Herba Flora
Vitex 10
Bir kapsulun tərkibi:
Adi ərküdə (Vitex agnus castus) meyvəsinin quru ekstraktı – 30 mq.
Köməkçi maddə: Qarğıdalı nişastası (Amylum maidis) – 370 mq; kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadəsinə göstəriş:
Qadın sağlamlığını qorumaq üçün tövsüyə olunan BFMQƏ.
İstifadə qaydası:
18 yaşdan yuxarı qadınlar: gündə 3 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Ən azı 2 həftəyə yaxşılaşma müşahidə edilir. Qəbul müddəti minimum 3 aydır. Preparat uzun müddət istifadə edilə bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Digər dərmanlarla qarşılıqlı təsiri:
Dofamin aqonistləri və antaqonistləri ilə, həmçinin estrogen və antiestrogenlərlə birlikdə istifadə zamanı həkimlə məsləhətləşin. Oral kontraseptivlərin təsir effektini azaldır.
Əks göstəriş: Hamiləlik və laktasiya dövrü, tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.
Saxlama şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.