Pharmed

SANUVIS 100ML DAMLA

SANUVİS, damcı

SANUVİS tərkibi

Təsiredici maddələr: 100 ml damcının tərkibində: Acidum (S)- lacticum D4 – 20ml Acidum (S)- lacticum D6 – 20ml Acidum (S)- lacticum D12 – 20ml Acidum (S)- lacticum D30 – 20ml Acidum (S)- lacticum D200 – 20ml

İstifadəsinə göstərişlər

Sanuvis turşu – qələvi balansı pozulmalarının və aralıq metabolizm pozulmalarının, xroniki dəri xəstəliklərinin və qan-dövranı pozulmalarının homeopatik müalicəsi üçün xüsusi effektiv preparatdır.

Əks göstərişlər

Bu preparatın tərkibində 36,2 həcm %-i etil spirti mövcuddur. Bu, qaraciyər xəstəlikləri, alkoqolizm, epilepsiya, beyin zədələnməsi, hamiləlik zamanı və uşaqlarda sağlamlığa zərər verə bilər. Digər preparatların təsiri zəifləyə və ya yüksələ bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə, uşaqlarda istifadəsi haqqında kifayət qədər sənədləşdirilmiş məlumat olmadığından, Sanuvis damcısı yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilməlidir.

SANUVİS istifadə qaydası və dozası

Digər təyinat yoxdursa: Daxilə qəbul üçün: gündə 1-3 dəfə 5-20 damcı. Müalicə müddəti Müalicə müddəti həkim tərəfindən təyin edilir. Tövsiyə Homeopatik preparatlarla müalicənin başlanğıcında müalicə olunan xəstəliyin ağırlaşması mümkündür. Bu normal reaksiyadır və homeopatiyada buna “ilkin ağırlaşma” deyilir və bu reaksiya zərərsizdir.