Herba Flora

Teastomin çay

Teastomin “Herba Flora” şirkətinin mədəqoruyucu çayı hesab olunur. Teastomin
çayının tərkibi zəyərək toxumu, şirin biyan kökü, cökə çiçəyi, kəcəvər kökü, istiotlu
nanə yarpağı, razyana meyvəsi kimi bitkilərdən hazırlanmışdır. Çay mədə və
onikibarmaq bağırsaqda xora və eroziv proseslər zamanı bürüyücü, antiasid və
iltihab əleyhinə effekt verir. Teastomin çayı tərkibindəki zəyərək toxumu, şirin
biyan kökü və cökə çiçəyi kimi selik saxlayan bitkilər sayəsində bürüyücü təsir
göstərir, hissi sinir uclarını qıcıqlanmadan qoruyur və ağrıkəsici effekt verir.
Həmçinin bu bitkilər bürüyücü təsiri ilə yanaşı zədələnmiş nahiyyədə iltihabi
proseslərin sağalmasını da sürətləndirir. Teastomin çayı kəcəvər və şirin biyan
kökləri sayəsində mədədəki xlorid turşusunun artıq miqdarını absorbsiya edərək
neytrallaşdırır. Bu çayın tərkibindəki istiotlu nanə yarpağı, cökə çiçəyi
mikrosirkulyasiyanı və regenerasiyanı yaxşılaşdıraraq həzm sistemində olan xora
və eroziv proseslərin sağalmasını da sürətləndirir, spazmolitik təsir göstərərək ağrı
sindromunu azaldır. Kəcəvər kökü, razyana meyvəsi, nanə yarpağı dad
reseptorlarını qıcıqlandırır, həzm vəzilərinin sekresiyasını artırır, həzmi
yaxşılaşdırır. Teastomin çayı tərkibində selik və yağ turşuları saxlayan bitkilər
sayəsində yumşaldıcı effekt verir, qəbizliyin qarşısını alır.
İstifadə qaydası: 2 filtr-bağlama 100 ml qaynar suda dəmlənir, soyuduqdan sonra
gündə 4 dəfə hər dəfə 100 ml yeməkdən 30 dəqiqə əvvəl ıliq şəkildə qəbul edilir.