Pharmed
XONDROMED 2ML N10 AMP
XONDROMED, əzələdaxili yeridilmə üçün məhlul.
XONDROMED tərkibi
Təsiredici maddə: 1 ampulda 200 mq xondroitin sulfat (xondroitin natrium sulfat şəklində) vardır.
İstifadəsinə göstərişlər
Oynaqların və onurğa sütununun degenerasiyalı-distrofik xəstəlikləri: - birincili artroz; - əsasən iri oynaqların zədələnməsi ilə osteoartroz; - fəqərəarası osteoxondroz.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı fərdi yüksək həssaslıq, qanaxmalara meyillilik, tromboflebitlər, hamiləlik, laktasiya dövrü (müalicə müddətində ana südü ilə qidalandırma dayandırılmalıdır). 15 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb). Ehtiyatla: qanın laxtalanma funksiyasının pozulmasında, şəkərli diabetdə, həddindən artıq bədən kütləsi olan şəxslərdə, duzların aşağı səviyyəsi ilə pəhriz saxlayan xəstələrdə, 18 yaşa qədər uşaqlarda, böyrək funksiyasının pozulmasında, hamiləliyi planlaşdıran qadınlarda.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Qadınlarda hamiləlik və laktasiya dövründə preparatdan istifadənin təhlükəsizliyini təsdiq edən məlumatların olmaması ilə bağlı bu preparatdan bu dövrlərdə istifadə etmək məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
XONDROMED istifadə qaydası və dozası
Preparat 1 ml dozada günaşırı əzələdaxili yeridilir. İnyeksiya yaxşı keçirildiyi halda doza 4-cü inyeksiyadan başlayaraq 2 ml-ə qədər artırılır. Müalicə kursu – 25-35 inyeksiya. Həkimin məsləhətindən sonra müalicə kursunu 6 aydan sonra təkrarlamaq məqsədəuyğundur.
Əlavə təsiri Allergik reaksiyalar: dəri qaşınması, eritema, övrə, dermatit. Həzm sisteminə: nadir – ürəkbulanma, qusma, diareya. Sairə: inyeksiya yerində baş verən qanaxmalar.