Pharmed
SOLIDAGOREN 20ML DAMLA
SOLİDAQOREN, oral damcı
SOLİDAQOREN tərkibi
Təsiredici maddə: 10 ml (= 9,5 q) məhlulun tərkibində 7,9 ml qızılsəbət otunun (Solidaginis herba), qazayağı otunun (Anserinae herba), qatırquyruğu otunun (Equiseti Herba) duru ekstraktının (1:1,5 - 2,1) qarışığı (4,2: 1,4: 1) vardır. Ekstragent: etanol 50% (həcm/həcm).
İstifadəsinə göstərişlər
Preparat ənənəvi olaraq, sidik yollarını təmizləmək və böyrək daşlarının çökməsini azaltmaq və sidik yollarının iltihabı kontekstində yüngül şikayətlər olduqda, dəstəkləyici müalicə qismində istifadə edilir.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Solidaqoren preparatını, Mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsindən olan bitkilərə qarşı allergiya olduqda, istifadə etmək olmaz, belə ki, adı gedən fəsilənin bitkiləri preparatın tərkibində daxil olan bitki ekstraktının istehsalı zamanı istifadə edilir. Solidaqoren preparatının tərkibində qatırquyruğu (Equisetum arvense) ekstraktı olduğu üçün dərman vasitəsini hamiləlik dövründə istifadəsi əks göstərişdir. Ağır ürək çatışmazlığı, böyrək çatışmazlığı və digər mayenin qəbulunun azaldılmasını tələb edən xəstəliklər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Solidaqoren preparatının tərkibində qatırquyruğu (Equisetum arvense) ekstraktı olduğu üçün hamiləlik dövründə dərman vasitəsinin istifadəsi əks göstərişdir. Laktasiya dövründə Solidaqoren preparatının istifadəsi, yalnız ana üçün fayda/körpəyə olan risk nisbəti ciddi qiymətləndirildikdən sonra mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məsləhət görülən dozaya əməl etdikdə, təsir etmir.
SOLİDAQOREN istifadə qaydası və dozası
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Preparat gündə 3 dəfə 20-30 damcı təyin edilir. 30 damcı 1,4 ml-ə müvafiqdir. Solidaqoreni kifayət qədər maye ilə qəbul etmək lazımdır. İstifadə müddəti həkim tərəfindən fərdi təyin edilir.