Pharmed

VERIKORT 100MKG 10ML SPREY

VERİKORT

 

VERİKORT Tərkibi

Təsiredici maddə: 1 ml suspenziyanin tərkibində 1 mq və ya 2 mq budesonid vardır. Bir püskürtmə spreyin tərkibində 100 mkq budesonid olur. Köməkçi maddələr:susuz qlükoza, mikrokristallik sellüloza, natrium karboksimetil sellüloza, natrium karmelloza, kalium sorbat, polisorbent 80, dinatrium edetat, xlorid turşusu, təmizlənmiş su.

 

İstifadəsinə göstərişlər

Mövsümi, ilboyu allergik rinit və qeyri-allergik rinit. Burun poliplərinin müalicəsi və residivi zamanı profilaktikası.

 

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq. Vərəmin aktiv forması.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Mütləq göstəriş olmadıqda hamiləlik dövründə budesonid istifadə edilməməlidir. Hamiləliyin ilk üç aylıq dövründə praparatdan istifadə tövsiyə olunmur. Laktasiya zamanı Budesonidin ana südünə keçməsi haqda məlumat yoxdur. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinə, yalnız həkim qərar verir.

 

VERİKORT istifadə qaydası və dozası

Vericort preparatının dozası və müalicə müddəti həkim tərəfindən fərdi qaydada təyin olunmalıdır. Verikort preparatı 6 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayib. Verikort preparatının 1 dozası (100 mkq) 1 püskürtməyə uyğundur. Dozalar xəstəliyin ağırlığından və xəstənin reaksiyasından asılı olaraq, fərdi qaydada seçilir. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: sutkada 1-2 dəfə 100-200 mkq budesonid. 6-12 yaşlı uşaqlara: sutkada 1-2 dəfə 200 mkq budesonid. Uşaqlarda preparat yalnız böyüklərin nəzarəti altında istifadə edilməlidir. Verikort preparatı iltihab əleyhinə təsir göstərir, buna görə də onu daim və hətta xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra da müntəzəm şəkildə qəbul etmək lazımdır. Bir qayda olaraq, Verikort preparatı uzunmüddətli və fərdi qaydada müəyyən edilən müalicə kursu üçün təyin olunur. Bəzən bronxlarda çoxlu miqdarda sekret olduqda, preparatın iltihab zonasına daxil olması çətinləşir. Belə hallarda peroral qəbul üçün QKS-lə qısa müalicə kursunun keçirilməsi tövsiyə olunur. İnhalyasiyalar peroral QKS-nin dozası azaldıldıqdan sonra keçirilir. Xəstə peroral istifadə üçün QKS qəbul edirsə, onu xəstəliyin stabil fazasında Verikortla müalicəyə keçirirlər. QKS-ni tədricən ləğv edirlər. 7-10 gün ərzində seçilmiş dozada QKS-nin peroral qəbulunu və yüksək dozada (sutkada 1600 mkq-ya qədər) Verikortla inhalyasiyaları birləşdirmək lazımdır. Sonra QKS-nin dozası tədricən, hər 1-2 həftədə 2,5 mq prednizolon qədər azaldılır. İstifadə qaydası Hər istifadədən əvvəl İstifadədən qabaq flakonu yaxşıca çalxalamaq lazımdır.burun spreyinin qoruyucu başlığini çıxarın. Flakonu şaquli şəkildə üzünüzdən kənarda tutaraq bir neçə dəfə flakondan spreyin sixmasını yoxlayin. Spreyi istifadə etməzdən öncə burun nahiyəsi ehtiyatla təmizlənməlidir. Preparat yeridilməyən burun dəliyini barmaqla sıxın,sərbəst burun dəliyinə isə applikatorun ucunu yeridin. Flakonu düz tutun və bu zaman başınizi bir qədər arxaya əyin. Flakonun applikatorunu burun nahiyəsindən çixarın və dərman vasitəsi burunda tam yayilana qədər işarə olunmuş istiqamətdə saxlayin. Eyni qayda ilə digər burun dəliyinə preparatı yeridin. İstifadədən sonra flakonun qoruyucu qapağını bağlayin. Xəbərdarlıq Flakon açıldıqdan sonra üç ay müddətində istifadəyə yararlıdır. Flakonun ucluq hissəsi tutularsa, onu flakondan ayırıb, bir neçə dəqiqə isti suda saxlamaq lazımdır. Ucluğu təmizləmək üçün iti alətlərdən istifadə etmək olmaz.