Pharmed
STREPSILS MENTOL EVKALIPT N36
STREPSİLS MENTOL VƏ EVKALİPT
STREPSİLS MENTOL VƏ EVKALİPT Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 0,6 mq amilmetakrezol, 1,2 mq 2,4- dixlorbenzil
spirti, 8 mq levomentol vardır.
Köməkçi maddələr: budaqlı evkalipt yarpaqlarının yağı, çaxır turşusu, indiqokarmin, duru
saxaroza, duru dekstroza (dekstroza, oliqo- və polisaxaridlər) (duru qlükoza).
İstifadəsinə göstərişlər
İnfeksion iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- 6 yaşa qədər uşaqlar;
- saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza
malabsorbsiyası.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda döl üçün
potensial riskdən üstün olduqda həkim məsləhəti ilə mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə və sürətli psixomotor reaksiya və yüksək
diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsir etmir.
STREPSİLS MENTOL VƏ EVKALİPT istifadə qaydası və dozası
Preparatı istifadə etməzdən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır.
Yerli istifadə edilir.
Böyüklər və 6 yaşdan yuxarı uşaqlar
Hər 2-3 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 8 tabletdən çox istifadə etmək olmaz.
Qeyd edilən dozanı aşmaq olmaz.
Müalicə kursunun müddəti 3 gündən artıq olmamalıdır. Preparat qəbul edildiyi 3 gün ərzində
simptomlar olduğu kimi qaldıqda, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.