
Eris Farma
SOFİTAN N50 KAPSUL
SOFİTAN
DƏRMAN VASİTƏSİ DEYİL!
Bioloji aktiv qida məhsulunun istifadəsi üzrə təlimat
Hər 1 yumşaq kapsulun tərkibində:
Xolekalsiferol (1000 BV/25 mkq D3 vitamininə ekvivalentdir)........................................ 1 mq (Cholecalciferol (equiv. to 1000 IU/25 mcg Vitamin D3))
Menaxinon-7 (50 mkq K2 vitamininə ekvivalentdir)........................................................ 11,11 mq (Menaquinone-7 (equiv. to 50 mcg Vitamin K2))
Köməkçi maddələr: Günəbaxan yağı (Sunflower oil), jelatin (gelatin), qliserin (glycerine), deionizə olunmuş su (deionized water)
Məhsulun tərkibinə dair bəyan: D3 vitamini - kalsium və fosforun normal sorulmasına (istifadəsinə), qanda kalsiumun miqdarını normal səviyyədə saxlamağa, immun sisteminin normal fəaliyyətinə kömək edir. K2 vitamini - normal sümüklərin müdafiəsinə kömək edir.
-
BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
-
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
-
BAQM normal qidalanmanı əvəz etmir.
-
Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz.
-
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
-
Uşaqların əli çatmayan yerdə saxlayın.
SOFİTAN İstifadə qaydası və dozası:
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 yumşaq kapsul gündə 1 dəfə.
SOFİTAN Əks göstərişlər:
Məhsulun tərkibindəki hər hansı komponentə qarşı fərdi həssaslıq, 14 yaşa qədər uşaqlar.
Buraxılış forması:
Yumşaq kapsul.
Qablaşdırma forması:
№50 yumşaq kapsul flakonda, içlik vərəqi ilə birlikdə karton qutu qablaşdırmada.
Yararlılıq müddəti:
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin.
Saxlanma şəraiti:
25∘C-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən yerdə saxlanılmalıdır.
İstehsalçı ölkə:
CONALT İlaç Sanayi Tic. LTD. ŞTİ Tatlısu Məh. Arif Ay Sokak No: 10, Ümraniye, İstanbul, Türkiyə info@conalt.eu
Mərkəzi ofis:
CONALT Pharmaceutical Industry TRD. LTD. CO 17 Green Lanes, London, England, N16 9BS www.conalt.eu