Pharmed

VIVAX 100MG N4

VİVAKS-100, örtüklü tabletlər

VİVAKS-100 tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq sildenafilə ekvivalent sildenafil sitrat vardır.

İstifadəsinə göstərişlər

Erektil disfunksiyanın müalicəsin (oral terapiya).

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - üzvi nitratların istənilən formasını davamlı və ya fasiləli qəbul edən pasiyentlər.

VİVAKS-100 istifadə qaydası və dozası

Məsələhət görülən adi doza, seksual aktivlikdən təxminən 1 saat əvvəl 50 mq doza təşkil edir. Sildenafil eyni zamanda seksual aktivlikdən 4 saatdan 30 dəqiqəyə qədər əvvəl qəbul edilə bilər. Məsləhət görülən maksimal doza gündə 1 dəfə 50 mq təşkil edir. 65 yaşdan yuxarı və ağır böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə başlanğıc doza 25 mq-a qədər azaldıla bilər.