Pharmed

SERKUPTAL 100MG N56 TB

SERKUPTAL

Beynəlxalq patentləşdirilməmiş adı: Sertraline

 

SERKUPTAL Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 50 və ya 100 mq sertralinə ekvivalent miqdarda
 sertralin hidroxlorid vardır.
Köməkçi maddələr:susuz kalsium hidrofosfat, mikrokristallik sellüloza, hidroksipropilsellüloza,
 natrium nişastaqlikolyatı, maqnezium stearat.
Örtük: hipromelloza, titan dioksid (E171), makroqol 400, polisorbat 80.


Farmakoloji xüsusiyyətləri

Sercuptalın təsiredici maddəsi sertralindir. Sertralin serotoninin geriyə tutulmasının selektiv
inhibitorları (SGTSİ) adlanan dərman qrupuna aid olan maddələrdən biridir. Bu dərmanlar
depressiyanın və /və ya həyəcan pozğunluğunun müalicəsi üçün istifadə olunur.

 

İstifadəsinə göstərişlər

Serkuptal aşağıdakı xəstəliklərin müalicəsi üçün istifadə edilə bilər:
- Böyük depressive epizodlar və onların residivinin profilaktikası (böyüklərdə).
- Sosial həyəcan pozğunluğu (böyüklərdə).
- Post-travmatik stress pozğunluğu (PTSP) (böyüklərdə).
- Panik pozğunluq (böyüklərdə).
- Obsessiv kompulsiv pozğunluq (OKP) (böyüklər və 6-17 yaşlı uşaqlar və yeniyetmələrdə).
Depressiya, kədər hissi, düzgün yata bilməmək və ya əvvəllər olduğu kimi həyatdan zövq ala
bilməmək kimi simptomlarla müşayiət olunan klinik xəstəlikdir.
OKP və panik pozğunluqlar təkrarlanan ayinləri (məcburi) həyata keçirməyə məcbur edən
davamlı fikirlər (obsesiv – beyindən çıxmayan ideyalar) tərəfindən daim narahat olmaq kimi
simptomlarla bağlı xəstəliklərdir.
PTSP, çox emosional bir travmadan sonra meydana gələ biləcək bir vəziyyətdir və depressiya və
həyəcana bənzər bəzi simptomlara malikdir. Sosial həyəcan pozğunluğu (sosial fobiya) həyəcanla bağlı bir xəstəlikdir. O, sosial vəziyyətlərdə güclü həyəcan və ya stress hissi ilə xarakterizə
olunur (məsələn, tanış olmayan insanlarla danışmaq, insan qrupu ilə danışmaq, başqalarının
yanında yemək-içmək və ya utanc verici davranacağınızdan narahat olmaq).
Həkiminiz bu dərmanın xəstəliyinizi müalicə etmək üçün uyğun olduğuna qərar vermişdir.
Serkuptal-ın Sizə niyə verildiyinə əmin deyilsinizsə, həkiminizdən soruşmalısınız.

 

