
tələb edən digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.


İstifadə qaydası və dozası
Xaricə.
Preparat nazik layla dərinin ağrıyan hissələrinə çəkilir və sürtülür: baş ağrısı zamanı - gicgaha və ya
boyun nahiyəsinə; rinit (zökəm) zamanı – burun qanadlarına; soyuqdəymə xəstəlikləri zamanı kürək
və sinə nahiyəsinə. Həşəratların sancması zamanı duru balzam sancma olan yerə sürtülür.
Əgər müalicədən sonra yaxşılaşma müşahidə olunmazsa və ya simptomlar kəskinləşərsə və ya yeni
simptomlar üzə çıxarsa həkimlə məsləhətləşmək lazımdır.
Preparatı istifadə təlimatında qeyd olunmuş istifadəsinə göstərişlərə, istifadə qaydasına müvafiq
istifadə edin.


Əlavə təsirləri
Allergik reaksiyaların əmələ gəlməsi mümkündür, о halda preparatdan istifadə dayandırılmalıdır.
Balzamın qalıqları dəri üzərindən nəm salfet vasitəsi ilə silinməli və bol miqdarda su ilə
yuyulmalıdır. Əgər istifadə təlimatında qeyd edilən əlavə təsirlər və ya bu təsirlərin kəskinləşməsi
və ya istifadə təlimatında qeyd edilməyən hər hansı digər əlavə təsirlər müşahidə edilərsə bu barədə
həkimə məlumat verilməlidir.


Doza həddinin aşılması
Hazırki dövrə qədər doza həddinin aşılması halları müşahidə edilməmişdir. Preparat təsadüfən
daxilə qəbul edilərsə doza həddinin aşılması simptomları kimi mədə-bağırsaq (ürəkbulanma, qusma,
ishal, qarında ağrılar) və nevroloji (baş ağrısı, başgicəllənmə, istilik/«istilik gəlmə» hissi,
qıcolmalar, tənəffüsün zəifləməsi və koma) pozğunluqlar baş verə bilər.
Müalicə simptomatikdir. Letal nəticəyə gətirib çixara biləcəyi üçün kamfora ilə sonrakı inhalyasiya
və kiçik yaşlı uşaqlarda larinqospazm yaranma riskinə görə qusma refleksi yaradılmamalıdır.
Balzamın daxilə qəbulu zamanı dərhal həkimə müraciət etmək lazımdır.


Buraxılış forması
Xaricə istifadə üçün balzam.
5 ml balzam, yivli plastik qapaqlı şəffaf şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton
qutuya qablaşdırılır.


Saxlanma şəraiti
30°C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.


Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.


İstehsalçı
Danafa Farmasyutikal SC.
ev.253,. Dunq Si Txan Txe küç., Tхаn Тхе ray., Dananq şəh., Vyetnam.


 Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51.
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com