Pharmed

ZINKOROT 25MG N20 TB

SİNKOROT 25 tabletlər
ZINKOROT 25

 

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq və ya 0,38 mmol sinkə ekvivalent olan 157,36 mq sink 
oratat dihidrat vardır.
Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, mikrokristalik sellüloza, povidon K 30, natrium 
kroskarmelloza, talk, maqnezium stearat.

 

Farmakoterapevtik qrupu

Mineral əlavələr.

 

İstifadəsinə göstərişlər

Normal qidalanma rejimi ilə aradan qaldırıla bilməyən sink çatışmazlıqlarının müalicəsində istifadə olunur. 
Məsələn, yüksək tələbat infeksiyaya qarşı həssaslığı büruzə verə bilər.
Qidanın tərkibində sinkin miqdarının kifayət qədər olmaması, zəif qidalanma, balanslaşdırılmamış az 
miqdarda kalori və ya yeməkdən imtina halları sink çatışmazlığına gətirib çıxara bilər. Sink absorbsiyasının 
zəif olması və ya spirtli içki qəbulu, işlətmə dərmanları və ya digər dərmanlardan istifadə səbəbindən sink 
ifrazının artması da, həmçinin, sink çatışmazlığı ilə müşayiət oluna bilər. (məsələn: bağırsaq xəstəlikləri).

 

Əks göstərişlər

Sink orotat dihidrata və ya Sinkorotun digər komponentlərinə qarşı yüksək həssaslıq.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı dərmanı qəbul/istifadə etməzdən öncə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 
Klinik cəhətdən əsaslandırılmış sink çatışmazlığı mövcud olduqda Sinkorotun qəbulu ilə bağlı terapevtik 
dozalama dərəcəsinə heç bir məhdudiyyət tətbiq olunmur. 

 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bu dərmanın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir 
etməsi ilə bağlı heç bir hal qeydə alınmayıb. 

 

İstifadə qaydası və dozası

Sinkorotu hər zaman bu təlimata müvafiq qaydada qəbul edin. Dərmanın qəbulu ilə bağlı tərəddüd 
yarandıqda təlimatı həkiminiz və ya əczaçı ilə birgə gözdən keçirin. Dərmanın qəbulu ilə bağlı göstərişlərə 
diqqətlə əməl edin, əks təqdirdə Sinkorot lazımi şəkildə təsir göstərməyə bilər. 
Həkiminiz digər bir şəkildə təyin etmədiyi təqdirdə standart doza gündəlik ½-1 tabletdir. 
Sinkorot yemək zamanı qəbul edilməməlidir. İstisna hal kimi müalicənin əvvəlində sink duzları qarın 
boşluğunda ağrılar, ürəkbulanma, dispepsiya və ishal kimi hallara səbəb olduqda (bu kimi şikayətlər daha 
çox acqarnına qəbul edildikdə rast gəlir, nəinki yemək ilə birlikdə qəbul zamanı) preparatı qida ilə birlikdə 
qəbul etmək olar.
Qəbul qaydası
Yeməkdən bir qədər öncə tableti bol su ilə qəbul edin. 
Qəbul müddəti 
Müalicənin müddəti terapevtik nəticədən asılıdır. 
Həkimlə məsləhətləşməyiniz xahiş olunur. 
Sinkorotun qida və maye ilə birgə qəbulu 
Tərkibində yüksək miqdarda fitinlər olan qidalar (məsələn, taxıl məhsulları, paxlalılar, qoz-fındıq) sinkin 
absorbsiyasını azaldır. Bununla yanaşı, qəhvənin də, həmçinin, sinkin resorbsiyasını azaltması ilə bağlı 
sübutlar mövcuddur.
Sinkorotu qəbul etməyi unutmusunuzsa 
Qəbul edilməmiş dozanı əvəzləmək məqsədilə ikiqat dozadan istifadə etməyin. Dozalama göstərişlərinə 
müvafiq olaraq dərmanı normal dozada qəbul etməkdə davam edin. 

Sinkorotun qəbulunu dayandırırsınızsa

Müalicəni dayandırmaq və ya yarımçıq saxlamaq istədikdə heç bir xüsusi tədbir görmək lazım deyil. Bu dərmanın qəbulu ilə bağlı əlavə suallarınız yarandığı təqdirdə həkiminiz və ya əczaçı ilə 
məsləhətləşməyiniz xahiş olunur.
Sinkorotun təsirinin olduqca yüksək və ya olduqca aşağı olduğunu düşündükdə həkimlə və ya əczaçı ilə 
məsləhətləşməlisiniz.

 

Buraxılış forması

20, 50 və ya 100 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

Bu dərmanla bağlı heç bir xüsusi saxlanma şəraiti tələb olunmur. Uşaqların əli çatmayan yerdə saxlamaq 
lazımdır.

 

Yararlılıq müddəti

5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

Mauermann-Arzneimittel KG.
Heinrich-Knote-Straße 2.
82343 Pöcking.

 

Qeydiyyat vəsiqəsinin sahibi/İstehsalçı

Wörwag Pharma GmbH & Co. KG.