Pharmed

SANUKEHL STAPH D6 1ML 10ML DAMLA

SANUKEL STAF, D6 daxilə qəbul edilən və xaricə istifadə olunan damcı

SANUKEL STAF tərkibi

Təsiredici maddələr: 10 ml məhlulun tərkibində 10 ml Staphylococcus aureus extractum (lyophil., steril.) D6 dilution vardır. 1 ml = 22 damcı.

İstifadəsinə göstərişlər

Follikullyoz, furunkulyoz, impetiqo, acne conglobata; blefarit, itdirsəyi, xalyazion, angina, otit, mastoidit, sinusit, meningit, osteomielit, nefrit və sidik cinsiyyət yollarının stafilokokk mənşəli infeksiyaları.

Əks göstərişlər

Bu preparat Stafylococcus aureus - a qarşı yüksək həssaslığı olanlara təyin edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə, uşaqlarda və autoimmun xəstəliyi olan pasientlərdə istifadəsi haqqında kifayət qədər sənədləşdirilmiş məlumat olmadığından, Sanukel Staf D6 damcısı yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul edilməlidir.

SANUKEL STAF istifadə qaydası və dozası

Digər təyinat yoxdursa: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: Daxilə qəbul: gündə 1-2 dəfə 5-10 damcı. Dəri səthinə: gündə 1-2 dəfə 5-10 damcı dirsək büküşünə. 8 həftədən artıq istifadəsi həkim təyinatından asılıdır. Müalicə müddəti Müalicə müddəti həkim tərəfindən təyin edilir.