Pharmed
SIPROFLOKSASIN 2MG 100ML SISTEM (UKR)
SİPROFLOKSASİN infuziya üçün məhlul
CIPROFLOXACIN
Beynəlxalq patentləşdirilməmiş adı: Ciprofloxacin hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 2 mq siprofloksasin hidroxlorid (siprofloksasin
hesabı ilə) vardır.
Köməkçi maddələr: natrium xlorid, dinatrium edetat, süd turşusu, qatı hidrogenxlorid turşusu*,
natrium hidroksid*, inyeksiya üçün su.
* Preparatın pH göstəricisini korreksiya etmək tələb olunduğu halda.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibakterial preparatlar. Flüorxinolonlar. Siprofloksasin.
İstifadəsinə göstərişlər
Siprofloksasinin istifadəsi aşağıda sadalanan infeksiyaların müalicəsi üçün göstərişdir (“Xüsusi
göstərişlər və ehtiyat tədbirləri” və “Farmakoloji xüsusiyyətləri” bölmələrinə bax). Müalicəyə
başlamazdan əvvəl, siprofloksasinə qarşı rezistentlik barədə bütün əldə olunan məlumatlara xüsusi
diqqət yetirmək lazımdır.
Antibakterial preparatların müvafiq istifadəsinə dair rəsmi tövsiyələri nəzərə almaq vacibdir.
Böyüklər
Qrammənfi bakteriyaların törətdikləri aşağı tənəffüs yolları infeksiyaları:
- ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşməsi*;
- kistoz fibroz və ya bronxoektaziyalar zamanı müşahidə olunan bronx-ağciyər infeksiyaları;
- xəstəxanadankənar pnevmoniya.
Xroniki irinli orta qulaq otiti.
Xüsusilə qrammənfi bakteriyaların törətdikləri, xroniki sinusitin kəskinləşməsi*.
Sidik yolları infeksiyaları:
- ağırlaşmamış kəskin sistit*;
- kəskin pielonefrit;
- sidik yollarının ağırlaşmış infeksiyaları;
- bakterial prostatit.
Cinsiyyət orqanları sisteminin infeksion zədələnmələri:
- qonokokk mənşəli uretrit və Neisseria gonorrhoeae mikroorqanizmlərinin həssas ştammlarının
törətdikləri servisit;
- xüsusilə, Neisseria gonorrhoeae mikroorqanizmlərinin törətdikləri orxoepididimit;
- xüsusilə, Neisseria gonorrhoeae mikroorqanizmlərinin həssas ştammlarının törətdikləri çanaq
orqanlarının iltihabi xəstəlikləri.
Mədə-bağırsaq traktı infeksiyaları (məsələn, səyahətçilər diareyasının müalicəsi).
İntraabdominal infeksiyalar.
Qrammənfi bakteriyaların törətdikləri dəri və yumşaq toxumaların infeksiyaları.
Sümük və oynaq infeksiyaları.
Qarayara xəstəliyinin ağciyər forması (kontaktdan sonrakı profilaktika və radikal müalicə).
Bakterial infeksiya nəticəsində meydana çıxan neytropeniyalı pasiyentlərdə qızdırma.
Uşaqlar və yeniyetmələr
Kistoz fibrozdan əziyyət çəkən pasiyentlərdə Pseudomonas aeruginosa mikroorqanizmlərinin
törətdikləri bronx-ağciyər infeksiyaları.
Sidik yollarının ağırlaşmış infeksiyaları və kəskin pielonefrit.
Qarayara xəstəliyinin ağciyər forması (kontaktdan sonrakı profilaktika və radikal müalicə).
Həkim zəruri hesab etdiyi hallarda, siprofloksasini uşaqların və yeniyetmələrin ağır dərəcəli
infeksiyalarının müalicəsi üçün istifadə etmək olar.
Müalicəni yalnız, uşaqlarda və yeniyetmələrdə kistoz fibrozun və/və ya ağır dərəcəli infeksiyaların
müalicəsində təcrübəyə malik olan həkim başlaya bilər.
