Pharmed

STREPSİLS LİMON BAL N36

STREPSİLS

 

STREPSİLS tərkibi

Təsiredici maddələr: 1 sorma tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq
 amilmetakrezol vardır.
Köməkçi maddələr: çaxır turşusu, bal, nanə yarpaqlarının yağı, limon
 yağı (terpenlərsiz), xinolin sarısı boya maddəsi (E 104), maye saxaroza,
 maye dekstroza [dekstroza, oliqo-və polisaxaridlər] (maye qlükoza).
 

İstifadəsinə göstərişlər

İnfeksion-iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.

 

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- 6 yaşa qədər uşaqlar;
- saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza
malabsorbsiyası sindromu.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda döl üçün
potensial riskdən üstün olduqda həkim məsləhəti ilə mümkündür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə və sürətli psixomotor reaksiya və
yüksək diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma
qabiliyyətinə təsir etmir.

 

STREPSİLS istifadə qaydası və dozası

Preparatı istifadə etməzdən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır.
Yerli istifadə edilir.
Böyüklər və 6 yaşdan yuxarı uşaqlar:
Hər 2-3 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 8 tabletdən çox istifadə etmək olmaz.
Qeyd edilən dozanı aşmaq olmaz.
Müalicə kursunun müddəti 3 gündən artıq olmamalıdır. Preparat qəbul edildiyi 3 gün ərzində
simptomlar olduğu kimi qalarsa, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.