Pharmed
SPASCUPREEL 1,1ML N5 AMP
SPASKUPREL, əzələdaxili, dərialtı, dəridaxili, venadaxili inyeksiya üçün məhlul
SPASKUPREL tərkibi
Təsiredici maddələr: 1,1 ml-lik (= 1,1 q) ampulun tərkibi: Citrullus colocynthis D4 1,1 mq; Ammonium bromatum D4 1,1 mq; Atropinum sulfuricum D6 1,1 mq; Veratrum album D6 1,1 mq; Gelsemium sempervirens D6 1,1 mq; Amanita muscaria D4 0,55 mq; Matricaria recutita D3 0,55 mq; Cuprum sulfuricum D6 0,55 mq; Aconitum napellus D6 2,2 mq; Magnesium phosphoricum D6 1,1 mq; Passiflora incarnata D2 0,55 mq.
İstifadəsinə göstərişlər
Saya əzələli orqanların spazmı (mədə, bağırsaq, öd kisəsi, uşaqlıq, sidik yolları); eninəzolaqlı əzələnin spastik vəziyyəti (miogeloz, əzələ gərginləşməsi).
Əks göstərişlər
Preparatın tərkibində olan komponentdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq). Dozalanma səbəbindən preparat 2 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövrünə aid bu preparatın kliniki məlumatları mövcüd deyil. Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksik təsiri haqda məlumat yoxdur. Əks göstərişləri ilə bağlı hər hansı məlumat bildirilməmişdir.
SPASKUPREL istifadə qaydası və dozası
Kəskin hallarda gündə bir neçə dəfə, digər hallarda isə 1 ampuldan həftədə 1-3 dəfə əzələdaxili, dərialtı, dəridaxili, venadaxili yeridilir.