Pharmed
Stamik 40 mq N28 tablet
STAMİK 40 mq bağırsaqda həll olan örtüklü tabletlər
STAMIC
Beynəlxalq patentləşdirilməmiş adı: Pantoprazole
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq pantoprazol vardır (natrium seskvihidrat şəklində).
Köməkçi maddələr: natrium kroskarmelloza, krospovidon, mannitol DC, susuz natrium karbonat, kalsium
stearat, susuz kolloidal silisium dioksid.
Örtük: hipromelloza asetat suksinat, trietil sitrat, hidroksipropilmetilsellüloza, talk, natrium
laurilsulfat, sarı dəmir oksidi (E 172).
Farmakoterapevtik qrupu
Proton nasosu inhibitorları.
İstifadəsinə göstərişlər
Stamik aşağıdakı hallarda istifadə olunur:
Reflüks ezofaqit (qidanın və mədə turşusunun mədədən qida borusuna keçməsi nəticəsində qida borusunda
inkişaf edən iltihabi proses);
Helicobacter pylori tərəfindən törədilən mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsi zamanı bu
mikroorqanizmin eradikasiyasını sürətləndirərək residiv riskini azaltmaq məqsədilə (uyğun iki antibiotiklə
birlikdə);
Mədə və onikibarmaq bağırsağın peptik xoraları;
Zollinger- Ellison sindromu və mədə turşuluğunun artması ilə müşayiət olunan digər patoloji vəziyyətlər.
Əks göstərişlər
Pantoprazola və ya Stamikin tərkibində olan hər hansı digər komponentə qarşı allergiya (yüksək həssaslıq);
Atazanavir adlı dərman maddəsinin (QİÇS zamanı istifadə olunur) eyni zamanda istifadəsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı dərman vasitəsini qəbul etməzdən öncə həkimlə və ya əczaçı ilə məsləhətləşin.
Hamilə qadınlar üzərində aparılan klinik tədqiqatlar məhduddur. Aktiv maddələrin döş südünə keçməsi barədə
məlumat yoxdur. Əgər siz hamiləsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, yaxud döşlə
qidalandırırsınızsa, bu barədə həkimi məlumatlandırın. Hamiləlik zamanı preparatın istifadəsindən qaçınmaq
lazımdır.Döşlə qidalandırma dövründə preparatın dayandırılması və ya südvermənin dayandırılması barədə qərar, ana
üçün müalicənin faydası və körpə üçün südvermənin faydası nəzərə alınmaqla qərar verilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın avtomobil və texnikadan istifadə qabiliyyətlərinə təsiri məlum deyil. Preparatın qəbulu zamanı
başgicəllənmə və dumanlı görmə kimi mümkün əlavə təsirlər meydana çıxarsa, bu zaman avtomobil və ya
texnikadan istifadə etməyin.
İstifadə qaydası və dozası
Stamiki həkim təyinatına uyğun qəbul edin. Əgər qəbul qaydası ilə bağlı hər hansı bir sual yaranarsa, həkimə
müraciət edin.
Tableti çeynəmədən, bütöv şəkildə, su ilə səhər yeməyindən bir saat əvvəl qəbul edin.
Həkim təyinatı dəyişmədiyi təqdirdə, adətən dozalanma aşağıdakı kimidir:
Yaşlılar və 12 yaşdan yuxarı yeniyetmələr üçün:
Reflüks ezofaqit zamanı
Məsləhət görülən doza gündə bir tabletdir. Həkiminiz gündəlik dozanı iki tabletə qədər artıra bilər. Müalicə
müddətini həkim təyin edəcək. Reflüks ezofaqit zamanı müalicə kursu adətən 4 - 8 həftə təşkil edir.
Yaşlılar
Helicobacter pylori adlanan bakteriyanın törətdiyi onikibarmaq bağırsaq və mədə xoralarının uyğun iki
antibiotiklə birgə müalicəsi zamanı (eradikasion müalicə)
Amoksisillin, klaritromisin və metronidazol kimi antibiotiklərdən hər hansı ikisi ilə kombinə olunmaqla,
gündə 2 dəfə 1 tablet qəbul olunur. İlk pantoprazol tabletini səhər yeməyindən bir saat əvvəl və ikinci tableti
şam yeməyindən bir saat əvvəl qəbul edin. Həkimin təyinatına riayət edin və yanaşı qəbul edilən
antibiotiklərin istifadə üzrə təlimatını oxuyun.
