Pharmed

Tivortin 42 mq 100 ml sistem

TİVORTİN infuziya üçün məhlul 
TIVORTIN

 


Beynəlxalq patentləşdirilməmiş adı: L-Arginine hydrochloride 

 


Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 42 mq arginin hidroxlorid (100 ml məhlulun 
 tərkibində 20 mmol arginin və 20 mmol xloridlər) vardır. 
Köməkçi maddələr: inyeksiya üçün su.

 

Farmakoterapevtik qrupu

Qanəvəzedici və perfuzion məhlullar. Vena daxilinə istifadə üçün əlavə məhlullar. Amin turşuları.

 

İstifadəsinə göstərişlər

Metabolik alkaloz, hiperammoniumemiya, ürək və baş beyin damarlarının aterosklerozu, periferik 
damarların aterosklerozu, o cümlədən, növbələnən axsaqlıq təzahürləri ilə müşayiət olunan periferik 
damarların aterosklerozu, diabetik angiopatiya, arterial hipertenziya, xroniki ürək çatışmazlığı, 
hiperxolesterinemiya, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, ağciyər hipertenziyası, dölün 
inkişafının ləngiməsi və preeklampsiya – kompleks müalicənin tərkibində. 

 

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq. Böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları, hiperxloremik 
asidoz; anamnezdə allergik reaksiyaların qeyd olunması; kaliumtutucu diuretiklərin və eləcədə, 
spironolaktonun istifadəsi. Miokard infarktı (o cümlədən, anamnezdə).

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat plasentadan keçir və bu səbəbdən hamiləlik dövründə preparatın istifadəsi yalnız, onun ana 
üçün gözlənilən faydası döl üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. 
Dərman preparatının laktasiya dövründə istifadəsi barədə heç bir məlumat yoxdur.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın başgicəllənməyə səbəb ola bilməsini nəzərə alaraq, nəqliyyat vasitəsini və ya digər 
potensial təhlükəli mexanizmləri idarə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

 

İstifadə qaydası və dozası

Preparatı vena daxilinə damcı üsulu ilə ilk 10-15 dəqiqə müddətində dəqiqədə 10 damcı sürəti ilə 
yeritmək lazımdır, sonra isə preparatın yeridilmə sürətini dəqiqədə 30 damcıya qədər artırmaq olar. 
Preparatın sutkalıq dozası – 100 ml məhlul təşkil edir. 
Mərkəzi və periferik damarlarda qan dövranının ağır dərəcəli pozğunluqları qeyd olunduqda, 
şiddətli intoksikasiya əlamətləri, hipoksiya, astenik vəziyyətlər müşahidə olunduğu hallarda 
preparatın dozasını sutkada 200 ml-ə qədər artırmaq olar. 
İnfuziya üçün məhlulun maksimal yeridilmə sürəti 20 mmol/saatdan yüksək olmamalıdır. 
12 yaşa qədər uşaqlar üçün preparatın dozası – bədən kütləsinin hər 1 kq-na sutkada 5-10 ml təşkil 
edir. 
Metabolik alkalozun müalicəsi üçün preparatın dozasını aşağıda göstərilən qayda ilə hesablamaq 
olar:

 

 

   Arginin hidroxlorid (mmol)
_________________________________ × 0,3 × bədən kütləsi (kq)
   qələvi qalığı (Be) (mmol/l)

 

 

 

Preparatın orqanizmə yeridilməsini hesablanmış dozanın yarısından başlamaq lazımdır. Yenilənmiş 
turşu-qələvi balansının nəticələri əldə olunduqdan sonra, əlavə korreksiyanın aparılması 
mümkündür.

 

Buraxılış forması
 

100 ml məhlul, şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti

2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı 

“Yuriya-Farm” MMC. 

 

Ünvan 

Ukrayna, 18030, Çerkassk vilayəti, Çerkassı şəh., Kobzarskaya küç., 108.
Tel.: +38 (044) 281-01-01. 
Qeydiyyat vəsiqəsinin sahibi
“Yuriya-Farm” MMC.

 

Ünvan 

Ukrayna, 03680, Kiyev şəh., N. Amosov küç., 10.