Pharmed

ZIROMIN 200MG/5ML 30ML SUSP

ZİROMİN

Beynəlxalq patentləşdirilməmiş adı: Azithromycin

 

ZİROMİN Tərkibi

Təsiredici maddə: 1 flakonda 1200 mq (5 ml suspenziyada 200 mq) azitromisin (azitromisin dihidrat şəklində) vardır. Köməkçi maddələr: saxaroza, üç əsaslı natrium fosfat dodekahidrat, natrium benzoat, hidroksipropilsellüloza, ksantan kitrəsi, “Albalı” ətirləndiricisi, “Banan” ətirləndiricisi.

 

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün mikrobəleyhinə preparatlar. Makrolidlər.

ATC kodu: J01FA10.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası :Təsir mexanizmi: Azitromisinin təsir mexanizmi, ribosomların 50S-subvahidi ilə birləşməsi yolu ilə mikrob hüceyrəsi zülalının biosintezinin inhibə olunmasına əsaslanır ki, bu da adətən, bakteriostatik effektin meydana çıxmasına gətirib çıxarır. Farmakokinetik və farmakodinamik (FK/FD) qarşılıqlı təsir “Konsentrasiya-zaman” əyrisi altındakı sahənin (AUC) və minimal inhibəedici konsentrasiyanın (MİK) nisbəti, azitromisinin effektivliyini müəyyən edən əsas FK/FD parametrdir. Rezistentlik mexanizmi: Azitromisinə qarşı rezistentlik aşağıdakı mexanizmlərə əsaslana bilər:

- efflyuks: rezistentlik, sitoplazmatik membranın içərisində yerləşən efflyuks pompaların sayının artması ilə əlaqəli ola bilər ki, bunun da yalnız, 14- və 15-üzvlü makrolidlər (M-fenotip adlandırılan) üçün əhəmiyyəti vardır;

- hədəflərin modifikasiyası: 23S ribosomal ribonuklein turşusunun (rRNT) metilləşməsi nəticəsində, ribosomlarla birləşmə qabiliyyəti aşağı düşür ki, bu da makrolidlərə, linkozamidlərə və B qrupu streptoqraminlərinə (MLSB-fenotip adlandırılan) qarşı rezistentliyin meydana çıxmasına gətirib çıxarır;

- makrolidlərin fermentativ inaktivləşməsi minimal klinik əhəmiyyətə malikdir. M-fenotip klaritromisinə, eritromisinə və ya roksitromisinə qarşı tam çarpaz rezistentliyə gətirib çıxarır. MLSB-fenotip klindamisinə və B qrupu streptoqramininə qarşı əlavə çarpaz rezistentlik nümayiş etdirir. 16-üzvlük makrolid spiramisinə qarşı qismən çarpaz rezistentlik müşahidə olunur. 

