Pharmed
ZOLOTAYA ZVESDA 455MG 4GR BALZAM
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Balzam ZVEZDOÇKA® xaricə istifadə üçün məlhəm
Balm ZVEZDOCHKA®
Beynəlxalq patentləşdirilməmiş adı:
Mixək çiçəklərinin yağı + Kamfora + Çin darçını qabığının yağı + İstiotlu nanə yarpaqlarının yağı +
Evkalipt yarpaqlarının yağı + Levomentol
Tərkibi
Təsiredici maddələr: 4 q məlhəmin tərkibində 0,455 q levomentol, 0,910 q rasemik kamfora, 0,530
q istiotlu nanə yarpaqlarının yağı, 0,129 q evkalipt yarpaqlarının yağı, 0,236 q
mixək çiçəklərinin yağı, 0,056 q çin darçını qabığının yağı vardır.
Köməkçi maddələr: arı mumu, parafin, susuz lanolin, vazelin, duru parafin, sarı xinolin (E104)
rəngləyicisi, qəhvəyi solvent red 3 rəngləyicisi.
Təsviri
Açıq-sarıdan qəhvəyi-sarı rəngə qədər olan, spesifik qoxuya malik bircinsli konsistensiyalı
məlhəmdir.
Farmakoterapevtik qrupu
Təbii mənşəli yerli qıcıqlandırıcı vasitə.
АТС kodu: R05X.
Farmakoloji xüsusiyyətləri
Yerli qıcıqlandırıcı, yayındırıcı və antiseptik təsirə malikdir.
Mentol (Levomenthol) – zəif yerli anestetik təsirə malikdir, dəri və selikli gişaların soyuq
reseptorlarını stimulə edir. Mentolun dəri reseptorlarına soyuducu təsiri qıcıqlanma və qaşınmanı
zəiflətməyə imkan verir, məsələn allergiyada.
Kamfora (Kamfora rasemik) – tənəffüs mərkəzini tonuslandırır və vazomotor mərkəzi stimulə edir.
Kamforanın təsiri nəticəsində periferik qan damarları daralır. Seliyin ayrılmasını asanlaşdırır. Çox
güman ki, kamfora trombositlərin aqreqasiyasını inhibə edir, bununla da əlaqədar olaraq
mikrosirkulyasiyanın yaxşılaşdırılması üçün tövsiyyə edilir. Kamforanın qaşınma əleyhinə təsiri
yəqin ki, mentol kimi soyuq reseptorlarını seçici olaraq aktivləşdirməsi ilə əlaqədardır.
İstiotlu nanə yağı – yaxşı ataptogen olub, orqanizm funksiyalarının normallaşmasına səbəb olur və
onun xarici təsirlərə davamlılığını artırır. Yağ sedativ, ağrıkəsici, antiseptik, ümumi gücləndirici,
spazmolitik təsirlərə malikdir. Kapillyar qan dövranını yaxşılaşdırır. Zökəm, qrip, sinusit zamanı
istiotlu nanə yağı tənəffüs yollarını yaxşı təmizləyir. İstiotlu nanə yağı ikili təsirə malikdir – istidə
sərinlədir, soyuqda isidir, bu səbəbdən o bədən temperaturunun normallaşdırılması üçün,
ürəkbulanma, başgicəllənmə və halsızlıq zamanı istifadə edilir. Baş ağrısı, miqren, stress,psixonevroz, həddindən artıq emosional oyanıqlıq və yorğunluq, yuxusuzluq, nevralgiyalar,
revmatizm, yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri (rinit, faringit, laringit, traxeit və s.), baş
beyin damarlarının spazmı ilə bağlı xəstəliklər, hipertoniya və qaşıntlılı dermatozlar zamanı istifadə
edilir.
Evkalipt yarpaqlarının yağı – selikli qişa reseptorlarına stimuləedici təsir göstərən yaxşı
iltihabəleyhinə və antiseptik vasitədir. Evkaliptin efir yağı inhalyasiyada yaxşı kömək edir – burun
keçəcəklərini tez və effektiv təmizləyir. Evkalipt yağı həssas sinir uclarını stimulə edir və baş
ağrıları, yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri və kataral xəstəliklər, eyni zamanda həşərat
sancması zamanı əvəzsizdir.
