PharmEd

Grindex

Viprosal B məlhəm 30 q

VİPROSAL B    xaricə istifadə üçün məlhəm VIPROSAL B

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,05 BTV adi gürzənin quru zəhəri, 30 mq rasemik kamfora, 30 mq terpentin skipidarı, 10 mq alisil turşusu vardır.
Köməkçi maddələr:vazelin, setostearil spirti, bərk parafin, natrium setilstearilsulfat, qliserol, natrium xlorid, təmizlənmiş su.

Təsviri
Ağ və ya ağımtıl sarımtıl çalarlı, kamfora və skipidar qoxulu məlhəmdir.

Farmakoterapevtik qrupu
Oynaq və əzələ ağrısı zamanı yerli istifadə üçün digər vasitələr.
ATC kodu: M02AX10.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası

Məlhəmin əsas təsiredici maddəsi adi gürzənin (Vipera berus berus L.) zəhərədir ki, bunun da tərkibində fosfolipaza, fosfodiesteraza, hialuronidaza və digər aktiv maddələr daxildir. Gürzə zəhərinin tərkibində, eləcə də pesifik təsirli peptidlər vardır ki, bu da hemolizə səbəb olur, kapilyarların keçiriciliyini artırır, qanın laxtalanmasına təir edir. Yerli istifadəsi zamanı gürzə zəhəri qıcıqlandırıcı və ağrıkəsici təsir göstərir, rezorbsiya zamanı orqanizmin qoruyucu mexanizmini aktivləşdirir.
Məlhəmin tərkibində, eləcə də sinir uclarını qıcıqlandıran və bununla da yerli qıcıqlandırıcı və ağrıkəsici təsir göstərən maddələr vardır. Dərinin lokal qıcıqlanması qanla təchizatın dəyişməsinə və onurğa beyninin eyni seqmentlərilə innervasiya olunan daxili orqanların trofikasının seçici yaxşılaşmasına səbəb olur. Əlavə qıcıqlanma onurğa beyninin müvafiq seqmentində antinosiseptiv sistemin əlavə aktivləşməsinə səbəb olur ki, bu da ilkin ağrı impulslarının baş beyin qabıq maddəinə çatmasına və ağrının qəbul edilməsinə mane olur. Kamforanın ağrıkəsici təsirilə yanaşı salisil turşusu və skipidar da antiseptik təsirə malikdirlər, salisil turşusu isə, eləcə də keratolitik təsir göstərir.
Farmakokinetikası
Məlhəm tez zamanda sorulur və bir neçə dəqiqədən sonra yanma, dərinin yüngül hiperemiyası və istilik hissi yaranır. Ağrıkəsici təsiri 20-30 dəqiqədən sonra baş verir və 1,5-2 saat davam edir.
Klinikaya qədərki təhlükəsizlik
Mövcud deyil.
 
İstifadəsinə göstərişlər
Oynaq və əzələ ağrıları zamanı xaricə istifadə üçün ağrıkəsici vasitə.

Əks göstərişlər
-    Preparatın istənilən komponentinə, asetilsalisil turşusuna, qeyri-steroid iltihab əleyhinə vasitələrə qarşı yüksək həssaslıq.
-    Xora və digər dəri xəstəlikləri.
-    Ağciyərlərin kəskin vərəmi.
-    Beyin və koronar qan dövranının pozulması.
-    Angiospazmın yaranmasına qarşı meyllik.
-    Böyrək və qaraciyər funksiyasının ağır pozuntusu.
-    Qızdırma vəziyyəti, ümumi halsızlıq.
-    Hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Məlhəm, yalnız xaricə istifadə üçün nəzərdə tutulmuşdur.
Məlhəmi zədələnmiş nahiyəyə çəkmək olmaz. Güclü qıcıqlanmanın qarşısını almaq məqsədilə məlhəmin gözlərə və ta selikli qişaya düşməməsinə nəzarət etmək vacibdir.
Məlhəmin tərkibində köməkçi maddə qismində setostearil spirti vardır ki, bu da yerli dəri reaksiyalarına (o cümlədən kontakt dermatit) səbəb ola bilər.
Uşaqlar və yeniyetmələr
Dərman vasitəsinin bu yaş qrupunda istifadəsi üzrə kifayət qədər məlumat olmadığı üçün uşaqlarda və yeniyetmələrdə istifadəsi məsləhət görülmür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələrilə qarşılıqlı təsir tədqiqatları aparılmamışdır.
Uyuşmazlığı
Məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərman vasitəsinin hamilə qadınlarda istifadəsi barədə kifayət qədər məlumat yoxdur.
Təhlükəsizliyi barədə müvafiq məlumatların olmaması ilə əlaqədar Viprosal B-ni hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlhəm nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası
Dozası Böyüklər
Ağrı sindromu aradan qalxana qədər onun intensivliyindən asılı olaraq, sutkada 1-2 dəfə ağrılı nahiyəyə az miqdarda 5-10 q (1-2 çay qaşığı) məlhəm çəkilir və dəriyə hopdurulur. Müalicə kursunun müddəti xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən asılıdır.
Yaşlı pasiyentlər
Yaşlı pasiyentlərin digər dozaya ehtiyacı olması barədə məlumat yoxdur.
Pediatrik populyasiya
Bu yaş qrupunda preparatın istifadəsi üzrə kifayət qədər məlumat olmadığı üçün uşaqlarda və yeniyetmələrdə istifadəsi məsləhət görülmür.
İstifadə qaydası
Xaricə istifadə edilir.

Əlavə təsirləri
Sinir sistemində baş verən pozuntular
Tərkibində rasemik kamfora olduğu üçün başağrının, başgicəllənmənin yaranması mümkündür.
Allergik reaksiyalar
Allergik reaksiyalar mümkündür (dərinin qıcıqlanması, eritema, səpgi, qabıqlanma, qaşınma, dərinin rənginin dəyişməsi, övrə, dermatit, ödem).
Əlavə təsirlərin yaranması zamanı müalicəni dayandırmaq və məlhəmi dəridən yumaq lazımdır. Sadalanan əlamətlər müalicə dayandırıldıqdan sonra aradan qalxır.
Əlavə təsirlərin qarşısını almaq məqsədilə preparata qarşı həssaslığı müəyyən etmək üçün məlhəmin az miqdarını əvvəlcədən dəriyə çəkmək məsləhət görülür.
Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi
Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi
vacibdir. Bu yolla dərman vasitəsinin fayda/risk nisbətinin fasiləsiz monitorinqi təmin edilir. Tibb işçilərinə dərman vasitəsinin istənilən əlavə təsiri barədə Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinin Analitik ekspertiza mərkəzinə (AEM) məlumat vermək tövsiyə edilir; veb-səhifə http://www.pharma.az

Doza həddinin aşılması
Məlhəmin selikli qişaya düşməsi zamanı güclü qıcıqlanma yarana bilər. Simptomları
Qusma və diareya. Məlhəmin təsadüfən böyük miqdarda udulması zamanı kəskin zəhərlənmə
simptomları yarana bilər: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı və başağrı, başgicəllənmə, istilik hissi/qızarma, qıcolma, tənəffüsün zəifləməsi və koma.
Müalicəsi
Simptomatikdir. Zəhərlənmənin ağır qastrointestinal və nevroloji simptomalar zamanı pasiyenti müşahidə etmək vacibdir. Qusma yaratmaq olmaz.

Buraxılış forması
30 q, 50 q və ya 75 q məlhəm alüminum tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Soyuducuda və dondurucu kamerada saxlamaq olmaz.
Qalıqların utilizasiyası və digər tədbirlər barədə xüsusi göstərişlər
Xüsusi göstərişlər yoxdur.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

İstehsalçı
“Tallin əczaçılıq zavodu” SC.
Тоndi 33, 11316 Тallin, Estoniya.
Tel.: +372 6120210.
Faks: +372 6120330.

Qeydiyyat vəsiqəsinin sahibi
“Qrindeks” SC.
Krustpils k., 53, Riqa, LV-1057, Latviya. Tel.: +371 67083 205.
Faks: +371 67083 205.
Elektron ünvan: grindeks@grindeks.lv