Pharmed
VOLTAREN EMULGEL 20MG GEL
VOLTAREN EMULGEL 2 % xaricə istifadə üçün gel VOLTAREN EMULGEL
VOLTAREN EMULGEL tərkibi
Təsiredici maddə: 1 q preparatın tərkibində 23,2 mq diklofenak dietilamin vardır ki, bu da 20 mq diklofenak natriuma müvafiqdir.
Köməkçi maddələr: dietilamin, karbomer, makroqol setostearil efiri, kokoil kaprilokaprat, izopropil spirti, maye parafin, oleil spirti, evkalipt ətirləndiricisi,
butilhidroksitoluol, propilenqlikol, təmiz su.
İstifadəsinə göstərişlər
Preparatı aşağıdakı vəziyyətlərin müalicəsi üçün istifadə etmək olar:
- əzələ və oynaq travmalarının (məsələn, idmanla məşğul olduqdan sonra və ya bədbəxt hadisə nəticəsində meydana çıxan çıxıqlar, bağların üzülməsi, zədələnmələr, dartılmalar və ağrılar);
- tendinit (məsələn, “tennis dirsəyi”).
- diz oynaqlarının və yüngül dərəcədə əl barmaqların oynaqlarının artrozu
Preparat orta dərəcəli və şiddətli ağrılar daxil olmaqla, ağrını sürətlə yüngülləşdirir, pasiyentlərin hərəki aktivliyini yaxşılaşdırır və funksiyaların normalaşmasına səbəb olur.
Preparatı böyüklərə və 12 yaşdan yuxarı uşaqlara istifadə etmək olar.
Əks göstərişlər
Preparatı aşağıdakı hallarda istifadə etmək olmaz:
- pasiyentdə diklofenaka və ya preparatın tərkibində olan hər hansı digər komponentlərə (“Tərkibi” bölməsinə və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinin sonuna bax) və ya ağrının, qızdırmanın və ya iltihabın müalicəsi üçün istifadə olunan asetilsalisil turşusu (qan laxtalanmasının qarşısını almaq üçün istifadə olunan preparat) və digər QSİƏP kimi preparatlara qarşı allergiya (hiperhəssaslıq) olduqda. Şübhəli hallarda həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Göstərilən preparata qarşı allergik reaksiyanın simptomlarına aşağıdakılar aid ola bilər: fışıltılı
tənəffüs və ya təngnəfəslik (astma); dəri üzərində suluqlu və ya övrəli səpgilər; üz nahiyəsinin və ya dilin ödemi; zökəm;
- hamiləlik dövrünün son 3 ayı.
Pasiyentdə yuxarıda göstərilən vəziyyətlərdən hər hansı biri müşahidə olunduqda, preparatı istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə, planlaşdırılan və ya ehtimal edilən hamiləlik zamanı və laktasiya dövründə, preparatı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Uşağa zərər yetirə bilməsini və ya doğuş zamanı ağırlaşmaların meydana çıxma ehtimalını nəzərə
alaraq, hamiləlik dövründə, xüsusilə hamiləliyin son 3 ayı müddətində preparatı istifadə etmək olmaz.
Laktasiya dövründə preparatı istifadə etmək olmaz.
VOLTAREN EMULGEL istifadə qaydası və dozası
Preparatı hər zaman, tibbi istifadəsi üzrə təlimatda təsvir olunduğu kimi və ya həkim təyinatına müvafiq istifadə etmək lazımdır. Suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar
Ağrı nahiyəsinin ölçüsündən asılı olaraq, dərinin zədələnmiş nahiyəsinə preparatı 2-4 q dozada
(preparatın bu miqdarı həcminə görə albalı və ya qoz meyvəsi ölçüsünə müvafiqdir və bədən səthinin 400-800 sm2 sahəsi üzərində istifadə üçün yetərlidir), gündə 2 dəfə səhər və axşam çəkmək və yüngül yeritmək lazımdır.
Preparatın ilk istifadəsindən əvvəl tubun üzərindən qoruyucu membranı çıxarmaq üçün, qapağı burmaq və açmaq lazımdır. Qapağın əks tərəfindən istifadə edərək, tubun üzərindəki qoruyucu membranı dəlmək, burmaq və çıxarmaq lazımdır.
Səliqə ilə sıxaraq, tubdan bir qədər geli ağrılı və ya ödemli nahiyənin üzərinə çəkmək və tədricən
dəriyə yeritmək lazımdır. İstifadə olunan gelin miqdarı ağrılı və ya ödemli nahiyənin ölçüsündən asılı ola bilər. Bir qarda olaraq, albalı və ya qoz meyvəsi ölçüsünə müvafiq gelin miqdarı yetərli olur. Geli dəri üzərinə çəkdikdə yüngül sərinləşdirici effekt hiss oluna bilər.
Gelin ağıza və ya gözlərə düşməsindən qaçınmaq məqsədi ilə, preparatı yeritdikdən sonra, əllər
müalicə nahiyəsi olmadığı halda, onları yumaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Preparatı yalnız xaricə istifadə etmək olar.
Preparatı 14 gündən artıq istifadə etmək olmaz.
Daha uzunmüddətli istifadə yalnız həkim tərəfindən təyin oluna bilər.
Ağrı və ya ödem zamanı preparatın istifadəsindən 7 gün keçdikdən sonra yaxşılaşma müşahidə olunmadıqda, həkimlə məsləhətləşmək lazımdır.
Preparatın istifadəsinin ötürülməsi
Preparatın vaxtında düzgün istifadəsi ötürüldükdə, onu mümkün qədər tez istifadə etmək və daha
sonra, istifadəsini sxem üzrə davam etdirmək lazımdır. Ötürülmüş dozanı kompensasiya etmək üçün, preparatın ikiqat dozasından istifadə etmək olmaz.
Göstərilən preparatın istifadəsi barədə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.