* Yalnız həmin infeksiyanın müalicəsi üçün adətən təyin olunan digər antibakterial preparatların
qeyri-effektivliyi və ya məqsədəuyğun olmadıqları təsdiq olunduğu hallarda.
Əks göstərişlər
Təsiredici maddə olan siprofloksasin hidroxloridə, flüorxinolonlar qrupundan olan digər
preparatlara və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək
həssaslıq qeyd olunduqda, preparatdan istifadə etmək olmaz.
Hamiləlik, laktasiya dövrü, epilepsiya, MCC-nin qıcolmalarla müşayiət oluna bilən xəstəlikləri, 15
yaşınadək uşaqlarda istifadəsi.
Siprofloksasinin və tizanidinin eyni zamanda istifadəsi əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə istifadəsi əks-göstərişdir.
Laktasiya dövrü
Siprofloksasin ana südünə nüfuz edir. Yenidoğulmuşlarda oynaq qığırdaqlarına zədələyici təsir
riskini nəzərə alaraq, siprofloksasini laktasiya dövründə istifadə etmək olmaz.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Flüorxinolonlar qrupunun nümayəndəsi kimi, siprofloksasin mərkəzi sinir sistemində əlavə
reaksiyaların meydana çıxmasına səbəb ola bilər və bunun nəticəsində, pasiyentin nəqliyyat
vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilər
(“Əlavə təsirləri” bölməsinə bax). Bu səbəbdən, pasiyentin nəqliyyat vasitəsini və digər potensial
təhlükəli mexanizmləri idarəetmə qabiliyyəti pozula bilər.
İstifadə qaydası və dozası
Dozalanma rejimi, infeksiyanın lokalizasiyasından və ağırlıq dərəcəsindən, törədicinin
həssaslığından, pasiyentin böyrək funksiyalarından asılı olaraq, uşaqlar və yeniyetmələr üçün isə
bədən kütləsinə müvafiq, fərdi qaydada müəyyən olunur.
Müalicənin davametmə müddəti xəstəliyin ağırlıq dərəcəsindən, klinik və bakterioloji mənzərədən
asılıdır.
Bəzi bakteriyaların (məsələn, Pseudomonas aeruginosa, Acinetobacter və ya Staphylococci
mikroorqanizmlərinin) törətdikləri infeksiyaların müalicəsi aparıldıqda, siprofloksasinin daha
yüksək dozalarının istifadəsi və digər müvafiq antibakterial preparatların birlikdə istifadəsi tələb
oluna bilər.
Bəzi infeksiyaların (məsələn, çanaq orqanlarının iltihabi xəstəlikləri, intraabdominal infeksiyalar,
neytropeniyalı pasiyentlərdə müşahidə olunan infeksiyalar və sümük və oynaq infeksiyaları)
müalicəsi aparıldıqda, törədicidən asılı olaraq, digər uyğun antibakterial preparatların birlikdə
istifadəsi tələb oluna bilər.
| Göstərişlər | Sutkalıq doza, mq | Müalicənin ümumi davametmə müddəti (ən qısa müddət ərzində pasiyentin peroral müalicəyə keçirilməsini nəzərə alaraq) | |
|---|---|---|---|
| Aşağı tənəffüs yolları infeksiyaları | Sutkada 2 dəfə 400 mq-dan, sutkada 3 dəfə 400 mq-a qədər | 7 gündən 14 günə qədər | |
| Yuxarı tənəffüs yolları infeksiyaları | Xroniki sinusitin kəskinləşməsi | Sutkada 2 dəfə 400 mq-dan, sutkada 3 dəfə 400 mq-a qədər | 7 gündən 14 günə qədər |
| Xroniki irinli orta qulaq otiti | Sutkada 2 dəfə 400 mq-dan, sutkada 3 dəfə 400 mq-a qədər | 7 gündən 14 günə qədər | |
| Sidik yolları infeksiyaları | Ağırlaşmış və ağırlaşmamış kəskin piyelonefrit | Sutkada 2 dəfə 400 mq-dan, sutkada 3 dəfə 400 mq-a qədər | 7 gündən 21 günə qədər; xüsusi hallarda (məsələn, absses zamanı) müalicəni 21 gündən artıq davam etdirmək olar |
| Bakterial prostatit | Sutkada 2 dəfə 400 mq-dan, sutkada 3 dəfə 400 mq-a qədər | 2 həftədən 4 həftəyə qədər (kəskinləşmə) | |
| Cinsiyyət yolları infeksiyaları | Orxoepididimit və çanaq orqanlarının iltihabi xəstəlikləri | Sutkada 2 dəfə 400 mq-dan, sutkada 3 dəfə 400 mq-a qədər | Minimum 14 gün |
| Mədə-bağırsaq traktı infeksiyaları və intraabdominal infeksiyalar | 1-ci tip Shigella dysenteriae və “səyahətçilər diareyasının” ağır formasının empirik müalicəsi istisna olmaqla, Shigella spp. mikroorqanizmlərinin ştammları daxil olmaqla, bakterial patogenlərin törətdikləri diareya | Sutkada 2 dəfə 400 mq | 1 gün |
| 1-ci tip Shigella dysenteriae mikroorqanizmlərinin törətdikləri diareya | Sutkada 2 dəfə 400 mq | 5 gün | |
| Vibrio cholerae mikroorqanizmlərinin törətdikləri diareya | Sutkada 2 dəfə 400 mq | 3 gün | |
| Qarın yatalağı | Sutkada 2 dəfə 400 mq | 7 gün | |
| Qrammənfi bakteriyaların törətdikləri intraabdominal infeksiyalar | Sutkada 2 dəfə 400 mq-dan, sutkada 3 dəfə 400 mq-a qədər | 5 gündən 14 günə qədər | |
| Dəri və yumşaq toxumaların infeksiyaları | Sutkada 2 dəfə 400 mq-dan, sutkada 3 dəfə 400 mq-a qədər | 7 gündən 14 günə qədər | |
| Sümük və oynaq infeksiyaları | Sutkada 2 dəfə 400 mq-dan, sutkada 3 dəfə 400 mq-a qədər | Maksimum 3 ay | |
| Bakterial infeksiya nəticəsində meydana çıxan neytropeniyalı pasiyentlərdə qızdırma. Siprofloksasin, rəsmi tövsiyələrə müvafiq, digər uyğun antibakterial preparatlarla birlikdə yeridilir. | Sutkada 2 dəfə 400 mq-dan, sutkada 3 dəfə 400 mq-a qədər | Müalicə, neytropeniya müşahidə olunan dövrün sonuna qədər aparılır. | |
| Qarayaranın ağciyər forması (kontaktdan sonrakı profilaktika və radikal müalicə). Ehtimal edilən və ya təsdiq olunan kontaktdan sonra, preparatın istifadəsini mümkün qədər tez başlamaq lazımdır | Sutkada 2 dəfə 400 mq | Bacillus anthracis mikroorqanizminin daşıyıcısı ilə kontakt təsdiq olunduqdan sonra, 60 gün müddətində. | |
| Göstərişlər | Sutkalıq doza, mq | Müalicənin ümumi davametmə müddəti (ən qısa müddət ərzində pasiyentin peroral müalicəyə keçirilməsini nəzərə alaraq) |
|---|---|---|
| Kistoz fibroz | Sutkada 3 dəfə 10 mq/kq bədən kütləsi, bir dozaya maksimum 400 mq | 10 gündən 14 günə qədər |
| Sidik yollarının ağırlaşmış infeksiyaları və kəskin piyelonefrit | Sutkada 3 dəfə 6 mq/kq bədən kütləsindən, sutkada 3 dəfə 10 mq/kq bədən kütləsinə qədər, bir dozaya maksimum 400 mq | 10 gündən 14 günə qədər |
| Qarayaranın ağciyər forması (kontaktdan sonrakı profilaktika və radikal müalicə). Ehtimal edilən və ya təsdiq olunan kontaktdan sonra, preparatın istifadəsini mümkün qədər tez başlamaq lazımdır | Sutkada 2 dəfə 10 mq/kq bədən kütləsindən, sutkada 2 dəfə 15 mq/kq bədən kütləsinə qədər, bir dozaya maksimum 400 mq | Bacillus anthracis mikroorqanizmlərinin daşıyıcısı ilə kontakt təsdiq olunduqdan sonra, 60 gün müddətində. |
| Digər ağır dərəcəli infeksiyalar | Sutkada üç dəfə 10 mq/kq bədən kütləsi, bir dozaya maksimum 400 mq | İnfeksiyanın növünə müvafiq |
| Kreatinin klirensi (ml/dəqiqədə/1.73 m²) | Zərdab kreatinini (µmol/l) | Venadaxili doza (mq) |
|---|---|---|
| > 60 | < 124 | Adi dozalanmaya bax |
| 30-60 | 124-dən 168-ə qədər | Hər 12 saatdan bir 200-400 mq |
| < 30 | > 169 | Hər 24 saatdan bir 200-400 mq |
| Hemodializ proseduraları qəbul edən pasiyentlər | > 169 | Hər 24 saatdan bir 200-400 mq (dializdən sonra) |
| Peritoneal dializ proseduraları qəbul edən pasiyentlər | > 169 | Hər 24 saatdan bir 200-400 mq |
Qaraciyər funksiyalarının pozulması
Dozanın korreksiyası tələb olunmur.
Böyrək və ya qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən uşaqlarda preparatın
dozalanma rejimi öyrənilməyib.
Siprofloksasin orqanizmə venadaxili infuziya şəklində yeridilir. Uşaqlar üçün infuziyanın
davametmə müddəti 60 dəqiqə təşkil edir. Yetkin yaşlı pasiyentlərdə infuziyanın davametmə
müddəti, tərkibində 400 mq siprofloksasin olan “Siprofloksasin, infuziya üçün məhlul” preparatı
üçün 60 dəqiqə və tərkibində 200 mq siprofloksasin olan “Siprofloksasin, infuziya üçün məhlul”
preparatı üçün 30 dəqiqə təşkil edir. İri vena daxilinə infuziyanın tədricən yeridilməsi, pasiyentdə
diskomfort hissini minimumlaşdırmaq və venoz qıcıqlanma riskini aşağı salmaq imkanı verir.
İnfuziya üçün məhlulu orqanizmə həm sərbəst şəkildə, həm də digər uyğun olan infuziya üçün
məhlullarla qarışdırdıqdan sonra yeritmək olar.
İstifadə etməzdən əvvəl içərisində dərman preparatı olan flakonu çalxalamaq lazımdır.
Digər məhlullarla uyğunluğu
Siprofloksasinin infuziya üçün məhlulunun aşağıda göstərilən məhlullarla birlikdə istifadəsi
uyğundur: Ringer məhlulu, 0,9%-li natrium xlorid məhlulu, 5%-li və 10%-li qlükoza məhlulu,
10%-li fruktoza məhlulu, 5%-li qlükoza məhlulu 0,225%-li NaCl və ya 0,45%-li NaCl məhlulları
ilə birlikdə. Siprofloksasinin infuziya üçün məhlulunun digər infuziya üçün məhlullarla uyğun
olması təsdiq olunmadığı halda, preparatı orqanizmə sərbəst yeritmək lazımdır. Uyuşmazlığın
zahiri əlamətlərinə çöküntünün əmələ gəlməsi, məhlulun bulanıqlığı və ya rənginin dəyişməsi
aiddir.
Uşaqlar
Uşaqlarda siprofloksasini, “İstifadəsinə göstərişlər” bölməsində göstərilənlər istisna olmaqla,
digər infeksion xəstəliklərin müalicəsi üçün istifadə etmək tövsiyə olunmur.
Buraxılış forması
100 ml və 200 ml məhlul, şüşə flakonda. Müvafiq sayda flakon və içlik vərəqə karton qutuya
qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşmada və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Yuriya-Farm” MMC.
Ukrayna, 18030, Çerkasskaya vilayəti, Çerkassı şəh., Kobzarskaya küç., 108.
Tel.: +38 (044) 281-01-01.
Qeydiyyat vəsiqəsinin sahibi
“Yuriya-Farm” MMC.
Ünvan
Ukrayna, 03680, Kiyev şəh., N. Amosov küç., 10.