Əks göstərişlər

Aşağıdakı hallarda Serkuptalın istifadəsi əks göstərişdir
- Sertralinə və ya bu dərman preparatının digər komponentlərindən hər hansı birinə (bax: “Tərkibi”) qarşı yüksək həssaslıq.
- Əgər monoaminooksidazanın inhibitorları (selegilin, moklobemid kimi MAOİ) və ya MAOİ
kimi dərmanlar (məsələn, linezolid kimi) qəbul edirsinizsə və ya qəbul etmisinizsə. Əgər Sertralin ilə müalicəni dayandırırsınızsa, MAOİ ilə müalicəyə başlamazdan əvvəl ən azı bir həftə gözləməlisiniz. MAOI ilə müalicəni dayandırdıqdan sonra, sertralin ilə müalicəyə başlamazdan əvvəl ən azı 2 həftə gözləməlisiniz.
- Pimozidlə (psixoz kimi psixi xəstəliklərin müalicəsi üçün istifadə edilən dərman preparatı)
birlikdə istifadə.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Serkuptal qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Dərmanlar hər zaman hər kəs üçün uyğun olmur. Sertralin qəbul etməzdən əvvəl, aşağıdakı
vəziyyətlərdən hər hansı birindən əziyyət çəkirsinizsə və ya əziyyət çəkmisinizsə, bunu həkiminizə bildirin:
- əgər Sizdə epilepsiya (tutma) və ya anamnezinizdə qıcolmalar varsa. Əgər Sizdə tutma (qıcolma) varsa, dərhal həkiminizlə əlaqə saxlayın.
- Əgər Siz maniakal-depressiv xəstəlikdən (bipolyar pozğunluq) və ya şizofreniyadan əziyyət
çəkirsinizsə. Əgər Sizdə maniakal epizod varsa, dərhal həkiminizlə əlaqə saxlayın.
- Özünüzə zərər vermək və ya özünüzü öldürmək düşüncələriniz varsa və ya əvvəllər olmuşdursa
(aşağıda intihar və depressiyanızın və ya həyəcan pozğunluğunuzun pisləşməsi barədə düşüncələrə baxın).
- Əgər Sizdə serotonin sindromu varsa. Nadir hallarda bu sindrom sertralin ilə eyni vaxtda müəyyən dərman qəbul edərkən baş verə bilər. (Simptomlar üçün “Əlavə təsirləri” bölməsinə baxın). Həkiminiz Sizə əvvəllər bundan əziyyət çəkib-çəkmədiyinizi söyləyəcəkdir.
- Əgər qanınızda natriumun səviyyəsi azdırsa, belə ki, bu Serkuptal ilə müalicə nəticəsində baş
verə bilər. Əgər hipertenziyaya görə müəyyən dərmanlar istifadə edirsinizsə, bu barədə də həkiminizə məlumat verməlisiniz, çünki bu dərmanlar qanda natriumun səviyyəsini dəyişdirə bilər.
- Əgər yaşlı adamsınızsa, qanınızda natriumun səviyyəsinin aşağı olma riski daha çox ola bilər
(yuxarıya bax).
- Qaraciyər xəstəliyiniz varsa; həkiminiz Serkuptalın daha aşağı dozasını qəbul etməyinizə qərar
verə bilər.
- Əgər Sizdə diabet varsa; Serkuptal qanda qlükozanın səviyyəsini dəyişdirə bilər və şəkərli
diabetə görə qəbul etdiyiniz dərmanların dozasına düzəliş edilməsi lazım gələ bilər.
- Əgər qanaxma pozğunluğundan əziyyət çəkmisinizsə və ya qanın laxtalanma qabiliyyətini aşağı salan və ya qanaxma riskini artıra bilən dərmanlar qəbul edirsinizsə (məsələn, asetilsalisil
turşusu (aspirin) və ya varfarin).
- Əgər Siz 18 yaşından aşağı uşaq və ya yeniyetmisinizsə. Serkuptal yalnız obsessiv kompulsiv
pozğunluqdan (OKP) əziyyət çəkən 6-17 yaşlı uşaqların və yeniyetmələrin müalicəsində istifadə
edilməlidir. Əgər Siz bu pozğunluğa görə müalicə alırsınızsa, həkiminiz sizi yaxından izləmək
istəyəcək (aşağıda “Uşaqlar və yeniyetmələr”ə baxın).
- Əgər Siz elektroşok müalicəsi (EŞM) alırsınızsa.
- Müəyyən növ qlaukoma (gözdaxili təzyiqin yüksəlməsi) kimi göz problemləriniz varsa.
- Əgər elektrokardioqramdan (EKQ) sonra Sizdə ürək ritminizin QT-intervalının uzanması kimi
məlum olan pozğunluğunun olduğu deyilmişdirsə.
Akatiziya/narahatlıq:
Sertralinin istifadəsi, əzabverici narahatlıqla və tez-tez oturmaq və ya dayana bilməmək
(akatiziya) üzündən hərəkət etmək məcburiyyəti ilə bağlı olmuşdur. Bu, hər şeydən əvvəl,
müalicənin ilk həftələrində baş verir. Dozanın artırılması zərərli ola bilər, əgər Sizdə belə
simptomlar meydana çıxarsa, həkiminizlə danışmalısınız.
Ləğvetmə reaksiyaları:
Müalicənin dayandırılması ilə əlaqəli əlavə təsirlər (ləğvetmə reaksiyaları) xüsusilə müalicənin
birdən dayandırıldığı halda tez-tez baş verir (bax. “Serkuptalın qəbulunun dayandırılması zamanı
meydana çıxan təsirlər” və “Əlavə təsirləri”). Ləğvetmə simptomları riski müalicənin davametmə müddətindən, dozadan və dozanın azaldılma sürətindən asılıdır. Adətən, bu cür simptomlar
mülayim dərəcədən orta dərəcəyə qədər olur. Lakin, bəzi pasiyentlərdə onlar ciddi ola bilər.
Onlar adətən müalicəni dayandırdıqdan sonra ilk bir neçə gün ərzində meydana çıxır.
Ümumiyyətlə, bu cür simptomlar öz-özünə yox olur və 2 həftə ərzində aradan qalxır. Bəzi pasiyentlərdə onlar daha uzun (2-3 ay və ya daha çox) müddət davam edə bilər. Sertralin ilə müalicəni dayandırdıqda, bir neçə həftə və ya ay ərzində dozanı tədricən azaltmaq tövsiyə olunur və həmişə həkiminizlə müalicəni dayandırmağın ən yaxşı yolunu müzakirə etməlisiniz.
İntihar və depressiyanızın və ya həyəcan pozğunluğunun pisləşməsi barədə düşüncələr: əgər
Sizdə depressiya və ya həyəcan pozğunluğu varsa, bəzən özünüzə zərər vermək və ya özünüzü
öldürmək düşüncələri ola bilər. Onlar antidepressantlarla müalicəyə ilk başladıqda arta bilər,
çünki bu dərmanların hamısının təsirinin meydana çıxması üçün vaxt lazımdır, adətən təxminən
iki həftə, bəzən daha çox.
Aşağıdakı kimi düşünmək ehtimalınız daha çox ola bilər:
- əvvəllər özünüzü öldürmək və ya özünüzə zərər vermək barədə düşüncələriniz olmuşdursa.
- Əgər cavan adamsınızsa. Klinik tədqiqatlardan əldə edilən məlumatlar, antidepressantlarla
müalicə olunan psixiatrik vəziyyətləri olan 25 yaşdan kiçik pasiyentlərdə intihar davranışı riskinin artdığını göstərir.
Hər an özünüzə zərər vermək və ya özünüzü öldürmək düşüncəniz varsa, həkiminizlə əlaqə
saxlayın və ya dərhal xəstəxanaya müraciət edin.
Qohumunuza və ya yaxın bir dostunuza depressiyaya düşdüyünüzü və ya həyəcan pozğunluğunuzun olduğunu söyləməyiniz faydalı ola bilər və onlardan bu kitabçanı oxumalarını xahiş edin.
Siz onlardan xahiş edə bilərsiniz ki, əgər depressiyanızın və ya narahatlığınızın getdikcə pisləşdiyini düşünərlərsə və ya davranışınızdakı dəyişikliklərdən narahat olarlarsa, bunu Sizə
söyləsinlər.
Serkuptalın tərkibində natrium vardır
Bu dərmanın bir tabletinin tərkibində 1 mmoldan az natrium vardır, yəni praktik olaraq
"natriumsuzdur".

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hr hansı digər
dərman istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə və ya istifadə edə
bilərsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Bəzi dərmanlar Serkuptalın effektivliyinə təsir edə bilər və ya Serkuptal özü eyni zamanda qəbul
edilən digər dərmanların effektivliyini azalda bilər.
Sertralinin aşağıdakı dərmanlarla birlikdə qəbul edilməsi ciddi əlavə təsirlərə səbəb ola bilər:
- Monoaminooksidazanın inhibitorları (MAOI) adlanan dərmanlar, moklobemid (depressiyanı
müalicə etmək üçün istifadə olunur) və selegilin (Parkinson xəstəliyini müalicə etmək üçün istifadə olunur) antibiotik linezolid və metilen göyü (qanda yüksək miqdarda methemoqlobinin
müalicəsi üçün). Serkuptal-ı bu dərmanlarla birlikdə istifadə etməyin.
- Psixoz kimi psixi pozğunluqların müalicəsi üçün istifadə olunan dərmanlar (pimozid).
Serkuptal-ı pimozid ilə birlikdə istifadə etməyin.
Aşağıdakı dərmanları qəbul edirsinizsə, həkiminizlə danışın.
- Dazıotu (Hypericum perforatum) tərkibli dərman. Dazıotu preparatının təsiri 1-2 həftə davam
edə bilər.
- Tərkibində amin turşusu triptofan olan preparatlar.
- Güclü ağrıların müalicəsi üçün dərmanlar (məsələn, tramadol).
- Anesteziyada və ya xroniki ağrıları müalicə etmək üçün istifadə olunan dərmanlar (fentanil
mivakurium və suksametonium).
- Miqreni müalicə etmək üçün dərmanlar (məsələn, sumatriptan).
- Qan durulaşdıran dərmanlar (varfarin).
- Ağrıların / artritin müalicəsi üçün dərmanlar (ibuprofen, asetilsalisil turşusu (aspirin) kimi
qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP)).
- Sedativ dərmanlar (diazepam).
- Diueretiklər (sidikqovucu dərmanlar).
- Epilepsiyanın müalicəsi üçün dərmanlar (fenitoin, karbamazepin, fenobarbital).
- Şəkərli diabetin müalicəsi üçün dərmanlar (tolbutamid).
- Mədə turşusunun həddindən artıq səviyyədə olması, xoralar və qıcqırma zamanı istifadə olunan
dərmanlar (simetidin, omeprazol, lansoprazol, pantoprazol, rabeprazol).
- Maniya və depressiyanı müalicə edən dərmanlar (litium).
- Depressiyanı müalicə etmək üçün digər dərmanlar (amitriptilin, nortriptilin, nefazodon,
fluoksetin, fluvoksamin).
- Şizofreniyanın və digər psixi pozğunluqların müalicəsi üçün dərmanlar (perfenazin,
levomepromazin və olanzapin kimi).
- Yüksək qan təzyiqini, sinə ağrısını müalicə edən və ya ürəyin yığılma tezliyini və ritmini
tənzimləyən dərmanlar (məsələn, verapamil, diltiazem, flekainid, propafenon).
- Bakterial infeksiyaları müalicə etmək üçün istifadə olunan dərmanlar (məsələn, rifampisin,
klaritromisin, telitromisin, eritromisin).
- Göbələk infeksiyalarını müalicə etmək üçün istifadə olunan dərmanlar (ketokonazol, itrakonazol, pozakonazol, vorikonazol, flukonazol kimi).
- İİV / AİDS və Hepatit C-nin müalicəsində istifadə olunan dərmanlar (proteazanın ritonavir,
telaprevir kimi inhibitorları).
- Əməliyyatdan və ya kimyaterapiyadan sonra ürəkbulanma və qusmanın qarşısını almaq üçün
istifadə olunan dərmanlar (aprepitant).
- Ürəyin elektrik aktivliyində dəyişiklik riskini artırdığı bilinən dərmanlar (məsələn, bəzi
antipsixotiklər və antibiotiklər).

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq
sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə
məsləhətləşin.
Hamilə qadınlarda Sertralinin istifadəsinin təhlükəsizliyi tam müəyyən edilməmişdir. Hamiləlik
dövründə Sertralin yalnız o zaman istifadə edilə bilər ki, həkim müalicənin ana üçün faydasının
döl üçün potensial riskindən üstün olduğunu hesab etsin.
Mamoloqa və / və ya həkiminizə Serkuptalla müalicə aldığınız barədə mütləq məlumat verin.
Hamiləlik dövründə, xüsusən hamiləliyin son 3 ayında istifadə edildikdə, Serkuptal kimi
dərmanlar körpələrdə yenidoğulmuşun xroniki ağciyər hipertenziyası (PPHN) adlanan ciddi xəstəliyin başvermə riskini artıra bilər. Bu zaman körpə daha sürətlə nəfəs almağa məcbur olur və
göyərmiş görünür. Bu simptomlar adətən körpənin doğulmasından sonra ilk 24 saat ərzində başlayır. Körpənizdə bu baş verərsə, dərhal mamoloq ilə və / və ya həkiminizlə əlaqə saxlamalısınız.
Yenidoğulmuş körpənizdə doğuşdan sonrakı ilk 24 saat ərzində başlayan digər vəziyyətlər də ola
bilər. Simptomlara aşağıdakılar daxildir:
- tənəffüslə bağlı problemlər;
- göyərmiş və ya çox isti və ya soyuq dəri,
- göyərmiş dodaqlar,
- qusma və ya düzgün qidalanmama,
- çox yorğun, yata bilməyən və ya çox ağlayan;
- sərt və ya elastik əzələlər,
- tremor, əsmə və ya tutmalar,
- reflektor reaksiyaların güclənməsi,
- qıcıqlanma,
- qanda şəkərin səviyyəsinin aşağı olması. Əgər körpəniz doğulanda bu simptomlardan hər hansı
biri olarsa və ya körpənizin sağlamlığından narahatsınızsa, sizə məsləhət verə biləcək həkiminizlə və ya mamoloq ilə əlaqə saxlayın.
Sertralinin insanda ana südünə keçdiyinə dair dəlillər vardır. Laktasiya dövründə Sertralin yalnız
o zaman istifadə edilə bilər ki, həkim müalicənin ana üçün faydasının südəmər uşaq üçün potensial riskindən üstün olduğunu hesab etsin.
Heyvanlar üzərində aparılan tədqiqatlarda Sertralin kimi bəzi dərmanların spermanın keyfiyyətini aşağı sala bildiyi müəyyən edilmişdir. Nəzəri olaraq bu, fertilliyə təsir göstərə bilər, lakin
insanda fertilliyə təsiri bu vaxta qədər müşahidə edilməmişdir.
Uşaqlar və yeniyetmələrdə istifadəsi:
Obsessiv kompulsiv pozğunluq (OKP) olan pasiyentlər istisna olmaqla, 18 yaşdan kiçik uşaqlar
və yeniyetmələrdə sertralin istifadə edilməməlidir. 18 yaşdan kiçik pasiyentlər bu sinif dərmanlarla müalicə edildikdə intihar cəhdi, özlərinə zərər vermək və ya öldürmək düşüncələri (intihar
düşüncələri) və düşmənçilik (əsasən aqressivlik, müxalif davranış və qəzəb) kimi əlavə təsirlərin
başvermə riski yüksək olur. Buna baxmayaraq, əgər xəstənin maraqlarına uyğun gələrsə, həkim
18 yaşdan kiçik xəstəyə Serkuptal təyin etmək qərarı verə bilər. Həkiminiz Sizə Serkuptal təyin
edibsə və Siz 18 yaşdan kiçiksinizsə və bunu həkiminizlə müzakirə etmək istəyirsinizsə, onunla
əlaqə saxlayın. Bundan başqa, Serkuptal qəbul edərkən yuxarıda sadalanan simptomlardan hər
hansı biri meydana çıxarsa və ya pisləşərsə, həkiminizə məlumat verməlisiniz. Bu yaş qrupunda
böyümənin, yetkinləşmənin və öyrənmə (koqnitiv) və davranışın inkişafı baxımından Serkuptalın uzunmüddətli təhlükəsizliyi hələ nümayiş etdirilməmişdir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sertralin kimi psixotrop dərmanlar nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Ona görə, bu dərman vasitəsinin bu fəaliyyətləri
həyata keçirmə qabiliyyətinizə necə təsir etdiyini bilməyincə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməməlisiniz.

 

SERKUPTAL İstifadə qaydası və dozası

Həmişə bu dərmanı həkiminizin və ya əczaçının dediyi kimi qəbul edin. Əmin deyilsinizsə,
həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin.
Tövsiyə olunan doza aşağıdakı kimidir.
Böyüklər:
Depressiya və obsessiv kompulsiv pozğunluq (OKP): Depressiya və OKP üçün adi effektiv doza
gündə 50 mq təşkil edir. Gündəlik dozanı bir neçə həftə ərzində 50 mq addımla və bir həftədən
az olmayaraq intervallarla artırmaq olar. Maksimum tövsiyə olunan doza gündə 200 mq-dır.
Panik pozğunluq, social həyəcan pozğunluğu və posttravmatik stress pozğunluğu: panik pozğunluq,social həyəcan pozğunluğu və posttravmatik stress pozğunluğu zamanı müalicəyə 25 mq/gün
doza ilə başlamaq və bir həftədən sonra 50 mq/gün-ə qədər artırmaq lazımdır. Sonra gündəlik
dozanı bir neçə həftə ərzində 50 mq addımla artırmaq olar. Maksimum tövsiyə olunan doza
gündə 200 mq-dır.
Uşaqlarda və yeniyetmələrdə istifadəsi:
Serkuptal yalnız 6-17 yaşlı OKP-dən əziyyət çəkən uşaq və yeniyetmələrin müalicəsində istifadə
edilməlidir.
Obsessiv kompulsiv pozğunluq:
6 yaşdan 12 yaşa qədər uşaqlar: tövsiyə olunan başlanğıc doza gündə 25 mq təşkil edir.
Bir həftədən sonra həkiminiz bunu gündə 50 mq-a qədər artıra bilər. Maksimum doza gündə 200
mq təşkil edir.
13 yaşdan 17 yaşa qədər yeniyetmələr: tövsiyə olunan başlanğıc doza gündə 50 mq-dır.
Maksimum doza gündə 200 mq təşkil edir.
Əgər qaraciyər və ya böyrək probleminiz varsa, həkiminizə deyin və həkimin göstərişlərinə əməl
edin. Ağır qaraciyər çatışmazlığı olduqda, preparatı istifadə etmək olmaz.
Serkuptaldan istifadə müddətində alkoqol qəbulundan imtina etmək lazımdır.
Sertralin qreypfrut şirəsi ilə birlikdə qəbul edilməməlidir, belə ki, bu, orqanizmdə sertralinin
səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
İstifadə qaydası:
Serkuptal qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər.
Dərmanınızı gündə 1 dəfə səhər və ya axşam qəbul edin.
Serkuptalın qida ilə, içkilərlə və alkoqolla birlikdə istifadəsi
Serkuptal qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər.
Serkuptalın qəbulu unudularsa:
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər bir dozanı qəbul etməyi
unutmusunuzsa, buraxılmış dozanı qəbul etməyin. Növbəti dozanı öz vaxtında qəbul edin.
Əgər Serkuptalın qəbulunu dayandırırsınızsa
Həkimin sizə demədikcə Serkuptal qəbul etməyi dayandırmayın. Bu dərmanı qəbul etməyi dayandırmazdan əvvəl həkiminiz bir neçə həftə ərzində Serkuptalın dozasını tədricən azaltmaq
istəyəcəkdir. Əgər Siz qəflətən bu dərmanı qəbul etməyi dayandırsanız, başgicəllənmə, uyuşma,
yuxu pozğunluğu, oyanıqlıq və ya narahatlıq, baş ağrısı, ürəkbulanma, qusma və titrəmə kimi
əlavə təsirlər meydana çıxa bilər. Serkuptal qəbul etməyi dayandırarkən bu əlavə təsirlərdən və
ya digər əlavə təsirlərdən hər hansı biri ilə qarşılaşırsınızsa, lütfən həkiminizlə danışın.
Bu dərmanın istifadəsi ilə bağlı hər hansı sualınız olarsa, həkiminizdən və ya əczaçıdan soruşun.
Həkiminiz, bu dərmanı nə qədər müddət ərzində qəbul etməli olduğunuzu sizə məsləhət
görəcəkdir. Bu, xəstəliyinizin təbiətindən və müalicəyə nə dərəcədə cavab verməiyinizdən asılı
olacaq. Simptomlarınızın yaxşılaşması üçün bir neçə həftə lazım gələ bilər. Depressiyanın müalicəsini adətən yaxşılaşma baş verdikdən sonra daha 6 ay davam etdirmək lazımdır.

 

Əlavə təsirləri

Bütün dərmanlar kimi bu dərman da əlavə təsirlərə səbəb ola bilər, baxmayaraq ki, onlar hamı da
baş vermir. Ürəkbulanma ən çox rast gələn əlavə təsirdir. Əlavə təsirlər dozadan asılıdır və müalicənin davam etdirilməsi ilə tez-tez aradan qalxır və ya azalır.
Aşağıdakı hallarda dərhal həkiminizə məlumat verin:
bu dərmanı qəbul etdikdən sonra aşağıdakı simptomlardan hər hansı biri meydana çıxarsa, bu
simptomlar ciddi ola bilər.
- Əgər Sizdə qabarların yaranmasına (multiformalı eritema) səbəb olan güclü dəri səpgisi meydana çıxarsa (bu ağıza və dilə təsir edə bilər). Bunlar Stivens-Conson sindromu və ya toksik epidermal nekroliz (TEN) kimi məlum olan vəziyyətin əlamətləri ola bilər. Bunlar baş verərsə, həkiminiz müalicənizi dayandıracaq.
- Qaşınan dəri səpgisi, tənəffüs problemləri, xırıltı, göz qapaqlarının, üz və ya dodaqların şişməsi
kimi simptomları ehtiva edə bilən allergik reaksiya və ya allergiya.
- Əgər Siz narahatlıq, şüurunuzda qarışıqlıq, ishal, yüksək temperatur və qan təzyiqi, həddindən
artıq tərləmə və sürətli ürək döyüntüsü ilə qarşılaşırsınızsa. Bunlar serotonin sindromunun
simptomlarıdır. Nadir hallarda bu sindrom sertralin ilə eyni vaxtda müəyyən dərman qəbul
edərkən baş verə bilər. Həkiminiz müalicənizi dayandırmaq qərarı verə bilər.
- Əgər dəriniz və gözləriniz saralmışdırsa, bu, qaraciyərin zədələnməsinin nəticəsi ola bilər.
- Əgər Siz özünüzə zərər vermək və ya öldürmək düşüncələri ilə müşayiət olunan depressiv
simptomlar hiss edirsinizsə (intihar düşüncələri).
- Əgər Serkuptal qəbul etməyə başladıqdan sonra narahatlıq hiss etməyə başlamısınızsa və
oturub dura bilmirsinizsə. Özünüzü narahat hiss etməyə başlasanız həkiminizə söyləməlisiniz.
- Əgər Sizdə tutma (qıcolma) varsa.
- Əgər Sizdə maniakal epizod varsa (bax: "Xəbərdarlıqlar və ehtiyat tədbirləri").
Aşağıdakı yan təsirlər böyüklər üzərində aparılan klinik tədqiqatlarda qeyd edilmişdir.
Çox tez-tez (10 pasiyentin 1-dən çoxunda meydana çıxa bilər)
Yuxusuzluq, başgicəllənmə, yuxululuq, başağrısı, diareya, xəstə hal, ürəkbulanma, ağızda
quruluq, eyakulyasi-yanın pozulması, yorğunluq.
Tez-tez (10 pasiyentin 1-ə qədərində meydana çıxa bilər)
- Boğaz ağrısı, anoreksiya, iştahanın artması,
- depressiya, özünü qəribə hiss etmək, gecə qarabasmaları, narahatlıq, həyəcan, əsəbilik, cinsi
həvəsin azalması, dişlərin cilalanması,
- keyləşmə və sancma hissi, titrəmə, əzələ gərginliyi, anormal dadbilmə, diqqətsizlik,
- görmə pozğunluğu, qulaqlarda küy,
- ürəkdöyünmə, istilik axını, əsnəmə,
- qarın ağrısı, qusma, qəbizlik, narahat mədə, meteorizm,
- səpgi, güclü tərləmə, əzələ ağrısı, erektil disfunksiya, sinə ağrısı,
- oynaq ağrısı,
- nasazlıq.
Bəzən (100 pasiyentin 1-ə qədərində meydana çıxa bilər)
- Yuxarı tənəffüs yollarının infeksiyası, burun axması,
-yüksək həssaslıq,
- qalxanabənzər vəzi hormonlarının səviyyəsinin aşağı olması,
- hallüsinasiya, xoşbəxtlik hissi, qayğıkeşliyin olmaması, anormal düşünmək, aqressiya,
- qıcolma, qeyri-iradi əzələ yığılması, koordinasiyanın pozulması, çox hərəkət etmək, amneziya,
hissiyyatın azalması, nitqin pozulması, ayağa qalxarkən başgicəllənmə, bayılma, miqren,
- göz bəbəyinin böyüməsi,
- qulaq ağrısı, sürətli ürək döyüntüsü, yüksək qan təzyiqi, qızartı,
- tənəffüsün çətinləşməsi, xırıltı, təngnəfəslik, burun qanaxması,
- qida borusunun iltihabı, udma çətinliyi, babasil, ağızsuyu ifrazının artması, dildə pozğunluq,
gəyirmə,
- gözdə şişkinlik (ödem), dəridə tünd-qırmızı ləkələr, üzün ödemi, saç tökülməsi, soyuq tər,
dəridə quruluq, qaşınan dəri səpgisi (övrə), qaşınma,
- osteoartrit, əzələ zəifliyi, bel ağrısı, əzələlərin səyriməsi,
- gecə vaxtı sidiyəgetmə, sidiyə gedə bilməmək, sidiyəgetmənin artması, sidiyəgetmənin tezliyinin artması, sidik ifraz ilə bağlı problemlər, sidikqaçırma,
- Vaginal qanaxma, cinsi disfunksiya, qadın cinsi disfunksiyası, menstrual pozuntular, ayaqlarda
şişkinlik, titrətmə, qızdırma, zəiflik, susuzluq, qaraciyər fermentlərinin səviyyəsinin artması, kilo
itkisi, kilo vermək.
Nadir (1000 pasiyentin 1-ə qədərində meydana çıxa bilər)
- Bağırsaq problemləri, qulaq infeksiyası, xərçəng, şişkin vəzilər, xolesterinin yüksək səviyyəsi,
qanda şəkərin səviyyəsinin azalması,
- Stres və ya emosiyaların hesabına fiziki simptomlar, dərman vasitələrindən asılılıq, psixotik
pozğunluq, paranoya, intihar düşüncələri, yuxuda gəzmə, vaxtından əvvəl eyakulyasiya,
- ağır allergik reaksiya,
- koma, anormal hərəkətlər, hərəkət etməkdə çətinlik, həssaslığın artması, hissi pozğunluqlar,
- qlaukoma, gözyaşı pozğunluqları, görmə sahələrində ləkələr, ikili görmə, işığın yaratdığı göz
ağrısı, gözdə qan,
- qanda şəkərin səviyyəsinə nəzarətlə bağlı problemlər (diabet),
- ürək tutması, ürək döyüntüsünün yavaşıması, ürəklə bağlı problemlər, əl və ayaqlarda qan
dövranının pisləşməsi, boğazda sıxılma, sürətli tənəffüs, yavaş tənəffüs, danışmaqda çətinlik,
hıçqırıq,
- nəcisdə qan, ağızda yaralar, dildə xora, dişlərdə pozğunluqlar, dildə pozğunluqlar, ağızda
xoralanma, qaraciyər funksiyasında dəyişikliklər,
- qabarlarla müşayiət olunan dəri problemləri, follikulyar səpgi, saç strukturunda dəyişiklik, dəri
qoxusunun dəyişməsi, sümük pozğunluğu,
- sidiyəgetmənin azalması, sidik tərəddüdü, sidikdə qan,
- həddindən artıq vaginal qanaxma, vaginanın quruluğu, penisin və pülüyün şişməsi və qızarması, cinsiyyət üzvündən ifrazatın axması, uzun ereksiya, döş vəzilərindən ifrazatın axması.
- yırtıq, dərmana dözümlülüyün azalması, yeriməkdə çətinliklər, anormal spermatozoidlər, qanda
xolesterinin səviyyəsinin artması, travmalar, vazodilatasiya. Sertralin ilə müalicə zamanı və ya
müalicənin dayandırılmasından qısa müddət sonra intihar düşüncəsi və intihar davranışları
halları barədə məlumat verilmişdir (bax. “Xəbərdarlıqlar və ehtiyat tədbirləri”).
Postmarketinq dövründə sertralinin istifadəsi ilə bağlı aşağıdakı əlavə təsirlər barədə məlumat
verilmişdir:
- ağ qan hüceyrələrinin (leykositlərin) azalması, trombositlərin azalması, endokrin problemlər,
hiperprolaktinemiya, antidiuretic hormonun qeyri-adekvat sekresiyası, qanda duzların
səviyyəsinin aşağı olması, hiponatriemiya, qanda şəkərin səviyyəsinin yüksəlməsi,
- qorxulu yuxugörmələr, intihar davranışı,
- Əzələ hərəkətləri ilə bağlı problemlər (məsələn, həddindən artıq hərəkətlər, gərgin əzələlərin
gərginləşməsi və yerimə zamanı çətinlik, spazmlar və əzələlərin qeyri-iradi hərəkətləri), qəfil
güclü baş ağrısı (“dönər serebral damardaraldıcı sindrom” adlanan ciddi vəziyyətin əlaməti ola
bilər)),
- görmədə dəyişiklik, göz bəbəklərinin böyüməsi və müxtəlif ölçüdə olması, qanaxma problemləri (mədə qanaxması kimi), ağciyər toxumasının proqressivləşən çapıqlaşması (interstisial ağciyər xəstəliyi), pankreatit, qaraciyərlə bağlı ciddi problemlər, hepatit, gözlərin saralması (sarılıq),
- dərinin ödemi, kvinke ödemi, periferik ödem, dərinin günəşə reaksiyası, əzələ spazmı, sinənin
böyüməsi, laxtalanma prob-lemləri, laborator analizlərin nəticələrin dəyişməsi, sidiyin saxlana
bilməməsi.
- yüngül başgicəllənmə, bayılma və ya sinədə discomfort, hansı ki, elektrik aktivliyində (elektroqramda müşahidə olunan) və ya ürək ritmində dəyişikliklər.
Uşaq və yeniyetmələrdə əlavə olaraq meydana çıxan əlavə təsirlər:
Uşaqlar və yeniyetmələr ilə aparılan klinik tədqiqatlarda meydana çıxan əlavə təsirlər bütövlükdə
böyüklərdə müşahidə edilən əlavə təsirlərə bənzəyirdi (yuxarıya bax). Uşaqlarda və yeniyetmələrdə ən çox meydana çıxan əlavə təsirlər baş ağrısı, yuxusuzluq, ishal və xəsarət olmuşdur.
Müalicəni dayandıran zaman meydana çıxa bilən simptomlar:
Bu dərmanın qəbulunu kəskin şəkildə dayandırsanız, başgicəllənmə, uyuşma, yuxu pozğunluğu,
narahatlıq və ya həyəcan, baş ağrısı, ürəkbulanma, qusma və tremor kimi əlavə təsirlər meydana
çıxa bilər (bax: "Serkuptalın qəbulu dayandırılarsa”).
Bu tip dərman qəbul edən xəstələrdə sümük sınığı riskinin artması müşahidə edilmişdir.

 


Doza həddinin aşılması

Əgər Siz təsadüfən həddindən artıq dozada Serkuptal qəbul etsəniz, dərhal həkiminizlə əlaqə
yaradın və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. Qablaşdırmada dərman qalıb-qalmamasından asılı olmayaraq etiketli dərman paketini özünüzlə götürün.
Doza həddi aşılmasının simptomları arasında yuxululuq, ürəkbulanma və qusma, sürətli ürəkdöyünmə, titrəmə, oyanıqlıq, başgicəllənmə və nadir hallarda şüurun itməsi ola bilər.

 

Buraxılış forması

50 mq və ya 100 mq-lıq tabletlər.
14 tablet, blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 


Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.