Farmakokinetikası :Absorbsiyası: Daxilə qəbul edildikdə, qan plazmasında azitromisinin maksimal konsentrasiyaları 2-3 saatdan sonra əldə olunur, qan plazmasından yarımxaricolmanın son dövrü, toxumalardan yarımxaricolma dövrü ilə əhəmiyyətli dərəcədə müvafiqdir və 2 gündən 4 günə qədər təşkil edir. Yaşlı pasiyentlərdə (> 65 yaş), 5 gün müddətində aparılan müalicədən sonra, yaşı < 40 olan könüllülərlə müqayisədə, bir qədər yüksək AUC göstəriciləri aşkar olunmuşdur. Həmin fərqlərin klinik əhəmiyyətli olmadığını nəzərə alaraq, dozanın korreksiyası tələb olunmur. Heyvanlar üzərində aparılan tədqiqatlarda, faqositlərdə azitromisinin daha yüksək konsentrasiyaları aşkar edilmişdir. Eksperimental tədqiqatlarda, stimullaşdırılmamış faqositlərlə müqayisədə, aktiv faqositoz zamanı azitromisinin daha yüksək konsentrasiyaları müşahidə olunmuşdur. Bu, heyvan modeli üzərində aparılan tədqiqatda, yoluxma nahiyəsində azitromisinin daha yüksək konsentrasiyasının müşahidə olunmasına gətirib çıxarmışdır. Qeyri-xəttilik: Aprılan tədqiqatlardan əldə olunan məlumatlar, azitromisinin terapevtik diapazonda qeyri-xətti farmakokinetikasını təsdiq edir. Paylanması: Azitromisinin toxumalarda müşahidə olunan konsentrasiyası,qan plazması ilə müqayisədə, əhəmiyyətli dərəcədə (50 dəfə) yüksəkdir; bu da, azitromisinin toxumalarla yüksək dərəcədə birləşməsini təsdiq edir. Ağciyərlər, badamcıqlar və prostat vəzi kimi hədəf-toxumalarda, 90 % həssas ştammlar (MİK90) üçün MİK-dən daha yüksək konsentrasiyalar, gözlənilən patogenlər üçün azitromisinin 500 mq dozada birdəfəlik qəbulundan sonra əldə olunmuşdur. Azitromisinin zərdab zülülları ilə birləşməsi konsentrasiyadan asılıdır və konsentrasiya 0,5 mkq/ml olduğu halda 12 %, 0,05 mkq azitromisin/ml zərdabda olduqda isə 52 % təşkil edir. Tarazlıq vəziyyətində (Vss) orta paylanma həcmi 31,1 l/kq-a təşkil etmişdir. Xaricolması: Azitromisini sutkada 500 mq dozada birdəfəlik 1-saatlıq venadaxili infuziya şəklində 1 mq/ml konsentrasiyada 5 gün müddətində qəbul edən 12 nəfər könüllü iştirak edən, dəfələrlə təkrarlanan dozaların istifadəsi ilə aparılan tədqiqatın gedişində, 24 saat müddətində sidiklə xaric olunan azitromisinin miqdarı birinci dozadan sonra təxminən 11 % və beşinci dozadan sonra təxminən 14 % təşkil etmişdir. Həmin göstəricilər, azitromisinin daxilə qəbulundan sonra müşahidə olunan göstəricilərdən daha yüksəkdir (preparatın 6 %-i orqanizmdən dəyişilməmiş şəkildə sidiklə xaric olunur). Vena daxilinə yeridilən dozanın təxminən 12 %-i, orqanizmdən 3 gün müddətində dəyişilməmiş şəkildə, əksər hissəsi ilk 24 saat müddətində xaric olunur. Daxilə qəbul edildikdən sonra, azitromisin öd vasitəsi ilə, əsasən dəyişilməmiş şəkildə xaric olunur. Öddə azitromisinin dəyişilməmiş şəkildə çox yüksək konsentrasiyaları və həmçinin, preparatın N- və O-demetilləşməsi, dezozaminin və aqlikon həlqəsinin hidroksilləşməsi və kladinoza konyuqatının parçalanması nəticəsində əmələ gələn 10 metaboliti aşkar edilmişdir. Müvafiq tədqiqatlar onu göstərir ki, metabolitlər, azitromisinin mikrobəleyhinə aktivliyinə heç bir təsir göstərmirlər. FK/FD arasında qarşılıqlı əlaqə Azitromisini sutkada 500 mq dozada birdəfəlik 1-saatlıq venadaxili infuziya şəklində 2 mq/ml konsentrasiyada 2-5 gün müddətində qəbul edən xəstəxanadan kənar pnevmoniyadan əziyyət çəkən pasiyentlərdə, qan plazmasında maksimal konsentrasiyanın (Cmax) orta göstəricisi 3,63 ± 1,60 mkq/ml təşkil etmişdir. “Konsentrasiya-zaman” əyrisi altındakı sahə göstəricisi (AUC24), 24 saat müddətində 9,60 ± 4,80 mkq×saat/ml təşkil etmişdir. Azitromisini 500 mq dozada 3-saatlıq venadaxili infuziya şəklində 1 mq/ml konsentrasiyada qəbul edən sağlam könüllülərdə, Cmax və AUC24 göstəricilərinin orta dəyərləri müvafiq olaraq, 1,14 ± 0,14 mkq/ml və 8,03 ± 0,86 mkq×saat/ml təşkil etmişdir. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər: Preparatı 1 q dozada birdəfəlik peroral qəbul etdikdən sonra, yüngüldən orta dərəcəliyə qədər böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (yumaqcıq filtrasiyasının sürəti (YFS) 10- 80 ml/dəqiqədə təşkil edir) azitromisinin farmakokinetikası dəyişməmişdir. Böyrək funksiyaları normal olan subyektlərlə müqayisədə, ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (YFS < 10 ml/dəqiqədə təşkil edir) statistik əhəmiyyət kəsb edən fərqlər müşahidə olunmuşdur: AUC0-120 (11,7 mkq × saat/ml ilə müqayisədə, 8,8 mkq × saat/ml), Cmax (1,6 mkq/ml ilə müqayisədə, 1,0 mkq/ml) və böyrək klirensi (CLr) (0,2 ml/dəq/kq ilə müqayisədə, 2,3 ml/dəq/kq). Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər: Qaraciyər funksiyaları normal olan pasiyentlərlə müqayisədə, yüngül dərəcəli (Çayld-Pyu şkalasına əsasən, A sinifi) və orta dərəcəli (Çayld-Pyu şkalasına əsasən, B sinifi) qaraciyər pozğunluğundan əziyyət çəkən pasiyentlərdə qan zərdabında azitromisinin farmakokinetikasında dəyişiklir barədə heç bir təsdiq yoxdur. Belə pasiyentlərdə, ehtimal ki, aşağı qaraciyər ekskresiyasının kompensasiyası məqsədi ilə, sidikdə azitromisinin klirensi yüksəlir. Biomənimsənilməsi: Azitromisinin biomənimsənilməsi 37 % təşkil edir. Preparatı qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar. Azitromisin suspenziyasının 500 mq dozada birdəfəlik qəbulundan sonra, farmakokinetik göstəricilərin parametrlərində müşahidə olunan dəyişikliklər göstərilmişdir: Parametrləri: Cmax Tmax AUC0-24 AUC0-48 AUC0-72 Sidiklə ekskresiyası (72 saatdan sonra %) Orta göstərici 0,38 2,05 2,36 3,08 3,39 4,50 Standart sapma 0,17 0,96 0,96 1,35 1,63 1,40

Cmax – qan plazmasında maksimal konsentrasiyası, mkq/ml.

Tmax – qan plazmasında maksimal konsentrasiyanın əldə olunma müddəti, saat.

AUC0-24 – azitromisin qəbul edildikdən sonra, 0-24 saatlıq müddət üçün “konsentrasiya-zaman” əyrisi altındakı sahə, mkq × saat/ml.

AUC0-48 – azitromisin qəbul edildikdən sonra, 0-48 saatlıq müddət üçün “konsentrasiya-zaman” əyrisi altındakı sahə, mkq × saat/ml.

AUC0-72 – azitromisin qəbul edildikdən sonra, 0-72 saatlıq müddət üçün “konsentrasiya-zaman” əyrisi altındakı sahə, mkq × saat/ml.

 

İstifadəsinə göstərişlər

Preparat azitromisinə həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksiyaların müalicəsində istifadə edilir: yuxarı tənəffüs yollarının infeksiyalar, o cümlədən, sinusit, faringit, tonzillit; aşağı tənəffüs yollarının infeksiyaları, o cümlədən, bronxit və pnevmoniya; kəskin orta otit; dərinin və yumşaq toxumaların infeksiyaları; Chlamydia trachomatis və yaa Neisseria gonorrhoeae (külli miqdarda dərman rezistentliyinə malik olmayan ştammlar) ilə törədilmiş ağırlaşmamış genital infeksiyalar. Antibakterial vasitələrin istifadəsi zamanı rəsmi yerli tövsiyələri nəzərə almaq vacibdir.