Mixək çiçəklərinin yağı – güclü antiseptik, spazmolitik, qüvvətləndirici və stimuləedici təsirə
malikdir. Mixək yağı dəri xoraları, həşərat sancması, ziyillərin və irinli yaraların müalicəsi zamanı
effektivdir. Mixək yağı beyin fəaliyyətini stimulə edir və zehni fəaliyyəti dəstəkləyir, konsentrasiya
qabiliyyətini yüksəldir.
Çin darçını yağı – mikrobəleyhinə təsirə malikdir, göbələklərin inkişafının qarşısını alır. Darçın qan
dövranını stimulə edərək müalicəvi təsir göstərir ki, bu da xüsusi ilə soyuqdəymə, kataral xəstəlikər,
oynaq və onurğa xəstəlikləri zamanı faydalıdır.
İstifadəsinə göstərişlər
Kəskin respirator xəstəlikehtiyyatər (KRX), qrip, başağrısı, baş gicəllənməsi, rinit (zökəm), həşəratların
sancması zamanı kompleks terapiyada simptomatik müalicə vasitəsi kimi.
Əks göstərişlər
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- preparatın istifadə edilə biləcəyi nahiyələrdə dəri örtüklərinin zədələnməsi və dəri xəstəlikləri
(piodermiya, dermatit, ekzema),
- epilepsiya, qıcolmalara meyillilik, spazmofiliya, bronxial astma, göyöskürək,
- 2 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyyat tədbirləri
Məlhəmin gözə, burun və ağız boşluğu selikli qişasına, o cümlədən zədələnmiş dəri nahiyəsinə
düşməsindən çəkinmək lazımdır.
Fotosensibilizasiya riskinə görə məlhəmin istifadəsindən sonra günəş şüalarının təsirindən
qorunmaq lazımdır.
Məlhəm selikli qişalara düşdüyü halda preparatı nəm salfet vasitəsilə silmək və bol miqdarda su ilə
yumaq lazımdır.
Həkim məsləhəti olmadan uşaqlarda istifadəsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Təsvir olunmayıb.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və ana südü ilə qidalandırma dövründə istifadə təcrübəsinin olmaması səbəbindən
hamiləlik və ana südü ilə qidalandırma dövründə istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb edən
potensial təhlükəli fəaliyyət növlərinin yerinə yetirilməsi (nəqliyyat vasitələrinin idarə edilməsi,
hərəkət edən mexanizmlərlə iş, dispetçer və operator işi) qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Xaricə.
Baş ağrıları və başgicəllənmələr zamanı məlhəm gicgah və ənsə nahiyələrinə sürtülür. Rinit
(zökəm), KRX zamanı məlhəm burun qanadlarının dərisinə, gicgah nahiyəsinə sürtülür.
Həşərat sancmaları zamanı məlhəm sancma olan yerə sürtülür.
Əlavə təsirləri
Allergik reaksiyaların əmələ gəlməsi mümkündür, о halda preparatdan istifadə dayandırılmalıdır.
Mövcud istifadə təlimatında qeyd edilməyən əlavə təsirlər müşahidə edilərsə preparatdan istifadəni
dayandırmaq və bu barədə müalicə həkiminə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Hazırki dövrə qədər doza həddinin aşılması halları müşahidə edilməmişdir. Preparat təsadüfən
daxilə qəbul edilərsə doza həddinin aşılması simptomları kimi mədə-bağırsaq (ürəkbulanma, qusma,
ishal, qarında ağrılar) və nevroloji (baş ağrısı, başgicəllənmə, istilik/«istilik gəlmə» hissi,
qıcolmalar, tənəffüsün zəifləməsi və koma) pozğunluqlar baş verə bilər.
Müalicə simptomatikdir. Letal nəticəyə gətirib çixara biləcəyi üçün kamfora ilə sonrakı inhalyasiya
və kiçik yaşlı uşaqlarda larinqospazm yaranma riskinə görə qusma refleksi yaradılmamalıdır.
Məlhəmin daxilə qəbulu zamanı dərhal həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
Xaricə istifadə üçün məlhəm.
4 q xaricə istifadə üçün məlhəm tənəkə qabda. Bir qab içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Saxlanma şəraiti
15-25°C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Danafa Farmasyutikal SC.
ev.253,. Dunq Si Thanh Khe küç., Thanh Khе ray., Dananq şəh., Vyetnam.
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com