Pharmed
VINEBRAL 30MG N20 TB
VİNEBRAL, uzunmüddətli təsirə malik kapsullar
VİNEBRAL tərkibi
Təsiredici maddə: 1 kapsulda 30 mq vinkamin vardır.
İstifadəsinə göstərişlər
Preparat baş beyinin metabolik tələbatına qarşı beyin qan dövranının normallaşması və adaptasiyası üçün fiziki və intelektual qabiliyyətin yaxşılaşdırılması məqsədilə aşağıdakı hallarda istifadə edilir (onun funksiyasının tənzimlənməsi, yaxşılaşması və dəstəklənməsi üçün): - yaşlı şəxslərdə aşağıdakı kimi hallarda serebral pozuntu: ● yaddaşın pozulması; ● diqqətin toplanması qabiliyyətinin pozulması; ● qavramanın pozulması; - degenerativ trofik pozuntular: ● şəkərli diabet; ● aterozkleroz; - baş beyinin zədələnməsindən sonra: ● posttravmatik; ● postapopleksik; ● hipertenziv ensefalopatiya; - başgicəllənmə, vertiqo, damar mənşəli başağrı, miqren; - damar genezli eşitmə pozuntusu; - damar mənşəli görmə pozuntusu; - psixi pozuntular: ● məkan və zaman oriyentasiyasının pozuntusu; ● affektiv pozuntular; - serebrovaskulyar pozuntu, baş beyinin işemiyası; - uşaqlarda və yeniyetmələrdə sinir-psixi inkişafın ləngiməsi.
Əks göstərişlər
- Kəllədaxili şiş (və ya kəllədaxili təzyiqin yüksəlməsilə əlaqədar xəstəliklər); - qıcolma pozuntusu; - serebrovaskulyar insult (kəskin serebrovaskulyar insult); - ürək ritminin pozulması (artimiya); - elektrolit balansın ağır pozuntusu (hipokaliemiya və ya hipokalsiemiya); - preparatın istənilən komponentinə qarşı yeksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Fertillik Məlumat yoxdur. Hamiləlik Hamiləlik dövründə vinkaminin təsiri barədə klinik məlumatlar olmadığı üçün preparatı bu dövrdə istifadə etmək olmaz, yalnız potensial fayda dölə olan mümkün riskdən üstün olduğu hallar istisna olmaqla. Laktasiya Laktasiya dövründə vinkaminin təsiri barədə klinik məlumatlar olmadığı üçün preparatı bu dövrdə istifadə etmək olmaz, yalnız potensial fayda uşağa olan mümkün riskdən üstün olduğu hallar istisna olmaqla.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat avtonəqliyyat idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətnə təsir edə bilər.
VİNEBRAL istifadə qaydası və dozası
Preparat daxilə qəbul üçün nəzərdə tutulub. Dozalanma rejimi Böyüklər Preparat sutkada 2 dəfə 1 kapsul qəbul edilir. Müalicə kursunun müddəti xəstəliyin gedişatından asılı olaraq həkim tərəfindən müəyyən edilir. Uşaqlar Preparat pediatrik praktikada istifadə edilir.
12 yaşa qədər uşaqlarda preparat həkim təyinatı ilə istifadə edilir. Böyrək çatışmazlığı olan pasiyentlər Məlumat yoxdur.