Grindex

SULFARGIN 10MG 50GR MELHEM

SULFARGİN

 

SULFARGİN Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 10 mq gümüş sulfadiazin vardır. Köməkçi maddələr: vazelin yağı, propilenqlikol, setostearil spirti, qlesiril monostearat 40-55, polisorbat 80, metilparahidroksibenzonat, propilparahidroksibenzonat, təmizlənmiş su. 

 

İstifadəsinə göstərişlər

Preparat ikici və üçüncü dərəcəli yanıq zamanı yara sepsisinin profilaktikası və müalicəsi üçün əlavə olaraq, göstərilən yerli antimikrob vasitədir.

 

Əks göstərişlər

- Gümüş sulfadiazinə və ya digər sulfanilamidlərə (məsələn, sulfadimetoksin, sulfadimezin, urosulfan, sulfasil, norsulfazol, sulfadiazin, sulfalen və s.) və/və ya istənilən köməkçi maddələrə qarşı yüksək həssaslıq;

- anadangəlmə qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı (geniş miqyaslı səthdə istifadəsi zamanı hemoliz yarana bilər);

- sarılığın yaranma təhlükəsilə əlaqədar vaxtından əvvəl doğulmuş uşaqlarda, yenidoğulmuşlarda və 3 aya qədər olan uşaqlarda istifadə etmək olmaz;

- hamiləlik və laktasiya dövrü.

- Bol ekssudasiyalı dərin irinli və yanıq yaraları (məqsədəuyğun deyil).

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstifadənin təhlükəsizliyini müəyyən edən tədqiqatlar aparılmamışdır, bu səbəbə görə məlhəmdən istifadə etmək olmaz.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

 

SULFARGİN istifadə qaydası və dozası

Xaricə istifadə edilir. Məlhəmdən geniş səthdə istifadə zamanı böyrəklər və qaraciyərin funksiyasına, eləcə də, qanın formalı elementlərinin tərkibinə nəzarət etmək lazımdır. Pasiyent bol qələvi içki qəbul etməlidir. Nekrotik toxumaların cərrahi yolla aradan qaldırılmasından sonra məlhəm nazik təbəqə (2-4 mm) ilə sutkada 1-2 dəfə zədələnmiş səthə steril sarğı altında və ya açıq şəkildə sürtülür. Maksimal bir dəfəlik doza 300 q-dır. Müalicənin müddəti fərdi olub, xəstəliyin xarakterindən və terapiyanın effektivliyindən asılıdır, adətən 3 həftəyə qədər davam edir. Əlavə təsirləri Əlavə təsirlərin tezliyi sistem və orqanlar qrupuna, eləcə də, MedDRA-nın tezliyi üzrə təsnif edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10); bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda (≥ 1/10000 - < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil).

Yerli reaksiyalar:

Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar: Nadir hallarda: allergik dəri reaksiyaları (yanma hissi, qaşınma, səpgi). Çox nadir hallarda: adətən 5-10 dəqiqədən sonra keçən yerli qıcıqlanma (qısamüddətli qaşınma, ağrı).

Sistem reaksiyalar:

Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: Tez-tez: ürəkbulanma, qusma, diareya, qlossit (dilin iltihabı).

Skelet- əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar :Məlum deyil: oynaqlarda ağrı.

Qaraciyər və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: Nadir hallarda: qaraciyərin zədələnməsi. Məlum deyil: hepatit.

Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar: Nadir hallarda: argiriya (toxumalarda gümüş yığılması nəticəsində dəri kül-boz rəngdə ola bilər). Adətən məlhəmin geniş nahiyədə və ya uzun müddətli istifadəsi zamanı təzahür edir. Məlum deyil: multiformalı eritema, dərinin fotohəssaslığı.

Böyrəklər və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar: Nadir hallarda: kristaluriya (sidikdə təsiredici maddənin kristallarının olması), böyrəklərin zədələnməsi. Məlum deyil: interstisial nefrit.

Sinir sistemində baş verən pozğunluqlar: Nadir hallarda: baş ağrıları, qıcolma spazmaları.

Psixikada baş verən pozğunluqlar: Məlum deyil: şüurun dumanlanması.

Qan və limfa sistemində baş verən pozğunluqlar: Nadir hallarda: leykopeniya (leykositlərin sayının azalması), trombositopeniya (trombositlərin sayının azalması), eozinofiliya (eozinofillərin artıqlığı), aqranulositoz, aplastik anemiya, hemolitik anemiya.

İmmun sistemdə baş verən pozğunluqlar: Nadir hallarda: allergik zökəm və ya allergik astma, yüksək həssaslıq reaksiyaları.

Əlavə təsirlər (eləcə də, sadalanmayan əlavə təsirlər) baş verdikdə, həkimə məlumat vermək lazımdır.

 

Doza həddinin aşılması

Simptomları: Uzun müddətli istifadəsi və ya geniş səthli yaraların müalicəsi zamanı qan plazmasında sulfanilamidlərin elə konsentrasiyaları yarana bilər ki, bu da sistemli müalicə zamanı yaranan konsentrasiyalarla müqayisə oluna bilər və buna görə də bütün sulfanilamidlərin sistem istifadəsi ilə əlaqədar əlavə təsirlərin yaranması mümkündür (“Əlavə təsirləri” bölməsinə bax). Müalicəsi simptomatikdir. Məlhəmin təsadüfən daxilə qəbulu zamanı həkimə müraciət etmək lazımdıır. Pasiyent qablaşdırmasını həkimə göstərmək üçün götürməlidir.