 

Əks göstərişlər

Preparatın istənilən komponentinə, eritromisinə, istənilən makrolidlərə və ya ketolidlərə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hepatotoksikliyi: Azitromisinin əsasən, hepatobiliar sistem vasitəsi ilə xaric olmasını nəzərə alaraq, ağır dərəcəli qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır. Azitromisinlə aparılan müalicə müddətində, bəzən ölümlə nəticələnən, qaraciyər funksiyalarının pozulması, hepatit, xolestatik sarılıq, qaraciyər nekrozu və qaraciyər çatışmazlığı halları barədə məlumatlar daxil olmuşdur. Bəzi pasiyentlərdə əvvəllər qaraciyər xəstəlikləri müşahidə olunmuşdur və ya onlar digər hepatotoksik dərman preparatlarından istifadə etmişdirlər. Qaraciyər funksiyalarının pozulması simptomları (məsələn, sarılıqla müşayiət olunan sürətlə proqressivləşən asteniya, sidik rənginin tündləşməsi, qanaxmalara meyillik və ya qaraciyər ensefalopatiyası) meydana çıxdıqda, dərhal qaraciyərin funksional vəziyyətinin müayinəsini aparmaq vacibdir. Qaraciyər disfunksiyası təsdiq olunduğu halda, azitromisinlə aparılan müalicəni dayandırmaq lazımdır. Uşaqlarda hipertrofik pilorik stenoz: Azitromisini yenidoğulmuşlarda istifadə etdikdən sonra (dünyaya gəldikdən sonra ilk 42 gün müddətində aparılan müalicə), hipertrofik pilorik stenozun meydana çıxması halları barədə məlumatlar daxil olmuşdur. Qidalanma zamanı uşaqda qusma və ya qıcıqlanma müşahidə olunduqda, valideynlər və ya uşağa qulluq edən şəxslər həkimə müraciət etməlidirlər. Clostridium difficile mikroorqanizmləri ilə assosiasiya olunmuş diareya Azitromisin daxil olmaqla, demək olar ki, bütün antibakterial preparatların istifadəsi zamanı, Clostridium difficile mikroorqanizmləri ilə assosiasiya olunmuş diareya (CDAD) barədə məlumat verilmişdir. Təzahürlərin ağırlıq dərəcəsi, diareyanın yüngül formasından ölümlə nəticələnən kolitə qədər dəyişə bilər. Antibakterial preparatların istifadəsi, bağırsağın normal florasını tormozlayır və bununla, Clostridium difficile mikroorqanizmlərinin həddindən artıq inkişaf etməsinə gətirib çıxarır. Clostridium difficile mikroorqanizmləri, CDAD-ın inkişaf etməsinə səbəb olan A və B toksinləri hasil edirlər. Clostridium difficile mikroorqanizmlərinin ştammları tərəfindən hasil edilən hipertoksin, xəstələnmə və ölüm göstəricilərinin yüksəlməsinə gətirib çıxarır, çünki bu mikroorqanizmlər, mikrobəleyhinə müalicəyə qarşı qeyri-həssas ola bilərlər və bu zaman kolektomiyanın aparılması tələb oluna bilər. Bu səbəbdən, antibiotiklərin istifadəsindən sonra diareya müşahidə olunan bütün pasiyentlərdə CDAD-ın inkişaf etməsi ehtimalını nəzərə almaq lazımdır. Bundan əlavə, antibakterial preparatların istifadəsindən hətta iki ay keçdikdən sonra belə, CDAD-ın inkişaf etməsi ehtimalını nəzərə alaraq, pasiyentlərin anamnezini diqqətlə toplamaq vacibdir. Psevdomembranoz kolit: Makrolid antibiotiklərin istifadəsindən sonra, psevdomembranoz kolitin inkişaf etməsi halları barədə məlumatlar mövcuddur. Bu səbəbdən, azitromisinlə müalicəyə başladıqdan sonra və ya müalicə sona çatdıqdan təxminən 3 həftə sonra, diareya müşahidə olunan pasiyentlərdə, göstərilən xəstəliyin meydana çıxma ehtimalını nəzərə almaq vacibdir. Ziromin preparatının istifadəsi nəticəsində psevdomembranoz kolit inkişaf edən pasiyentlərdə, peristaltikanı tormozlayan preparatların istifadəsi əks göstərişdir. Superinfeksiyalar: Göbələklər kimi qeyri-həssas mikroorqanizmlərin törətdikləri superinfeksiyanın inkişaf etmə ehtimalını nəzərə almaq lazımdır. Superinfeksiya meydana çıxdıqda, preparatla aparılan müalicənin dayandırılması və vəziyyətin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin aparılması tələb oluna bilər. Çarpaz rezistentlik: Eritromisinə qarşı rezistent qrammüsbət mikroorqanizmlərin və metisillinə qarşı rezistent stafilokokkların əksər ştammlarının törətdikləri infeksiyaların müalicəsi üçün preparatı istifadə etmək olmaz (çarpaz rezistentlik). Bölgədə azitromisinə və digər antibiotiklərə qarşı rezistent ştammların yayılması barədə yerli məlumatları nəzərə almaq lazımdır. Böyrək çatışmazlığı: Yumaqcıq filtrasiyasının sürəti < 10 ml/dəqiqədə olan böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə Ziromin preparatını ehtiyatla istifadə etmək lazımdır, çünki, bu zaman azitromisinin konsentrasiyasının 33 % aşağı düşməsi müşahidə olunmuşdur. Ağır dərəcəli infeksiyalar Qanda antibiotikin yüksək konsentrasiyasının əldə olunması tələb olunan ağır dərəcəli infeksiyaların müaliəcsi üçün preparatın istifadəsi göstəriş deyil. Uzunmüddətli istifadəsi Yuxarıda qeyd olunan göstərişlərdə azitromisinin uzunmüddətli istifadəsinin təhlükəsizliyinin və effektivliyinin öyrənilməsi istiqamətində heç bir tədqiqat aparılmamışdır. Sürətlə residivləşən infeksiyalar zamanı, digər antibiotiklə müalicəni nəzərdən keçirmək lazımdır. Faringit/tonzillit Azitromisin, Streptococcus pyogenes mikroorqanizmlərinin törətdikləri faringitin və ya tonzillitin müalicəsi üçün, seçim preparatı deyil. Kəskin revmatik qızdırma zamanı, müalicə və profilaktikanın aparılması üçün ilk seçim preparatı penisillindir. Sinusut: Azitromisin əksər hallarda, sinusitin müalicəsi üçün, ilk seçim preparatı deyil. Kəskin orta otit: Azitromisin əksər hallarda, kəskin orta otitin müalicəsi üçün, ilk seçim preparatı deyil. İnfeksiyalaşmış yanıqlar Azitromisin infeksiyalaşmış yanıqların müalicəsi üçün nəzərdə tutulmamışdır. Cinsi yolla ötürülən xəstəliklər: Cinsi yolla ötürülən xəstəliklər zamanı, T. Pallidum mikroorqanizmlərinin törətdikləri infeksiyanı istisna etmək lazımdır. Nevroloji və psixi xəstəliklər: Nevroloji və psixi pozğunluqlar müşahidə olunan pasiyentlərdə azitromisini ehtiyatla istifadə etmək lazımdır. Hiperhəssaslıq: Nadir hallarda, eritromisin və ya digər makrolidlər kimi, azitromisin qəbul edən pasiyentlərdə angionevrotik ödem və anafilaktik şok daxil olmaqla, ağır dərəcəli allergik reaksiyalar (nadir hallarda ölümlə nəticələnən), kəskin generalizəolunmuş ekzantematoz pustullyoz, StivensConson sindromu, toksik epidermal nekroliz daxil olmaqla, dermatoloji reaksiaylar (nadir hallarda ölümlə nəticələnən) və DRESS-sindrom inkişaf etmişdir. Preparatın istifadəsi ilə əlaqəli meydana çıxan bu reaksiyalardan bəziləri, residivləşən simptomların inkişaf etməsinə gətirib çıxarmışdırlar və daha uzunmüddətli müşahidənin və müalicənin aparılmasını tələb etmişdirlər. Allergik reaksiyalar meydana çıxdıqda, preparatın istifadəsini dayandırmaq və müvafiq müalicəyə başlamaq lazımdır. Həkimlər bilməlidirlər ki, simptomatik müalicənin başlanması, allergik simptomların residivləşməsinə gətirib çıxara bilər. Erqoalkaloidlər (çovdar mahmızının alkaloidləri) və azitromisin: Erqoalkaloidlərdən və makrolid antibiotiklərdən eyni zamanda istifadə etdikdə, erqotizmin inkişaf etməsinin sürətlənməsi qeyd olunmuşdur. Göstərilən preparatların qarşılıqlı təsirlərinin xüsusiyyətləri öyrənilməyib. Erqotizmin meydana çıxmasının nəzəri ehtimalını nəzərə alaraq, azitromisini çovdar mahmızı alkaloidlərinin törəmələri ilə eyni zamanda təyin etmək olmaz. QT intervalının uzanması Azitromisin daxil olmaqla, makrolidlərdən istifadə edən pasiyentlərdə, ürək repolyarizasiyası mərhələsinin uzanması və QT intervalının uzanması müşahidə olunur ki, bu da, ürək fəaliyyətinin dayanmasına gətirib çıxara bilən, ürək aritmiyasının və “piruet” tipli mədəcik taxikardiyasının inkişaf etməsinə səbəb olur; preparatın istifadəsinin risklərini və üstünlüklərini qiymətləndirdikdə, bunları nəzərə almaq vacibdir. QT intervalının uzanması üzrə risk qrupları:

- QT intervalınlın anadangəlmə və ya qazanılmış uzanması müşahidə olunan pasiyentlər;

- IA sinifindən (xinidin və prokainamid) və III-cü sinifdən (dofetilid, amiodaron və sotalol) olan aritmiyaəleyhinə preparatlar, sizaprid və terfenadin, antipsixotik preparatlar (pimozid), antidepressantlar (sitalopram), flüorxinolonlar (moksifloksasin və levofloksasin) kimi, QT intervalının uzanmasına səbəb olan digər preparatlardan eyni zamanda istifadə edən pasiyentlər;

- su-elektrolit balansın pozulması müşahidə olunan pasiyentlər, xüsusilə, hipokaliemiya və hipomaqneziemiya movcud olduqda;

- klinik əhəmiyyət kəsb edən bradikardiyadan, ürək aritmiyasından və ya ağır dərəcəli ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər;

- mövcud proaritmiyadan əziyyət çəkən qadınlar və yaşlı pasiyentlər. Miasteniya qravis Azitromisinlə aparılan müalicənin, miasteniya qravis simptomlarını və ya miasteniya sindromunun təzahürlərinin dərinləşməsinə səbəb olması barədə məlumatlar mövcuddur. Saxaroza Fruktozaya qarşı dözümsüzlük problemləri, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxarozaizomaltaza çatışmazlığı kimi nadir irsi problemləri olan pasiyentlərdə preparatı istifadə etmək olmaz. Preparatın 5 ml hazırlanmış suspenziyasının tərkibində 3,63 q saxaroza (şəkər) vardır ki, bu da 0,3 ÇV-nə (çörək vahidi) müvafiqdir. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə bunu nəzərə almaq lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Antasid preparatlar və mədə turşusu sekresiyasının inhibitorları Ziromin preparatını mineral antasidlərlə eyni zamanda istifadə etmək olmaz, çünki, bir tədqiqatda azitromisinin qan zərdabında zirvə konsentrasiyalarının 24 %-ə qədər aşağı düşməsi müşahidə olunmuşdur. Azitromisini və antasidləri yalnız, 2 saatdan 3 saata qədər fasilə ilə qəbul etmək olar. Lakin, absorbsiya dərəcəsi (AUC parametri) aşağı düşməmişdir. Simetidin Simetidin azitromisinin absorbsiya sürətinə və dərəcəsinə təsir göstərməmişdir; bu səbəbdən, onu Zirominlə eyni zamanda istifadə etmək olar. Setirizin Azitromisinin setirizinlə (20 mq) 5 gün müddətində eyni zamanda istifadəsi, sağlam könüllülərdə tarazlıq vəziyyətində farmakokinetik qarşılıqlı təsirinin meydana çıxmasına və QT intervalının əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarmamışdır. Erqoalkaloidlər (çovdar mahmızının alkaloidləri) İndiyə qədər hər hansı qarşılıqlı təsir hallarının qeyd olunmamasına baxmayaraq, preparatın dihidroerqotaminlə və ya çovdar mahmızının hidrogenləşdirilməmiş alkaloidləri ilə eyni zamanda istifadəsi, xüsusilə, əl və ayaq barmaqlarında qan dövranı pozğunluğu ilə müşayiət olunan damardaraldıcı effekti istisna edə bilməz. Bu səbəbdən, təhlükəsizlik məqsədi ilə, preparatın çovdar mahmızı alkaloidləri ilə eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Virusəleyhinə preparatlar: Dozanın korreksiyasını tövsiyə etmək üçün, virusəleyhinə preparatlarla qarşılıqlı təsirləri barədə kifayət qədər məlumat yoxdur. Aşağıda göstərilən maddələr tədqiq olunmuşdur: - zidovudin Eyni zamanda azitromisinin (1000 mq dozada birdəfəlik qəbulu və 1200 mq və 600 mq dozalarda dəfələrlə təkrar qəbulu) istifadəsi, zidovudinin farmakokinetikasına, o cümlədən, zidovudinin və ya onun qlükuronid metabolitinin böyrəklər vasitəsi ilə xaricolmasına əhəmiyyətsiz təsir göstərir. Lakin, azitromisinin istifadəsi, periferik qan mononuklearlarında klinik cəhətdən aktiv metabolitin – fosforlaşmış zidovudinin konsentrasiyasının yüksəlməsinə səbəb olmuşdur. Bu faktın klinik əhəmiyyəti məlum deyil, lakin, pasiyentlərdə fayda ilə istifadə oluna bilər;

