Herba Flora
Şəfa Vitamini
Tərkibi:
İt itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 10 ml; adi kəklikotu (Thymus vulgaris) otunun distillatı – 6 ml; ikievli gicitkən (Urtica dioica) yarpağının duru ekstraktı – 5 ml; ürəkvari cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 5 ml.
Köməkçi maddələr: Qara qarağat (Ribes nigrum) meyvəsinin şirəsi – 10 ml; göyümtül böyürtkən (Rubus caesius) meyvəsinin şirəsi – 9 ml; adi çuğundur (Beta vulgaris) meyvəkökünün şirəsi – 1 ml; distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
İmmun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl daxilə qəbul olunur.
Qəbul müddəti 20 gündür.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 ildir.
Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.