Pharmed
VITAPROST FORTE 20MG N10 SAM
VİTAPROST FORTE, rektal suppozitoriyalar
VİTAPROST FORTE tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq (20 mq suda həll olan peptidlər hesabı ilə) prostat ekstraktı vardır.
İstifadəsinə göstərişlər
Xroniki prostatit (kompleks müalicənin tərkibində). Prostat vəzinin xoşxassəli hiperplaziyası. Sidiyin urgent (imperativ) saxlamamazlığın, urgent (imperativ) sidiyəgetməyə istəmənin və qadınlarda klimakterik və postklimakterik dövrdə sidik kisəsinin hiperaktivliyinin ağırlaşmamış formaları zamanı sidiyəgetmənin artmasının müalicəsi. Prostat vəzidə cərrahi müdaxilələrdən əvvəlki və sonrakı vəziyyət.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Hamiləlik, laktasiya dövrü. 18 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda və laktasiya dövründə preparat əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət (nəqliyyat vasitələrini idarə etmək, hərəkətli mexanizmlərlə işləmək, dispetçer və operator işi) növü ilə məşğul olmaq qabiliyyətinə təsir etmir.
VİTAPROST FORTE istifadə qaydası və dozası
Rektal istifadə edilir. Bağırsağın iradi boşalmasından və ya imalədən sonra gündə 1 dəfə 1 suppozitoriya rektal istifadə edilir. Suppozitoriyanın yeridilməsindən sonra pasiyentin 30-40 dəqiqə ərzində yataqda olması arzu ediləndir. Müalicə kursunun müddətini həkim təyin edir.
Prostat vəzinin xoşxassəli hiperplaziyası zamanı Vitaprost® Forte preparatı ilə müalicə kursunun minimal davametmə müddəti 15 gün, xroniki prostatit zamanı 10 gün, hiperaktiv sidik kisəsi zamanı 20 gündür. Ehtiyac olduqda, təkrar kursların aparılması mümkündür. Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar ağırlaşdıqda və ya yeni simptomlar yarandıqda, həkimlə məsləhətləşmək vacibdir.