- didanozin Azitromisini (1200 mq/sutkada) və didanozini (400 mq/sutkada) eyni zamanda istifadə etdikdə, plasebo qrupu ilə müqayisədə, İİV infeksiyasına yoluxmuş 6 pasiyentdə, tarazlıq vəziyyətində didanozinin farmakokinetik göstəricilərində heç bir dəyişiklik aşkar edilməmişdir. Rifabutin: Azitromisinin və rifabutinin eyni zamanda istifadəsi, qan zərdabında hər bir preparatın orta konsentrasiyalarına bir qədər təsir göstərir. Azitromisin rifabutinlə eyni zamanda istifadə edildikdə, neytropeniya müşahidə olunmuşdur. Diqoksin (P-qlikoproteinin substratı) və kolxisin: Azitromisin daxil olmaqla, makrolid antibiotiklərin və P-qlikoprotein substratlarının (məsələn, diqoksin kimi) və kolxisinin eyni zamanda istifadəsinin, P-qlikoprotein substratının zərdab konsentrasiyalarının yüksəlməsinə səbəb olması barədə məlumatlar mövcuddur. Azitromisindən və diqoksin kimi, P-qlikoprotein substratlarından eyni zamanda istifadə etdikdə, substratın zərdab konsentrasiyasının yüksəlməsi ehtimalını nəzərə almaq lazımdır. Azitromisinlə müalicə müddətində və müalicə dayandırıldıqdan sonra, klinik nəzarət aparmaq və zərurət yarandıqda, qan zərdabında diqoksinin səviyyəsini artırmaq lazımdır. P450 sitoxrom sistemi vasitəsi ilə metabolizmə məruz qalan preparatlar Azitromisinin qaraciyərdə P450 sitoxrom sistemin izofermentləri ilə əhəmiyyət kəsb edən qarşılıqlı təsirləri yoxdur. Azitromisinin, eritromisin və digər makrolidlər üçün analoji olan farmakokinetik qarşılıqlı təsirlərdə iştirak etməsi ehtimalı azdır. Azitromisindən istifadə etdikdə, qaraciyərdə metabolit-sitoxrom kompleksi vasitəsi ilə sitoxrom P450 sistemin induksiyası və ya inaktivləşdirilməsi qeyd olunmur. Aparılan klinik tədqiqatların gedişində, P450 sitoxrom sistem vasitəsi ilə metabolizmə məruz qalan aşağıdakı preparatlar, azitromisinlə əhəmiyyətli qarşılıqlı təsir nümayiş etdirməmişdirlər: atorvastatin, karbamazepin, efavires, flukonazol, indinavir, metilprednizolon, midazolam, sildenafil, triazolam, trimetoprim/sulfametaksozol. Lakin, göstərilən preparatları azitromisinlə eyni zamanda təyin etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Atorvastatin Atorvastatinin (10 mq/sutkada) və azitromisinin (500 mq/sutkada) eyni zamanda istifadəsi, qan plazmasında atorvastatinin konsentrasiyalarının dəyişməsinə səbəb olmamışdır (HMQ-KoAreduktaza fermentinin inhibə olunmasının analizi əsasında). Lakin, qeydiyyatdan sonrakı dövrdə, azitromisini və statinləri eyni zamanda istifadə edən pasiyentlərdə rabdomiolizin inkişaf etməsi halları barədə ayrı-ayrı məlumatlar əldə olunmuşdur. Teofillin :Azitromisini teofillinlə eyni zamanda istifadə etdikdə, klinik cəhətdən əhəmiyyətli farmakokinetik qarşılıqlı təsirin təsdiqi aşkar edilməmişdir. Digər makrolidlərin teofillinlə qarşılıqlı təsiri barədə mövcud məlumatları nəzərə alaraq, qan plazmasında teofillinin səviyyəsinin yüksəlməsini göstərən əlamətlərə diqqətlə nəzarət etmək vacibdir. Antikoaqulyantlar: Qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində aparılan farmakokinetik tədqiqatlarda, sağlam könüllülər tərəfindən eyni zamanda qəbul edilən varfarinin birdəfəlik 15 mq dozasının antikoaqulyant effektinə, azitromisinin təsiri təsdiq olunmamışdır. Azitromisinin və kumarin tipli peroral antikoaqulyantların eyni zamanda istifadəsindən sonra, antikoaqulyant effektin güclənməsi barədə məlumatlar daxil olmuşdur. Bunun səbəb əlaqəsinin müəyyən edilməməsinə baxmayaraq, protrombin müddətinə tez-tez nəzarət etmək tələb olunur. Siklosporin 3 gün müddətində daxilə azitromisin (500 mq/sutkada), daha sonra isə siklosporin (1 dəfə 10 mq/kq-a dozada) qəbul edən sağlam könüllülərin iştirakı ilə aparılan farmakokinetik tədqiqatda, siklosporinin Cmax və qəbul edildikdən sonra 0-5 saatlıq müddət üçün “konsentrasiya-zaman” əyrisi altındakı sahə (AUC0-5) göstəriciləri, əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu səbəbdən, göstərilən preparatları eyni zamanda təyin etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Preparatların eyni zamanda istifadəsi üçün zərurən yarandığı halda, siklosporinin konsentrasiyasının monitorinqini aparmaq və müvafiq olaraq, dozasını korreksiya etmək lazımdır. Terfenadin Farmakokinetik tədqiqatlarda, azitromisin və terfenadin arasında qarşılıqlı təsirin mövcudluğu təsdiq olunmamışdır. Belə qarşılıqlı təsiri tamamilə istisna etmək mümkün olmadığı hallar barədə nadir məlumatlar mövcuddur, lakin, bu cür qarşılıqlı təsirin heç bir konkret təsdiqi aşkar olunmamışdır. Azitromisini və terfenadini eyni zamanda təyin etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Digər antibiotiklər: Azitromisin və makrolid antibiotiklər (məsələn, eritromisin), linkomisin və klindamisin arasında ehtimal olunan paralel rezistentliyə diqqət yetirmək lazımdır. Bu maddələr qrupundan olan bir neçə preparatın eyni zamanda istifadəsi tövsiyə olunmur. QT intervalının uzanmasına səbəb olan preparatlar Azitromisini QT intervalının uzanmasına səbəb olan digər aktiv maddələrlə birlikdə təyin etmək olmaz. Nelfinavir: Azitromisinin (1200 mq) və nelfinavirin (sutkada 3 dəfə 750 mq dozada) eyni zamanda istifadəsi, tarazlıq vəziyyətində azitromisinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxarmışdır. Klinik əhəmiyyətli arzuolunmayan reaksiyalar müşahidə olunmamışdır. Dozanın korreksiyası tələb olunmur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü: Azitromisinin hamiləlik dövründə istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Heyvanlar üzərində reproduktiv toksikliyin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar, azitromisinin plasentadan keçməsini göstərmişdir, lakin, preparatın teratogen effektləri müşahidə olunmamışdır. Hal-hazırda azitromisinin hamiləlik dövründə istifadəsinin təhlükəsizliyinə dair məlumatların təsdiq olunmadığını nəzərə alaraq, Ziromin preparatını hamilə qadınlara yalnız, ana üçün gözlənilən faydası döl üçün potensial riskdən üstün olduğu halda təyin etmək olar. Laktasiya dövrü: Azitromisin ana südünə nüfuz edir. Azitromisinin ana südü ilə qidalanan körpəyə arzuolunmayan effektlərinin olub-olmaması məlum deyil, bu səbəbdən, müalicə müdətində ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Südəmər körpədə diareyanın, selikli qişaların göbələk xəstəliklərinin və allergik reaksiyaların inkişaf etməsi mümkündür. Müalicə müddətində və müalicə sona çatdıqdan sonra daha 2 gün ərzində, ana südünü sağmaq və utilizə etmək tövsiyə olunur. Daha sonra ana südü ilə qidalanmanı bərpa etmək olar. Fertilliyi :Azitromisin qəbul edən siçovullarda hamiləliyin baş verməsi hallarının tezliyinin aşağı düşməsi müəyyən edilmişdir. İnsanlar üçün göstərilən faktın klinik əhəmiyyəti məlum deyil.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Əvvəlki istifadə təcrübəsinə əsaslanaraq, azitromisin bir qayda olaraq, konsentrasiya və reaksiya vermək qabiliyyətinə təsir etmir. Lakin əlavə təsirlərin yaranması reaksiya sürətinə və nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər.

