Pharmed
Urorek 8 mq N30 kapsul
UROREK kapsullar
UROREC
Beynəlxalq patentləşdirilməmiş adı: Silodozin
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 4 mq və ya 8 mq silodozin vardır.
Köməkçi maddələr: mannitol, projelatinləşdirilmiş nişasta, natrium laurilsulfat, maqnezium
stearat.
Jelatin kapsulun tərkibi: jelatin, titan dioksid, yalnız 4 mq-lıq kapsul üçün sarı dəmir oksidi
(E-172).
Farmakoterapevtik qrupu
Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi üçün vasitə.
İstifadəsinə göstərişlər
Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi və profilaktikası.
Əks-göstərişlər
-Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq və
dözümsüzlük olduqda;
-18 yaşa qədər uşaqlar;
-Ağır böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq-dən az);
-Ağır qaraciyər çatışmazlığı (klinik məlumatlar kifayət qədər deyil)
Hamiləlik və laktasiya dövründə istifadəsi
Silodozin yalnız kişilərdə istifadə üçün nəzərdə tutulmuşdur.
İstifadə qaydası və dozası
Tövsiyə olunan doza - birdəfəlik 8 mq təşkil edir, kapsulların yeməklə birlikdə, sutkanın eyni
vaxtında qəbul edilməsi tövsiyə edilir. Kapsulu 1 stəkan su ilə, bütöv halda udmaq lazımdır.
Böyrək çatışmazlığı olan xəstələrdə:
Yüngül böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur (Kreatinin
klirensi - CKr≥50 CKr≤80 ml/dəq).
Yüngül böyrək çatışmazlığı olan xəstələrin (CKr≥50 CKr≤80 ml/dəq) müalicəsi zamanı başlanğıc
doza sutkada 4 mq tövsiyə olunur, müalicənin 1 həftəsindən sonra xəstənin fərdi
dözümlülüyündən asılı olaraq doza sutkada 8mq-a qədər artırıla bilər. Ağır böyrək çatışmazlığı
olan xəstələrdə Urorekin istifadəsi məsləhət görülmür. (CKr<30 ml/dəq).
Qaraciyər çatışmazlığı olan xəstələrdə:
Yüngül dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur.
Hər hansı məlumat olmadığına görə, ağır qaraciyər çatışmazlığı olan xəstələrdə preparatın
istifadəsi tövsiyə olunmur.
Yaşlı xəstələrdə:
Yaşlı xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur.
Uşaqlarda istifadəsi:
Pediatrik təcrübədə Urorekin istifadəsinə müvafiq qeydlər yoxdur.
Buraxılış forması
4 və ya 8 mq-lıq kapsullar.
10 kapsul, PVX/PVDX və alüminium folqalı blisterlərdə. 3 blister (30 kapsul), içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Recordati Industria Chimica e Farmaceutica S.p.A.
İstehsal sahəsinin ünvanı
Via M. Civitali 1, 20148 Milan, Italya.
Marketinq icazəsinin sahibi
Rekordati İreland Ltd, ireland.
Raheens East Ringaskiddy, Co. Cork.