Pharmed
VAGIMIX N6 SAM
VAGİMİKS, vaginal pessarilər
VAGİMİKS tərkibi
Təsiredici maddə: 1 pessarinin tərkibində 400 mq metronidazol, 100 mq mikonazol nitrat, 45 mq neomisinə ekvivalent neomisin sulfat, 5 mq polimiksin sulfat, 15 mq Asiya sentellası vardır.
İstifadəsinə göstərişlər
Neomisin və ya polimiksinə həssas mikrobların törətdiyi superinfeksiyanın ehtimal edildiyi vulvovaginal mikozların, trixomonad vaginitinin və qeyri-spesifik vaginitin yerli müalicəsi.
Əks göstərişlər
Bu dərman vasitəsinin hər hansı bir komponentinə qarşı məlum olan yüksək həssaslıq. Hamiləliyin birinci trimestri. Ağır qaraciyər çatışmazlığı. Mərkəzi sinir sisteminin xəstəlikləri.
Hematoloji xəstəliklər Diafraqma və ya lateks prezervativlərin istifadəsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərman vasitəsi hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlum deyil.
VAGİMİKS istifadə qaydası və dozası
Tövsiyə olunan doza 7-10 gün ərzində gündə 1 pessaridir. Gecə yatmazdan əvvəl bir pessari uşaqlıq yoluna dərinə yeridilməlidir. İstifadə yolu Vaginal istifadə üçün. 1.
Peroral yolla qəbul edilməməlidir. Yalnız vaginal istifadə üçün nəzərdə tutulmuşdur. 2. Blisterdən bir pessarini ayırın.
Örtüyü sivri ucundan aşağıya doğru soyun. 3. Uşaqlıq yoluna yerləşdirməyə hazırlamaq üçün pessarini baş və işarət barmağınızla tutun. 4.
Pessarini bədənə iki yoldan biri ilə yerləşdirərkən uşaqlıq yoluna yumşaq bir şəkildə daxil edin: dizi əyilmiş vəziyyətdə dayanmaq və ya hər iki dizi əyilmiş vəziyyətdə yatmaq. 5. Ayaqları bir araya gətirərək, pessarinin çölə çıxmaması üçün ən azı 5 dəqiqə bir tərəfiniz üzərində uzanın. İstifadə olunmuş materialı atın və əllərinizi sabun və su ilə yaxşıca yuyun.