Pharmed
VISKOMUSILL 15MG 200ML SRP
VİSKOMUSİL, şərbət
VİSKOMUSİL tərkibi
Təsiredici maddə: 100 ml şərbətin tərkibində 300 mq ambroksol hidroxlorid vardır.
İstifadəsinə göstərişlər
Tənəffüs yollarının qatı bəlğəm ilə müşayiət olunan kəskin infeksion xəstəlikləri.
Əks göstərişlər
− Ambroksola və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. − ağır qaraciyər və ya böyrək çatışmazlığı. − dərman 2 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ambroksolu h amiləlik və laktasiya dövründə yalnız həkim məsləhəti ilə qəbul etmək olar. Əgər hamilə olmaq ehtimalı varsa və ya yaxın günlərdə hamilə olmaq gözlənilirsə, həkimlə məsləhətləşin. Heyvanlarda h amiləlik zamanı am broksolun istifadəsinə dair klin ik tədqiqatlar aparılmışdır. Tədqiqatlar ambroksolun hamiləliyə, embrionun inkişafına, doğuşa və postnatal inkişafa dolayı və ya birbaşa təsirinin təhlükəli olmadığını göstərir.
Hamilə qadınlara çox ehtiyatla təyin etmək lazımdır. Preparat hamiləlikdə yalnız ana üçün gözlənilən faydanın döl üçün riskdən daha çox olduğu düşünüldükdə təyin edilməlidir və mümkünsə, birinci trimestrdə bütün dərmanlardan çəkinmək lazımdır. Preparat ana südü ilə xaric olunur. Ana tərəfindən ambroksolun istifadəsi körpədə yan təsirlərə səbəb ola bilər; buna görə də dərmanın ana üçün əhəmiyyətini nəzərə alaraq ana südü ilə qidalandırmanın və ya dərmanla müalicənin dayandırılmasına qərar vermək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Viskomusill avtomobil idarə etmək və mexanizmləri idarə etmək qabiliyyətinə təsir göstərmir.
VİSKOMUSİL istifadə qaydası və dozası
Böyüklər: gündə 3 dəfə 10 ml (30 mq) 2 yaşa qədər uşaqlar: gündə 2 dəfə 2,5 ml (5 mq) 2-5 yaşa qədər uşaqlar: gündə 3 dəfə 2,5 ml (7,5 mq) 5 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə 5 ml (15 mq) Şərbəti qida qəbulundan sonra qəbul etmək məsləhətdir. Ambroksolu uzunmüddətli müalicə məqsədilə istifadə etmək olmaz.