Materia Medika

Tenoten uçaq üçün 3 mq N40 tablet

TENOTEN UŞAQLAR ÜÇÜN homeopatik sorma tabletlər 
TENOTEN FOR CHILDREN 

 

 

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,003 q beyin-spesifik S-100 zülalına qarşı affin-
 təmizlənmiş antitellər* vardır. 
Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat. 
 * tərkibində təsiredici maddənin aktiv formasının miqdarı 10-16 nq/q-dan çox 
 olmayan su-spirt qarışığı şəklində laktoza monohidratın üzərinə çəkilir.

 

Farmakoterapevtik qrupu

Anksiolitik preparatlar.

 

İstifadəsinə göstərişlər

Tenoten uşaqlar üçün preparatının istifadəsi, 3 yaşdan yuxarı uşaqlar üçün göstərişdir. 
Kompleks terapiyanın tərkibində nevrasteniyanın və nevrotik pozğunluqların (o cümlədən, 
həyəcanla, qıcıqlanma və yüksək oyanıqlıqla, vegetativ pozğunluqlarla müşayiət olunan 
uyğunlaşma reaksiyaları daxil olmaqla) müalicəsi. 
Diqqət çatışmazlığı və hiperaktivlik sindromu. 

 

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq. 
3 yaşa qədər uşaqlar. 
Laktaza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik və laktasiya dövründə qadınlarda Tenoten uşaqlar üçün preparatının istifadəsinin 
təhlükəsizliyi öyrənilməmişdir. Göstərilən dövrdə preparatın istifadəsi üçün zərurət yarandığı 
halda, “fayda-risk” nisbəti nəzərə alınmalıdır. 

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tenoten uşaqlar üçün preparatının nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli 
mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri aşkar edilməmişdir. 

 

İstifadə qaydası və dozası

Tabletin üzərində olan xətt, onun 2 hissəyə bölünməsi üçün deyildir. 
Tabletləri daxilə qəbul etmək lazımdır. 1 qəbula – 1-2 tablet istifadə edilir (ağız boşluğunda tam 
sorulana qədər saxlanılmalıdır – qida qəbulu zamanı istifadə etmək olmaz). Zərurət yarandığı 
halda, tabletləri otaq temperaturunda az miqdar qaynadılmış suda həll etmək olar. 
Nevrasteniya və nevrotik pozğunluqlar. Sutkada 1 dəfədən 3 dəfəyə qədər 1 tablet qəbul etmək, 
müalicə kursu 1-3 ay təşkil edir. Zərurət yarandıqda, müalicə kursunu 6 aya qədər uzatmaq və ya 
1-2 aydan sonra təkrar etmək olar. 
Diqqət çatışmazlığı və hiperaktivlik sindromu. Sutkada 2 dəfə 2 tablet qəbul etmək, müalicə 
kursu 1-3 ay təşkil edir. 
Müalicəyə başladıqdan sonra, 3-4 həftə müddətində davamlı yaxşılaşma vəziyyəti əldə 
edilmədiyi halda, həkimə müraciət etmək lazımdır. 
Uşaqlar
Tenoten uşaqlar üçün preparatının istifadəsi, 3 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur.

 

Buraxılış forması

Homeopatik sorma tabletlər. 20 tablet polivinilxlorid örtüklü və alüminium folqa konturlu-yuvalı 
qablaşmada. 2 konturlu-yuvalı qablaşma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Preparatın istifadəsi müddətində konturlu-yuvalı qablaşma istehsalçı tərəfindən nəzərdə tutulmuş 
karton qutuda saxlanılmalıdır. 

 

Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı və ərizəçi 

“Materia Medika Holdinq” EİŞ” MMC. 

 

İstehsalçının hüquqi ünvanı 

Rusiya, 127473, Moskva şəh., 3-cü Samoteçnıy dalanı, ev 9.
Tel.:/Faks: +7 (495) 684-43-33. 
“Qaynar xətt”: +7 (495) 681-09-30; +7 (495) 681-93-00.
E-mail: hotline@materiamedica.ru 

 

Dərman preparatının istehsalat ünvanı 

Rusiya, 454139, Çelyabinsk şəh., Buquruslanskaya küç., ev 54. 
Ərizəçinin faktiki ünvanı 
“Materia Medika Holdinq” EİŞ” MMC nümayəndəliyi. 
Azərbaycan Respublikası, AZ 1025, Bakı şəh., Xətai rayonu, Nobel prospekti, ev 15, kvartal 
1212. 
Tel.: + 994 12 488 68 92. 
E-mail: az@materiamedica.ru