Pharmed

TREPARIN 250 LSU N50 CAP

TREPARİN, yumşaq jelatin kapsullar

TREPARİN tərkibi

Təsiredici maddə: 1 kapsulda 25 mq-a ekvivalent (lipoproteinlipaza vahidi) sulodeksid (glükuronil glükozaminoglikan sulfat) vardır.

İstifadəsinə göstərişlər

Xroniki venoz xoralar. Yüksək trombaəmləgəlmə riskli angiopatiyalar; Beyin qan dövranının pozğunluqları; Ateroskleroz, şəkərli diabet, arterial hipertenziya ilə əlaqəli dissirkulyator ensefalopatiyalar; Damar demensiyaları; Periferik arteriyaların okklüziv zədələnmələri; Dərin venaların flebopatiyası, trombozu; Mikroangiopatiyalar (nefropatiya, retinopatiya, nevropatiya); Şəkərli diabet zamanı baş verən makroangiopatiyalar (diabetik ayaq sindromu, ensefalopatiya, kardiopatiya);

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq. Heparin və heparinoidlərə qarşı hiperhəssaslıq. Diatez və hemorragik xəstəliklər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın təyini məsləhət görülmür.

TREPARİN istifadə qaydası və dozası

Gündə 1-2 dəfə 1 kapsul (acqarına) daxilə qəbul edilir. Dozanı həkim təyinatı ilə dəyişmək olar.