Pharmed

VENOSMIL 200MG N60 CAP

VENOSMİL, 200 mг kapsullar

VENOSMİL tərkibi

Təsiredici maddə: 1 kapsulda 200 mq hidrosmin vardır

İstifadəsinə göstərişlər

Venosmil xroniki venoz durğunluğu ilə əlaqəli simptom (ağrı, şişkinlik, ayaqların aqırlaşması hissi) və ödemlərin qısamüddətli yüngülləşdirilməsi məqsədi ilə (2-3 ay) istifadə edilir.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya).

VENOSMİL istifadə qaydası və dozası

Dərman vasitəsinin istifadəsi qaydası həkim tərəfindən müəyyənləşdirilir. Daxilə qəbulu Böyüklər Venosmil 1 ədəd 200 mq-lıq kapsul gündə 3 dəfə yemək zamanı daxilə qəbul edilir. Blisterdən çıxarılmış tablet dərhal, su və ya hər hansı bir maye ilə daxilə qəbul edilir.