 

ZİROMİN İstifadə qaydası və dozası

Azitromisin toxumalara qarşı yüksək aktivliyilə digər antibiotiklərdən fərqlənir. Toxumalardakı konsentrasiyası zərdabdakı konsentrasiyasından 50 dəfə yüksəkdir, toxumalardakı yarımxaricolma dövrü isə 2-4 gün arasında dəyişir. Bununla əlaqədar olaraq, preparatın (daxilə qəbul edilən suspenziya hazırlamaq üçün toz formasında) dozalanma rejimində digər mikrobəleyhinə vasitələrlə müqayisədə fərq var.  45 kq-dan az olan yeniyetmələrdə bədən kütləsinə uyğun seçilir və 10 mq/kq sutkada 1 dəfə 3 gün ərzində və ya birinci gün 10 mq/kq bədən kütləsinə sutkada 1 dəfə və 2-5-ci günlər bədən kütləsinə görə 5 mq/kq sutkada 1 dəfə (müstəsna: streptokokklu faringit) təşkil edir. Ziromin preparatının dozalanma rejimi bədən kütləsindən asılı olaraq, aşağıda qeyd edilib:

1.Bədən kütləsi: 15-25 kq, Günlər:1-3, Azitromisinin gündəlik dozası: 200 mq, Suspenziyanın gündəlik həcmi: 5 ml

2.Bədən kütləsi:26-35 kq, Günlər:1-3 ,Azitromisinin gündəlik dozası: 300 mq, Suspenziyanın gündəlik həcmi: 7,5 ml

3.Bədən kütləsi:36-45 kq ,Günlər:1-3, Azitromisinin gündəlik dozası: 400 mq, Suspenziyanın gündəlik həcmi: 10 ml

Böyüklər və 45 kq-dan artıq bədən kütləsi olan yeniyetmələrdə istifadə üçün tərkibində 250 mq və 500 mq azitromisin olan tablet (örtüklü tabletlər) forması vardır

5 günlük müalicə sxemi: Alternativ qismində preparat terapiyanın 5 günlük sxemi üzrə birinci gün bədən kütləsinə görə 10 mq/kq və sonrakı 4 gün müalicədə bədən kütləsinə 5 mq/kq azitromisin hər gün təyin edilə bilər. Sutkalıq doza ölçülü şprisin köməyilə asanlıqla ölçülə bilər. Kəskin orta otit zamanı doza bədən kütləsinə 30 mq/kq azitromisin təşkil edir. Preparat birdəfəlik və ya 3 və ya 5 günlük terapiya (yuxarıda qeyd edilən dozalanma rejiminə müvafiq) üzrə təyin edilir. Streptokokklu faringit zamanı preparat bədən kütləsinə 10 mq/kq dozada birdəfəlik və ya bədən kütləsinə 20 mq/kq 3 gün ərzində təyin edilir. Azitromisinin sutkalıq dozası 500 mq-ı aşmamalıdır. Klinik tədqiqatlarda hər iki doza müqayisəli klinik effekt göstərmişdir. Lakin bədən kütləsinə sutkada 20 mq/kq dozanın istifadəsi zamanı bakteriyaların eradikasiyasının daha yüksək səviyyəsi əldə edilmişdir. Buna baxmayaraq, penisillin Streptococcus pyogenes ilə törənən faringitin müalicəsində və revmatik qızdırmanın profilaktikasında ilkin seçim preparatı hesab edilir. Azitromisinin uşaqlar üçün ümumi maksimal dozası bütün göstərişlər üzrə 1500 mq (böyüklər üçün adi doza) təşkil edir. Ağırlaşmayan genital infeksiyalarla aşağıdakı mikroorqanizmlərlə törədilən bədən kütləsi 45 kqdan artıq olan yeniyetmələr və böyüklər: Chlamydia trachomatis: azitromisinin ümumi dozası birdəfəlik 1000 mq təşkil edir; Neisseria gonorrhoeae ştammlarına həssas: azitromisinin məsləhət görülən dozası, müalicə üzrə yerli klinik tövsiyələrlə müvafiq 250 mq və ya 500 mq seftriaksonla 1000 mq və ya 2000 mq təşkil edir. Penisillinlərə və/ya sefalosporinlərə allergiyası olan pasiyentlərdə preparatın təyinatı zamanı müalicə üzrə yerli tövsiyələrə əməl etmək vacibdir. Azitromisinin 2000 mq dozada qəbulu üçün tərkibində 250 mq və ya 500 mq azitromisin olan örtüklü tablet dərman forması mövcuddur. Uşaqlar və bədən kütləsi 45 kq-a qədər olan yeniyetmələrin müalicəsi üçün preparatın təyinatı zamanı müalicə üzrə qüvvədə olan tövsiyələrə istinad etmək vacibdir.

Xüsusi pasiyent qrupları:

Yaşlı pasiyentlər :Yaşlı pasiyentlər üçün preparat böyüklər üçün nəzərədə tutulan dozada təyin edilir. Yaşlı pasiyentlər ürək aritmiyasına meyilli olduqları üçün preparatın istifadəsi zamanı ürək aritmiyasının və “piruet” tipli mədəcik taxikardiyasının inkişafı riski ilə əlaqədar ehtiyatlı olmaq lazımdır.

Böyrək çatışmazlığı olan pasiyentlər :Yumaqcıq filtrasiyasının sürəti 10-80 ml/dəqiqə olan böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın korreksiyası tələb edilmir.

Qaraciyər çatışmazlığı olan pasiyentlər: Yüngül və mülayim dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın korreksiyası tələb edilmir. İstifadə qaydası: Daxilə qəbul edilən suspenziya hazırlamaq üçün toz. Hər istifadədən əvvəl suspenziyanı çalxalamaq lazımdır. Suspenziyanın hazırlanması: Flakonun içərisində 1200 mq azitromisin olan 30 ml suspenziyanı hazırlamaq üçün şprisin köməyilə 15 ml su əlavə edilir. Hazırlanmış suspenziyanı 25ºСdən yüksək olmayan temperaturda 5 gün ərzində saxlamaq mümkündür. Hər istifadə zamanı flakon, bircins suspenziya alınana qədər yaxşıca çalxalanmalıdır. Hazır suspenziyanın dozalanması üçün qablaşdırmada olan ölçülü şprisdən istifadə edilir. Suspenziyanın qəbulundan dərhal sonra suspenziyanın ağız boşluğunda qalan hissəsini yumaq və udmaq üçün bir neçə qurtum çay və ya şirə içmək olar. İstifadədən sonra ölçülü şprisi axar su altında yumaq, qurutmaq və preparatla birlikdə saxlamaq lazımdır. İstifadə müddəti: Preparatı qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. Bir qayda olaraq, uşaqlar və böyüklər üçün müvafiq dozada terapiyanın 3 günlük sxemi təyin edilir. Eləcə də, preparatla müalicə müddəti müvafiq dozada 5 gün təşkil edə bilər. Pnevmoniyanın müalicəsi zamanı daha effektiv terapiyanın 5 günlük sxemi hesab edilir. Əksər hallarda 3 günlük müalicə rejiminin istifadəsi kifayət edir.

 

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10); bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda (≥ 1/10000 - < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Klinik tədqiqatlara cəlb edilən pasiyentlərin 13%-ə qədəri arzuolunmaz reaksiyalar barədə məlumat vermişlər. Daha çox yayılmış əlavə təsirlər mədə-bağırsaq sistemi tərəfindən baş verən pozuntulardır. Klinik tədqiqatların və postmarketinq müşahidələrin gedişində aşkar edilən əlavə təsirlər, azitromisinin qəbulu ilə əlaqədar ola və olmaya bilər.

İnfeksion və parazitar xəstəliklər: bəzən – kandidoz, uşaqlıq yolunun infeksiyaları, pnevmoniya, göbələk infeksiyası, bakterial infeksiya, faringit, qastroenterit, respirator xəstəliklər, rinit, ağız boşluğunun selikli qişasının kandidozu;

məlum deyil – psevdomembranoz kolit.

Qan və limfa sistemində baş verən pozğunluqlar:

bəzən – leykopeniya, neytropeniya, eozinofiliya;

məlum deyil – trombositopeniya, hemolitik anemiya.

İmmun sistemdə baş verən pozğunluqlar:

məlum deyil – ağır (bəzən həyat üçün təhlükəli) anafilaktik reaksiyalar (məsələn, anafilaktik şok).

Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar:

bəzən – anoreksiya.

Psixikanın pozulması:

bəzən - əsəbilik, yuxusuzluq;

nadir hallarda – ajitasiya;

məlum deyil – aqressiya, narahatlıq, sayıqlama, hallüsinasiya.

Sinir sistemində baş verən pozğunluqlar:

tez-tez – başağrı;

bəzən – başgicəllənmə, yuxululuq, dadbilmənin pozulması, paresteziya;

məlum deyil – bayılma, qıcolmalar, hipesteziya, psixomotor hiperaktivlik, iybilmənin/dadbilmənin itməsi, parosmiya, miasteniya qravis.

Görmə orqanında baş verən pozğunluqlar:

bəzən – dumanlı görmə.

Eşitmə orqanında və vestibulyar aparatda baş verən pozğunluqlar:

bəzən – qulaq xəstəlikləri, vertiqo;

məlum deyil – eşitmənin pozulması, karlıq və/ya tinnitus daxil olmaqla.

