Pharmed
VAZELIN 30ML YAG
Vazelin yağı, neft jeli
VASELINE OIL tərkibi
Təsiredici maddə: 1 flakonda 30 ml vazelin yağı vardır.
İstifadəsinə göstərişlər
Daxilə Böyüklərdə qəbizlik. Xaricə Tibbi prosedurların aparılmasından əvvəl imalələrin, qazçıxarıcı boruların ucluğunu yağlamaq üçün.
Əks göstərişlər
Dərman vasitəsinə qarşı yüksək həssaslıq, qarın boşluğu orqanlarının kəskin iltihabi prosesləri (appendisit, peritonit, mədə və onikibarmaq bağırsağın xorası, xoralı kolit), bağırsaq keçməzliyi, bağırsaq qanaxması, qızdırma sindromu, hemorroy, hamiləlik, menstruasiya dövrü, 18 yaşa qədər uşaqlar. Yağda həll olan birləşmələrlə (fosfor, benzol və s.) zəhərlənmələrdə istifadə etmək olmaz. Yağda həll olan antihelmint vasitələrlə eyni vaxtda daxilə qəbul etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Uşaqlığın reflektor stimulyasiyasının mümkünlüyündən dərman vasitəsini hamilə qadınlara təyin etmək olmaz. Laktasiya dövründə, yalnız ana üçün gözlənilən fayda uşağa olan riskdən üstün olduğu halda həkim təyinatı ilə istifadə edilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlumat yoxdur.
VASELINE OIL istifadə qaydası və dozası
Böyüklərə gündə 1 dəfə yeməkdən 2 saat sonra 15-30 ml (1-2 xörək qaşığı) daxilə təyin edilir. Müalicə kursu 5 gündən artıq olmamalıdır.