Adətən aşağıdakı kombinasiyalar məsləhət görülür:
- Pantoprazol 40 mq + klaritromisin 500 mq + amoksisillin 1000 mq
- Pantoprazol 40 mq + klaritromisin 500 mq + metronidazol 500 mq
- Pantoprazol 40 mq + metronidazol 500 mq + amoksisillin 1000 mq
Qeyd edilən preparatların hər biri gündə iki dəfə qəbul olunmalıdır. Adətən müalicə müddəti 1-2 həftə təşkil
edir.
Mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsi zamanı
Gündə bir tablet qəbul olunur. Həkimlə razılaşdırıldıqdan sonra gündəlik doza iki tabletə qədər artırıla bilər.
Həkim müalicənin nə qədər davam edəcəyini sizə bildirəcək. Mədə xoraları üçün müalicə müddəti adətən 4 -
8 həftə, onikibarmaq bağırsaq xoraları üçün müalicə müddəti adətən 2 - 4 həftə təşkil edir.
Zollinger-Ellison sindromunun və mədədə turşuluğun artması ilə müşayiət olunan digər vəziyyətlərin
uzunmüddətli müalicəsi üçün
Tövsiyə olunan başlanğıc doza gündə iki tabletdir. Preparat gündə bir dəfə-iki tablet səhər yeməyindən bir
saat öncə qəbul edilir. Mədədə turşuluğun səviyyəsindən asılı olaraq, həkim sizə uyğun dozanı təyin
edəcəkdir. Əgər gündəlik doza iki tabletdən artıq təyin olunmuşdursa, tabletləri bərabər doza şəklində gündə
iki dəfə olmaqla qəbul edin.
Xüsusi xəstə qrupları
- Əgər sizdə böyrəklərin funksional pozğunluğu varsa, gündə bir tabletdən çox qəbul etməməlisiniz.
Antibiotiklərlə birgə Helicobacter pylori əleyhinə aparılan kombinəolunmuş müalicə təyin olunmamalıdır.
- Əgər siz ağır qaraciyər pozğunluğundan əziyyət çəkirsinizsə, gündə 20 mg-dan yüksək doza qəbul
etməməlisiniz. Bu zaman qanın biokimyəvi göstəriciləri nəzarətdə saxlanmalıdır. Qaraciyər fermentlərinin
səviyyəsi yüksəldikdə, preparatın qəbulu dayandırılmalıdır. Antibiotiklərlə birgə Helicobacter pylori əleyhinə
aparılan kombinəolunmuş müalicə təyin olunmamalıdır.
- 12 yaşdan aşağı uşaqlar: 12 yaşdan kiçik uşaqların istifadəsi üçün tövsiyə olunmur.
- Yaşlı (65 yaş və daha yuxarı) pasiyentlər: yaşlı insanlar gündə bir tabletdən çox qəbul etməməlidirlər. Yalnız
antibiotiklərlə birgə Helicobacter pylori əleyhinə aparılan kombinəolunmuş müalicə istisna təşkil edir. Bu
zaman gündəlik doza iki tabletdir.
Stamik tabletlərinin qəbulunu unutmusunuzsa
Dozanı qəbul etməyi unutmusunuzsa, xatırladıqda unudulmuş dozanı qəbul etməyin. Növbəti dozanı öz
vaxtında qəbul edin.
Əgər siz Stamik tabletlərinin qəbulunu dayandırsanız
Həkim və ya əczaçı ilə məsləhətləşmədən tabletlərin qəbulunu dayandırmayın.
Əgər preparatın istifadəsi ilə əlaqədar əlavə suallarınız olarsa, həkimə və ya əczaçıya müraciət edin.
Buraxılış forması
14 və ya 28 tablet, polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dərmanları çirkab suları və ya məişət tullantıları vasitəsilə atmayın. İstifadəsinə ehtiyac duyulmayan preparatı
necə atmalı olduğunuzu əczaçılardan soruşun. Bu kimi tədbirlər təbiəti mühafizə etməyə kömək edir.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Merkez Laboratuarı İlaç Sanayi ve Tic. A.Ş., Türkiyə.
Çamlık Mah., Sırrı Çelik Bul., Ayça Sok. No:6, Taşdelen - Çekmeköy, İstanbul, Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Helba İlaç İç ve Dış San. Tic. A.Ş., Türkiyə.
Çamlık Mah., Pamuk Sok., A Blok Apt., No:12-16/17 Ümraniye, İstanbul, Türkiyə.