Pharmed
XLOROFILLIPT YAGDA 2% 20ML MEHLUL
XLOROFİLLİPT, yağlı məhlul
XLOROFİLLİPT tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20,0 mq xlorofilliptin qatı ekstraktı (10,76:1)(ekstragent 93%-li etanol) vardır.
İstifadəsinə göstərişlər
Antibiotiklərə davamlı stafilokokklarla törədilən xəstəliklərin müalicəsi: uşaqlıq boynunun eroziyası, yanıqlar, trofik xoralar.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi tədqiq edilməyib, bu səbəbə görə bu kateqoriyadan olan pasiyentlərdə preparatı istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
XLOROFİLLİPT istifadə qaydası və dozası
Preparat tamponun köməyilə zədələnmiş nahiyəyə sürtürməklə, yerli istifadə edilir.Aplikasiyanın müddəti və müalicə kursu həkim tərəfindən fərdi müəyyən edilir. Uşaqlıq boynunun eroziyasının müalicəsi zamanı uşaqlıq yolunun və uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin bütün büküşləri əvvəlcədən tamponla qurudulur; Xlorofillipt-OZ uşaqlıq boynu kanalına sürtülür. Preparatla isladılmış tampon uşaqlıq boynunda 15-20 dəqiqə saxlanılır. Manipulyasiya 10 gün ərzində sutkada 1 dəfə aparılır.
Eroziyanın natamam epitelizasiyası zamanı müalicə kursunu təkrar etmək vacibdir. Uşaqlar Uşaqlarda istifadə təcrübəsi yoxdur.