Pharmed
VENODIOL ULTRA 50GR GEL
VENODİOL-ULTRA, xaricə istifadə üçün gel
VENODİOL-ULTRA tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 1000 BV heparin natrium, 20 mq trokserutin, 10 essin vardır.
İstifadəsinə göstərişlər
- Varikoz sindrom və onun ağırlaşması, flebotromboz, tromboflebit, səthi periflebit və venoz xoralar kimi venaların səthi xəstəlikləri; - səthhi venalarda cərrahi müdaxilədən sonrakı dövr; - dissirkulyator venoz çatışmazlıq, o cümlədən qançıq, infiltrat, ödem, ağırlıq hissi və ağrı sindromu ilə təzahür edən travmadan sonra.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - dərinin zədələnməsi (yanıq, ekzema, açıq yaralar).
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Venodiol-Ultra avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.
VENODİOL-ULTRA istifadə qaydası və dozası
Yalnız xaricə istifadə üçündüe. Gelin istifadəsindən sonra əlləri yaxşıca yumaq vacibdir. Gel nazik təbəqə ilə dərinin zədələnmiş nahiyəsinə sutkada 2-3 dəfə çəkilir. Preparatın istifadə müddəti xəstəliyin ağırlıq dərəcəsindən və gedişatından asılı olaraq həkim tərəfindən müəyyən edilir.
Uşaqlar və yeniyetmələr Bu kombinasiyanın 12 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.