Nobel İlaç

TYLOL HOT

TYLOL  HOT   birdəfəlik istifadə üçün daxilə qəbul edilən məhlulun hazırlanması üçün toz 

 

TYLOL HOT tərkibi

Təsiredici maddələr: 1 paketdə 500 mq parasetamol, 4 mq xlorfeniramin maleat, 60 mq psevdoefedrin hidroxlorid vardır.
Köməkçi maddələr: susuz limon turşusu, çaxır turşusu, natrium hidrokarbonat (natrium bikarbonat), susuz natrium karbonat, povidon (PVP K 30), saxaroza (rafinə edilmiş şəkər), natrium benzoat, xinolin sarısı Cl No. 47005, limon tozu aromatizatoru.

 
İstifadəsinə göstərişlər

Taylol® Hot soyuqdəymə, qrip və digər yuxarı tənəffüs yollarının infeksiyalarında müşahidə olunan və aşağıda sadalanan simptomların aradan qaldırılması üçün istifadə olunur:
− halsızlıq
− hərarət və baş ağrısı
− rinoreya
− burun tutulması
− asqırma
− yüngül ağrı halları.


 
Əks göstərişlər

Tərkibinə daxil olan hər hansı bir maddəyə qarşı hiperhəssaslıq, qaraciyərin, böyrəklərin və ürəyin ağır xəstəlikləri, həmçinin son iki həftə ərzində və ya hazırda MAO inhibitorlarının qəbul edilməsi.
Hipertoniya və periferik damar pozuntuları daxil olmaqla kardiovaskulyar xəstəliklər.
Şəkər xəstəliyi
Hipertireodizm
Qapalı bucaqlı qlaukoma və ya gözdaxili təzyiqin yüksəlməsi.
Digər simpatomimetik dekongestantlar və β-blokatorlarla birgə istifadəsi.
6 yaşından aşağı uşaqlarda istifadə edilməməlidir.


 
Hamiləlik və laktasiya dövründə istifadəsi

Parasetamolun və psevdoefedrinin hamiləlik və laktasiya dövründə təhlükəsizliyi müəyyən edilməmişdir. Hamiləliyin ilk trimestrində psevdoefedrinin dölə təsirinin təzahürü ehtimalı olması səbəbəbindən bu preparatın istifadəsindən qaçınılmalıdır.
Xlorfeniramin
Xlorfeniraminin hamiləlik və laktasiya dövründə istifadəsinə aid adekvat məlumatlar yoxdur. Preparatın istifadəsi insanlar üçün potensial risk olması məlum deyil.

Hamiləlik dövründə preparatın istifadəsi həkim məsləhətindən sonra olunmalıdır.
Laktasiya
Laktasiya dövründə parasetamolun və psevdoefedrinin ana südünə keçdiyi miqdarının az və zərərsiz olduğu müəyyən edilmişdir.
Digər antihistaminlər kimi xlorfeniramin maleatın laktasiyanı ləngitməsi və ana südünə keçməsi ehtimalı vardır. Laktasiya dövründə preparatın istifadəsi həkim məsləhətindən sonra olunmalıdır.
 
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Xlorfeniraminin antixolinergik təsiri yuxululuq, başgicəllənmə və bulanıq görmə hallarına səbəb ola bilər. Yarana bilən psixomotor pozuntular pasiyentlərin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməsinə mane ola bilər.


 
TYLOL HOT istifadə qaydası və dozası

Peroral qəbul üçün.
Taylol® Hot peroral yolla aşağıda göstərildiyi kimi istifadə edilir:
Hər bir paketin içərisində olan dərman preparatı təxminən 1 stəkan (160 ml) isti suda həll edilir və isti halda qəbul olunur. Taylol® Hot hər 6 saatdan bir təkrar qəbul edilə bilər. Gündə 4 dozadan artıq istifadə edilməməlidir.
 

 
Uşaqlar
12 yaşdan aşağı olan uşaqlar Taylol® Hot-u yalnız həkimin nəzarəti altında istifadə etməlidirlər.
Qaraciyər və böyrək çatışmazlığı olan xəstələr
Qaraciyər və böyrək çatışmazlığı olan xəstələr Taylol® Hot-u yalnız həkimin nəzarəti altında istifadə etməlidirlər.
Alkoqol qəbul edən xəstələr üçün, hepatotoksikliyinə görə, parasetamolun günlük dozası 2 qramdan yuxarı olmamalıdır.