Pharmed

Zolotaya zvesda 5 ml balzam

Balzam ZVEZDOÇKA xaricə istifadə üçün məhlul
Balm ZVEZDOCHKA

 


Beynəlxalq patentləşdirilməmiş adı: mixək çiçəklərinin yağı + kamfora + Çin darçını qabığının 
 yağı + istiotlu nanə yarpaqlarının yağı + evkalipt 
 yarpaqlarının yağı + levomentol

 


Tərkibi

100 ml preparatın tərkibində:
Təsiredici maddələr: 
Levomentol 28 q
Kamfora (rasemik) 8.88 q
İstiotlu nanə yarpaqlarının yağı 22,9 q
Evkalipt yarpaqlarının yağı 0,1 q
Mixək çiçəklərinin yağı 0,46 q
Çin darçını qabığının yağı 0,38 q
Köməkçi maddələr: Green mediol aromatizatoru, polietilenqlikol 400 (makroqol), propilenqlikol, 
 səndəl ağacı yağı, qəhvəyi rəngləyici həlledici Red 3, duru paraffin. 

 


Farmakoterapevtik qrupu

Təbii mənşəli yerli qıcıqlandırıcı vasitə

 

 

İstifadəsinə göstərişlər

Kəskin respirator virus xəstəlikəri (KRVX), qrip, başağrısı, başgicəllənmə, rinit (zökəm), 
həşəratların sancması zamanı kompleks terapiyada simptomatik müalicə vasitəsi kimi.

 

 

Əks göstərişlər

- Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq,
- preparatın istifadə edilə biləcəyi nahiyələrdə dəri örtüklərinin zədələnməsi və dəri xəstəlikləri 
(piodermiya, dermatit, ekzema),
- epilepsiya, qıcolmalara meyillilik, spazmofiliya, bronxial astma, göyöskürək,
- 2 yaşa qədər uşaqlar

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ana südü ilə qidalandırma dövründə istifadə təcrübəsinin olmaması səbəbindən 
hamiləlik və ana südü ilə qidalandırma dövründə istifadəsi məsləhət görülmür.

 


Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar 
tələb edən digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Xaricə.
Preparat nazik layla dərinin ağrıyan hissələrinə çəkilir və sürtülür: baş ağrısı zamanı - gicgaha və ya 
boyun nahiyəsinə; rinit (zökəm) zamanı – burun qanadlarına; soyuqdəymə xəstəlikləri zamanı kürək 
və sinə nahiyəsinə. Həşəratların sancması zamanı duru balzam sancma olan yerə sürtülür.
Əgər müalicədən sonra yaxşılaşma müşahidə olunmazsa və ya simptomlar kəskinləşərsə və ya yeni 
simptomlar üzə çıxarsa həkimlə məsləhətləşmək lazımdır.
Preparatı istifadə təlimatında qeyd olunmuş istifadəsinə göstərişlərə, istifadə qaydasına müvafiq 
istifadə edin.

 

Buraxılış forması

Xaricə istifadə üçün balzam.
5 ml balzam, yivli plastik qapaqlı şəffaf şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton 
qutuya qablaşdırılır.

 


Saxlanma şəraiti

30°C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

Danafa Farmasyutikal SC.
ev.253,. Dunq Si Txan Txe küç., Tхаn Тхе ray., Dananq şəh., Vyetnam.
 Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51.
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com