Pharmed
VINCEEL 20ML
VİNSEL, yerli istifadə üçün sprey
VİNSEL tərkibi
Təsiredici maddələr: 100 q məhlulun tərkibində vardır: Apis mellifica D7 1,25 q, Atropa belladonna D5 1,25 q, Calendula officinalis D3 1,25 q, Echinacea purpurea D5 1,25 q, Phytolacca americana D3 1,25 q, Plantago major D3 1,25 q, Salvia officinalis D3 1,25 q, Vincetoxicum hirundinaria D5 1,25 q.
İstifadəsinə göstərişlər
Ağızda selikli qişanın iltihabı, ağız yaraları, boğaz ağrısı və boğazda xırıltı.
Əks göstərişlər
Preparatın tərkibində olan bir və ya bir neçə komponentlərə qarşı allergiya (yüksək həssaslıq).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya müddətində toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.
VİNSEL istifadə qaydası və dozası
Digər təyinat yoxdursa: Standart Doza: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): Gündəlik 3-5 dəfə, hər dəfə 1–2 sprey. Ehtiyac olarsa gündəlik 10-12 dəfəyə qədər istifadə oluna bilər. Pediatriya: 6 yaşdan aşağı: müalicə həkimi ilə məsləhətləşin. 6–11 yaş: Gündəlik 3-5 dəfə, hər dəfə 1 sprey.
Ehtiyac olarsa gündəlik 8 dəfəyə qədər istifadə oluna bilər. 1. Ucluğu üfüqi vəziyyətə çevirin. 2.
Vinceel Ağız və Boğaz üçün Spreydən ilk dəfə istifadə etməzdən öncə, narın sprey dumanı formalaşana qədər spreyin başlığını sıxın. 3. Şəhadət barmağını spreyin başlığına qoyun. Ucluğu ağızın içərisinə daxil edin və onu yaralı yerə yönəldin.
4. “İstifadə qaydası və dozası” hissəsində göstərildiyi sayda spreyin başlığını sıxın. Flakonun şaquli vəziyyətdə saxlanılması arzuolunandır. Ağıza püskürdərkən nəfəsin içəri çəkilməməsi üçün 6-11 yaş arası uşaqlara spreyi valideynlər istiqamətləndirməlidirlər.
Gigiyena nöqteyi-nəzərindən eyni məhsulun digərləri ilə paylaşdırılması tövsiyə olunmur.