Ürəkdə baş verən pozğunluqlar:

bəzən – palpitasiya; məlum deyil – “piruet” tipli mədəcik taxikardiyası, aritmiya, mədəcik taxikardiyası, elektrokardioqramda QT intervalının uzanması daxil olmaqla.

Damarlarda baş verən pozğunluqlar:

bəzən – üz dərisində qan “istibasmalar”ı;

məlum deyil – hipotenziya.

Tənəffüs sistemində, döş qəfəsi orqanlarında və divararalığında baş verən pozğunluqlar:

bəzən – təngnəfəslik, burun qanaxmaları.

Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar:

çox tez-tez – diareya;

tez-tez – qusma, qarın nahiyəsində ağrı, ürəkbulanma;

bəzən – qəbizlik, meteorizm, dispepsiya, qastrir, disfagiya, qarında köpmə, ağızda quruluq, gəyirmə, xoralı stomatit, tüpürcək vəzinin yüksək sekresiyası, duru ishal;

məlum deyil – pankreatit, dilin rənginin dəyişməsi.

Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar:

nadir hallarda – qaraciyər funksiyasının pozulması, sarılıq, xolestaz;

məlum deyil – qaraciyər çatışmazlığı (nadir hallarda ölümlə nəticələnən), hepatit, qaraciyər nekrozu.

Dəri və dərialtı toxumada baş verən pozğunluqlar:

bəzən – səpgi, qaşınma, övrə, dermatit, dəridə quruluq, yüksək tərləmə;

nadir hallarda – fotosensibilizasiya reaksiyası, kəskin yayılmış ekzantematoz pustulyoz, eozinofiliya və sistem simptomlarla (DRESS sindromu) dərman səpgisi ;

məlum deyil – Stivens-Conson sindromu, toksik epidermal nekroliz, multiformalı eritema.

Əlavə təsirlərin tezliy:i “Üç qayda” üzrə qiymətləndirilir.

Skelet-əzələ və birləşdirici toxumada baş verən pozğunluqlar:

bəzən – osteoartrit, mialgiya, kürəkdə ağrı, boyunda ağrı;

məlum deyil – artralgiya.

Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar:

bəzən – dizuriya, böyrəklərdə ağrı;

məlum deyil – interstisial nefrit, kəskin böyrək çatışmazlığı.

Cinsi orqanlardandə və süd vəziləri baş verən pozğunluqlar:

bəzən – metrorragiya, testikulyar pozulmalar.

Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən pozğunluqlar:

bəzən – ödem, asteniya, süstlük, yorğunluq, üzün ödemi, sinədə ağrı, qızdırma, ağrı, periferik ödem.

Laborator və instrumental tədqiqatların nəticələrinə təsiri:

tez-tez – limfositlərin miqdarının azalması, eozinofillərin miqdarının artması, qanda bikarbonatların səviyyəsinin azalması, bazofillərin, monositlərin və neytrofillərin miqdarının artması;

bəzən – qanda aspartataminotransferazanın, alaninaminotransferazanın, bilirubinin, sidik cövhərinin və kreatininin səviyyəsinin yüksəlməsi, qanda kaliumun miqdarının pozulması, qanda qələvi fosfatazanın, xloridin, qlükozanın səviyyəsinin artması, trombositlərinin miqdarının yüksəlməsi, hematokritin azalması, bikarbonatın səviyyəsinin artması, natriumun miqdarının normadan kənara çıxması.

Travmalar, intoksikasiyalar və manipulyasiyanın çətinləşməsi:

bəzən - əməliyyatdan sonra ağırlaşma.

Baş verə bilən və ya daha çox infeksiyanın profilaktikası və müalicəsi zaman: Micobacterium avium ilə törənən əlavə təsirlər: bu reaksiyalar klinik tədqiqatlar və ya postmarketinq dövründə əldə edilmişdir. Bu əlavə təsirlər şəklinə və ya tezliyinə görə təsiredici maddəsindən dərhal azad olan və ya tədricən azad olan dərman formalarının istifadəsilə əlaqədar olan arzuolunmaz təsirlərdən fərqlənir.

Maddələr mübadiləsindəd və qidalanmaa baş verən pozğunluqlar:

tez-tez – anoreksiya.

Sinir sistemində baş verən pozğunluqlar:

tez-tez – başgicəllənmə, başagrı, paresteziya, dadbilmənin pozulması;

nadir hallarda – hipesteziya.

Görmə orqanında baş verən pozğunluqlar:

tez-tez – görmənin pisləşməsi.

Eşitmə orqanında və vestibulyar aparatda baş verən pozğunluqlar:

tez-tez – karlıq;

nadir hallarda – eşitmənin pozulması, tinnitus.

Ürəkdə baş verən pozğunluqlar:

nadir hallarda – palpitasiya.

Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar:

çox tez-tez – diareya, qarın nahiyəsində ağrı, ürəkbulanma, meteorizm, qarın nahiyəsində diskomfort, duru ishal.

Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar:

nadir hallarda – hepatit.

Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar:

tez-tez – səpgi, qaşınma;

nadir hallarda – Stivens-Conson sindromu, fotosensibilizasiya reaksiyası.

Skelet-əzələ sistemində dvə birləşdirici toxumada baş verən pozğunluqlar:

tez-tez – artralgiya. Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən pozulmalar:

tez-tez – yorğunluq; nadir hallarda- asteniya, süstlük.

 

 

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı meydana çıxan əlavə reaksiyalar, analoji olaraq adi dozaların qəbulu zamanı yarana bilən əlavə təsirlər kimidir. Simptomları: Makrolid antibiotiklərin doza həddinin aşılmasının tipik simptomları özündə eşitmənin geridönən itməsi, güclü ürəkbulanma, qusma və diareya hallarını birləşdirir. Müalicəsi Doza həddinin aşılması zamanı ehtiyac olduqda, aktivləşdirilmiş kömürün qəbulu, ümumi simptomatik və dəstəkləyici tədbirlər göstərişdir.

 

Buraxılış forması

200 mq/5 ml konsentrasiyada daxilə qəbul edilən 30 ml suspenziya hazırlamaq üçün 24 q (1200 mq azitromisin) toz, polipropilen qapaqlı, ağ rəngli induksion folqa ilə təchiz edilmiş polietilen flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.