Wörwag Pharma

TIOGAMMA TURBO 12MG 50ML

TİOQAMMA TURBO infuziya üçün məhlul
 


TİOQAMMA TURBO Tərkibi

Təsiredici maddə: 50 ml-lik flakonda 1167,70 mq alfa-lipoy turşusunun meqlumin duzu
 (600mq alfa-lipoy turşusuna ekvivalentdir) vardır.
Köməkçi maddələr: meqlumin, makroqol 300, inyeksiya üçün su.


İstifadəsinə göstərişlər

Diabetik polinevropatiyalarda hissiyat pozğunluğu.

​​​​
Əks göstərişlər

Tioqamma Turbo alfa-lipoy turşusuna və onun inqredientlərindən hər hansı birinə qarşı yüksək 
həssaslıq olan xəstələrdə mütləq əks göstərişdir.


TİOQAMMA TURBO İstifadə qaydası və dozası

Fərdi və gündəlik doza
Böyüklərdə aydın nəzərə çarpan diabetik polineyropatiyalarda gündə 600 mq alfa-lipoy turşusu 
vena daxilinə yeridilir (Tioqamma Turbo-nun 1 infuziya flakona ekvivalentidir).
İstifadə qaydası və müddəti
İnfuziya məhlulu müalicənin başlanğıc fazasında 2-4 həftə ərzində vena daxilinə yeridilir.
Məhlul ən azı 30 dəq ərzində qısa infuziya formasında yavaş-yavaş vena daxilinə yeridilməlidir. 
İnfuziya standart infuziya ləvazimatları və təchiz olunan işıq keçirməz torba vasitəsilə birbaşa 
şüşədən daxil edilməlidir. Təsiredici maddə işığa həssas olduğundan flakon saxlandığı qutudan 
istifadə olunmazdan bilavasitə əvvəl çıxarılmalıdır. İnfuziya müddətinin ən azı 30 dəq olmasına 
əmin olmaq lazımdır.
Növbəti müalicə alfa-lipoy turşusunun oral qəbul üçün münasib olan 300 mq və 600 mq-lıq 
formalarından istifadə olunmaqla aparılmalıdır.