Pharmed
VERTIGOHEEL N50 TB
VERTİQOHEL, tabletlər
VERTİQOHEL tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində: Anamirta cocculus D4 210 mq, Conium maculatum D3 30 mq, Ambra grisea D6 30 mq, Petroleum rectificatum D8 30 mq.
İstifadəsinə göstərişlər
Müxtəlif mənşəli başgicəllənmə.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə v ə ya müalicə edən mütəxəssislə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
VERTİQOHEL istifadə qaydası və dozası
Digər təyinat yoxdursa Standart doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar 1 tablet gündə 3 dəfə. Ehtiyac olduqda, həkim təyinatı ilə doza 3 tablet gündə 3 dəfəyə qədər artırıla bilər. Uşaqlar 2-5 yaş: gündəlik 1 tablet 1-2 dəfə. 6-11 yaş: gündəlik 1 tablet 2 dəfə.
Kəskin və ya başlanğıc doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün: 1 tablet hər 30 dəq. yaxud 1 saat dan bir – gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Uşaqlar 2-5 yaş: 1 tablet hər 1, yaxud 2 saatdan bir – gündə 4 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 6-11 yaş: 1 tablet hər 1, yaxud 2 saatdan bir – gündə 6 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir.
Qəbul qaydası Tableti ağızda həll edərək udmaq olar. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir.