Pharmed
TROXERUTIN 300MG N50 CAP
TROKSERUTİN SOFARMA, 300 mq bərk kapsullar
TROKSERUTİN SOFARMA tərkibi
Təsiredici maddə: 1 kapsulda 300 mq trokserutin (troxerutin) vardır.
İstifadəsinə göstərişlər
Trokserutin qan damarlarının (kapilyarların) divarını möhkəmləndirir. Xroniki venoz çatışmazlığın simptomlarını və ödemi yüngülləşdirmək məqsədilə; varikoz dermatit, varikoz xoraların kompleks müalicəsində; babasilin simptomlarını yüngülləşdirmək məqsədilə; diabetik retinopatiyanın kompleks müalicəsində istifadə edilir.
Əks göstərişlər
- Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq). - Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi və ya xroniki qastritin kəskinləşməsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatı qəbul etməzdən əvvəl həkimə məlumat vermək lazımdır. Hər hansı bir dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Hamiləliyin ilk üç ayında preparatın qəbulu məsləhət deyil. Hamiləliyin üçüncü ayından sonra və laktasiya dövründə Trokserutin Sofarmanı müalicə həkiminin tövsiyəsi ilə qəbul etmək olar
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
TROKSERUTİN SOFARMA istifadə qaydası və dozası
Kapsullar yemək vaxtı bir fincan su ilə daxilə qəbul edilir. Adi doza Böyüklər Xroniki venoz çatışmazlığı və onun kəskinləşməsi; babasilin simptomatik müalicəsi Müalicəyə başlayarkən: gündə 2-3 dəfə 1 kapsul qəbul edilir. Xəstəliyin simptomları adətən 2 həftədən az müddət ərzində aradan qalxır. Onlar tamami lə aradan qalxana kimi bu dozaya riayət etmək tövsiyə olunur.
Dəstəkləyici müalicə:gündə 2 dəfə 1 kapsul. Diabetik retinopatiya Tövsiyə olunan doza gündə 2 dəfə 3-5 kapsul təşkil edir. Uşaqlar Kifayət qədər klinik məlumatların olmamasına görə, 18 yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür.