Pharmed
SEPTOLETE TOTAL N16 PASTIL
SEPTOLETE TOTAL EVKALİPT
Beynəlxalq patentləşdirilməmiş adı: Benzydamine hydrochloride + Cetylpyridinium chloride
SEPTOLETE TOTAL EVKALİPT Tərkibi
Təsiredici maddələr: 1 pastilin tərkibində 3 mq benzidamin hidroxlorid, 1 mq setilpiridin xlorid vardır. Köməkçi maddələr: evkalipt yağı, levomentol, limon turşusu (E330), sukraloza (E955), izomalt (E953), brilyant mavisi FCF (E133).
Farmakoterapevtik qrupu
Antiseptiklər.
ATC kodu: R02AA20.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Benzidamin hidroxlorid – iltihabəleyhinə və ağrıkəsici xüsusiyyətlərə malik qeyri-steroid quruluşlu molekuldur. Hesab olunur ki, təsir mexanizmi prostaqlandinlərin sintezini inhibə etməsi, həmçinin iltihabın yerli əlamətlərini (ağrı, qızartı, şişkinlik, istilik və funksiyanın pozulması) azaltması ilə əlaqədardır. Benzidamin hidroxlorid həmçinin yüngül yerlikeyləşdirici təsir göstərir. Setilpiridin xlorid dördlü ammonium duzları qrupundan olan kation antiseptik hesab olunur. Klinik effektivlik və təhlükəsizlik Benzidamin əsasən ağız boşluğunda və udlaqda baş verən pozulmaların müalicəsi üçün istifadə olunur. Setilpiridin xlorid qrammüsbət bakteriyalara qarşı aktivdir və daha az qrammənfi bakteriyalara qarşı aktivdir və beləliklə, optimal antiseptik və bakterisid təsir göstərir. O, həmçinin göbələkəleyhinə xüsusiyyətlərə malikdir. Septolete total evkalipt preparatının plasebo-nəzarət olunan klinik tədqiqatda ağrının yüngülləşməsi (boğazda qıcıqlanmanın yüngülləşməsi və boğazın şişkinliyinin azalması) pastilin qəbulundan 15 dəqiqə sonra qeyd edilmiş, təsir müddəti isə 3 saata qədər olmuşdur.
Farmakokinetikas: Sorulması: İki təsiredici maddədən – setilpiridin və benzidamin – yalnız benzidamin sorulur. Bu səbəbdən sistem səviyyədə setilpiridin benzidamin ilə farmakokinetik qarşılıqlı təsirə girmir. Benzidaminin ağız boşluğu və udlağın selikli qişasından sorulması qan zərdabında təsiredici maddənin qeyd olunan miqdarının aşkar olunması yolu ilə müəyyən edilmişdir, buna baxmayaraq sistem təsir üçün bunlar kifayət qədər olmamışdır. Lakin benzidamin sistem istifadədən sonra sorulur. Beləliklə, yerli istifadə ilə (ağız boşluğunun selikli qişası üçün sprey kimi) müqayisədə ağız boşluğunda həll olan dərman formalarının istifadəsi zamanı benzidaminin sorulması daha yüksəkdir. Paylanması: Bütün dərman formaları üçün paylanma həcmi eynidir. Xaricolması: Xaric olması əsasən sidiklə, daha çox qeyri-fəal metabolitlər formasında baş verir. Yarımxaricolma dövrü və sistem klirensi bütün dərman formaları üçün oxşardır.
İstifadəsinə göstərişlər
Septolete total evkalipt pastillər preparatı boğaz, ağız boşluğu və diş ətinin qıcıqlanmasının, qinqivitin, faringitin və laringitin iltihab əleyhinə, ağrıkəsici və antiseptik müalicəsi üçün, həmçinin böyüklərdə və 6 yaşdan yuxarı uşaqlarda dişlərin çıxarılmasından əvvəl və sonra istifadəsi üçün göstərişdir.
Əks göstərişlər
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. 6 yaşdan kiçik uşaqlar, belə ki, bu buraxılış forması bu yaş qrupunda istifadə üçün yaramır. Orqanizmdə laktaza, izomaltaza çatışmazlığı, qlükoza/qalaktoza malabsorbsiyası sindromu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Septolete total evkalipt preparatını 7 gündən çox istifadə etmək olmaz. 3 gündən sonra görünən nəticələr olmadıqda həkimlə məsləhətləşmək lazımdır. Xüsusən uzun müddət ərzində yerli istifadə üçün preparatların istifadəsi sensibilizasiyaya gətirib çıxara bilər; belə halda preparat ilə müalicəni dayandırmaq və müvafiq terapiyaya başlamaq lazımdır. Septolete total evkalipt preparatı anion borləşmələrlə, məsələn diş məcununun tərkibində olan, istifadə etmək olmaz, bu səbəbdən preparatın dişlərin təmizlənməsindən bilavasitə əvvəl və sonra istifadəsi tövsiyə olunmur. Septolete total evkalipt preparatının tərkibində izomalt (E953), var. Bu dərman vasitəsini fruktozaya qarşı nadir irsi dözümsüzlüyü olan xəstələr istifadə etməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Septolete total evkalipt preparatını digər antiseptiklər ilə eyni vaxtda istifadə etmək olmaz. Pastilləri südlə istifadə etmək olmaz, belə ki, süd setilpiridin xloridin mikrobəleyhinə effektivliyini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik :Hamilə qadınlarda benzidamin hidroxloridin/setilpiridin xloridin istifadəsi barədə məlumatlar yoxdur və ya məhduddur. Septolete total evkalipt preparatının hamiləlik zamanı istifadəsi məsləhət görülmür. Laktasiya dövrü: Benzidamin hidroxloridin ana südü ilə ifraz olunması məlum deyil. Yenidoğulmuşlar/südəmər uşaqlar üçün riski istisna etmək olmaz. Ana südü ilə qidalandırmanın uşaq üçün faydası və ana üçün terapiyanın faydası nəzərə alınmaqla, ana südü ilə qidalandırmanın dayandırılması yaxud kəsilməsi/Septolete total evkalipt preparatı ilə terapiyanın təyin olunmaması barədə qərar qəbul etmək lazımdır.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Septolete total evkalipt preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya cüzi təsir göstərir.
SEPTOLETE TOTAL EVKALİPT İstifadə qaydası və dozası
Böyüklər: Tövsiyə olunan doza gündə 3-4 pastil təşkil edir. Pastili hər 3-6 saatdan bir yavaş-yavaş sormaq lazımdır.
Yaşlı xəstələr :Tövsiyə olunan doza böyüklərdə olduğu kimidir.
Uşaqlar 12 yaşdan yuxarı uşaqlar: Tövsiyə olunan doza gündə 3-4 pastil təşkil edir. Pastili hər 3-6 saatdan bir yavaş-yavaş sormaq lazımdır. 6 yaşdan 12 yaşa qədər uşaqlar Tövsiyə olunan doza gündə 3 pastil təşkil edir. Pastili hər 3-6 saatdan bir yavaş-yavaş sormaq lazımdır. 6 yaşdan kiçik uşaqlar 6 yaşdan kiçik uşaqlarda Septolete total evkalipt preparatının istifadəsi əks göstərişdir. Effektin əldə olunması üçün preparatın dişlərin təmizlənməsindən bilavasitə əvvəl və sonra istifadəsi tövsiyə olunmur. Göstərilən dozanı aşmaq olmaz. Septolete total evkalipt preparatını 7 günə qədər dövr ərzində istifadə etmək olar. İstifadə qaydası Pastili hər 3-6 saatdan bir yavaş-yavaş sormaq lazımdır.
Əlavə təsirləri
- Çox tez-tez ( 1/10) - Tez-tez ( 1/100 - < 1/10) - Bəzən ( 1/1000 - < 1/100) - Nadir ( 1/10000 до < 1/1,000) - Çox nadir (< 1/10000) - Məlum deyil (əldə olan məlumatlara əsasən təyin olunması mümkün deyil)
İmmun sistemdə baş verən pozğunluqlar :Məlum deyil: anafilaktik reaksiyalar, hiperhəssaslıq reaksiyası.
Sinir sistemində baş verən pozğunluqlar: Məlum deyil: selikli qişada yandırma hissi, ağız boşluğu selikli qişasının həssaslığının itirilməsi.
Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar :Nadir: bronxların spazmı.
Mədə-bağırsaq traktnda baş verən pozğunluqlar: Çox nadir: ağız boşluğu selikli qişasının qıcıqlanması, ağız boşluğunda yandırma hissi.
Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: Nadir: övrə, fotohəssaslıq.
Doza həddinin aşılması
Simptomları: Benzidaminin doza həddinin aşılmasının toksik əlamətlərinə oyanıqlıq, qıcolmalar, tərləmə, ataksiya, titrəmə və qusma daxildir. Spesifik antidotu olmadığı üçün, benzimidamin ilə kəskin intoksikasiyanın müalicəsi yalnız simptomatikdir. Setilpiridinin kifayət qədər miqdarda daxilə qəbulu nəticəsində intoksikasiya əlamətləri və simptomlarına ürəkbulanma, qusma, ödem, sianoz, sonralar tənəffüs əzələlərinin iflici ilə gedən asfiksiya, MSS-in tormozlanması, hipotenziya və koma daxildir. İnsan üçün ölümcül doza 1-3 qrama qədər təşkil edir. Müalicəsi: Spesifik antidotu olmadığını nəzərə alaraq, kəskin doza həddinin aşılmasının müalicəsi yalnız simptomatikdir.
Buraxılış forması
8 pastil, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.