Pharmed

Serotex 250 Mg 4 Ml N5 ampul

SEROTEKS, venadaxili və ya əzələdaxili yeridilmə üçün məhlul

İstifadəsinə göstərişlər

− Beyin qan dövranının işemik (kəskin və bərpa dövrü) və hemorragik tipli (bərpa dövrü) pozğunluqları − Ağır kəllə-beyin travmasının və işemik insultun kəskin və sağalma dövrləri, ocaqlı yarımkürə simptomatikası və ya beyin sütunu disfunksiyalarının əlamətləri ilə müşayiət olunan hemorragik insultun bərpa dövrü; − Beynin degenerativ və involyusion dəyişiklikləri fonunda gedən psixoorqanik sindrom; − Koqnitiv pozğunluqlar (düşünmə qabiliyyətinin pozulması, yaddaş pozğunluğu, motivasiya, konsentrasiya və diqqətin pozğunluqları), o cümlədən demensiyalar və ensefalopatiyalar zamanı müşahidə olunan koqnitiv pozğunluqlar; − Qocalıq psevdomelanxoliyası.

Əks göstərişlər

− Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq; − Hemorragik insult (kəskin dövr); − 18 yaşadək uşaqlar; − Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı və laktasiya dövründə istifadə etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Seroteks preparatı ilə müalicə olunan pasiyentlər yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli nəqliyyat vasitələri və mexanizmləri ehtiyatla idarə etməlidirlər.

SEROTEKS istifadə qaydası və dozası

Kəskin hallarda venadaxili (yavaş -yavaş) və ya əzələdaxili dərinə (yavaş -yavaş) 1000 mq (1 ampul) sutkada 1 dəfə istifadə olunur. Müalicə müddəti 10 gündür.