Pharmed
ROFLUZOL 150MG N1 TB
ROFLUZOL-VM
Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole
ROFLUZOL-VM Tərkibi
Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq flukonazol vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, talk, maqnezium stearat.
Örtük:
Rofluzol-VM 50 mq: titan dioksid, azorubin, brilyant abısı, brilyant qarası, jelatin,
metilparahidroksibenzoat, propilparahidroksibenzoat.
Rofluzol-VM 150 mq:titan dioksid, azorubin, brilyant abısı, brilyant qarası, jelatin, “günəş
qürubu” sarısı, ponso 4R, jelatin, metilparahidroksibenzoat,
propilparahidroksibenzoat.
Farmakoterapevtik qrupu
Antifunqal (göbələkəleyhinə) dərman preparatları.
ATC kodu: J02AC01.
Farmokoloji xüsusiyyətləri
Farmakodinamikası:
Rofluzol-VM- triazol qrupu göbələkəleyhinə vasitədir. Flukonazol- preparatın təsiredici
maddəsi- göbələk hüceyrəsi membranlarında sterolların sintezinin güclü selektiv inhibitoru hesab
olunur. Təsir mexanizmi sitoxrom P450-nin blokadası ilə bağlıdır. Flukonazol göbələk
hüceyrəsinin lanosterolunun erqosterola çevrilməsini blokadaya alır; hüceyrə membranının
keçiriciliyini artırır, onun çoxalmasını və replikasiyasını pozur. Göbələklərin sitoxrom P450
üçün yüksəkseçici olması ilə, insan orqanizmində bu fermentləri praktiki olaraq ləngitmir
(itrakonazol, klotrimazol, ekonazol və ketokonazol ilə müqayisədə insan qaraciyəri
mikrosomlarında sitoxrom P450-dən asılı oksidləşdirici prosesləri daha az dərəcədə ləngidir).
Antiadrogen aktivliyə malik deyildir.
Gündə 50 mq dozalanma ilə 28 günə qədər flukonazolun istifadəsi kişilərdə qan plazmasında
testosteronun konsentrasiyasına və ya nəslartırma yaşında olan qadınlarda steroidlərin
konsentrasiyasına təsir göstərməmişdir. Gündə 200-400 mq dozalanmada flukonazol kişi cinsli
sağlam könüllülərdə endogen steroidlərin səviyyələrinə və ya AKTH-ilə stimuləolunmuş cavaba
klinik dəyərli təsir göstərməmişdir. Antipirin ilə qarşılıqlı təsir tədqiqatları göstərmişdir ki,
flukonazol 50 mq dozaların birdəfəlik və ya dəfələrlə istifadəsi onun metabolizminə təsir
göstərmir.
İn vitro flukonazol əksər növ Candida cinsindən olan (o cümlədən C. albicans, C. parapsilosis,
C. tropicalis) mikroorqanizmlərə qarşı göbələkəleyhinə aktivlik nümayiş etdirir. C. Glabrata
geniş diapazonda həssaslıq nümayiş etdirir, bu zaman C. Krusei flukonazola qarşı davamlı hesab
olunur. Flukonazol həmçinin Cryptococcus neoformans və Cryptococcus. gattii qarşı, həmçinin
endemik kif göbələkləri Blastomyces dermatiditis, Coccidioides immitis, Histoplasma
capsulatum və Paracoccidioides brasiliensis- nə qarşı aktivdir.
Candida növlü mikroorqanizmlərdə azol göbələkəleyhinə vasitələrə qarşı davamlılığın inkişaf
etməsinə bir sıra mexanizmlər səbəb olur, bu isə öz növbəsində flukonazolun yüksək minimal
inhibəedici konsentrasiyalarını (MİK) tələb edir. Bu, in vivo və klinik şəraitdə flukonazolun
effektivliyinə mənfi təsir göstərir. C. albicans-dan başqa Candida növləri ilə, tez-tez flukonazola
qarşı daxili davamlılığa malik (məsələn, Candida krisei) superinfeksiya hadisələri barədə
məlumat verilmişdir. Belə hadisələr alternativ müalicə tələb edə bilər.
Farmakokinetikası:
Preparat mədə-bağırsaq traktından (MBT) sürətlə və kifayət qədər axıra qədər sorulur (qida
sorulma sürətinə təsir göstərmir), biomənimsənilmə - 90%. Maksimal konsentrasiya acqarına
qəbulundan sonra 0,5-1,5 saat sonra əldə olunur. Plazma zülalları ilə birləşmə - 11-12%.
Orqanizmin bütün mayelərinə yaxşı keçir. Ana südündə, oynaq mayesində, ağız suyunda,
bəlğəmdə və peritoneal mayedə təsiredici maddənin konsentrasiyası qan plazmasındakı ilə
anolojidir. Vaginal sekretdə davamlı göstəricilərə daxilə qəbul edildikdən sonra 8 saat sonra çatır
və bu səviyyədə 24 saatdan az olmayaraq saxlanılır. Göbələk meningitində onurğabeyin
mayesində konsentrasiyası plazmadakı konsentrasiyanın 80%-ə qədərini təşkil edir. Tər
vəzilərinin sekretində, epidermisdə və buynuz qatda zərdabdakı konsentrasiyalardan yüksək
konsentrasiyalara çatır (selektiv toplanma).
80%-i dəyişilməmiş şəkildə, qalan hissəsi- metabolitlər şəklində böyrəklərlə xaric olunur. Dövr
edən metabolitlər aşkar olunmamışdır. Yarımxaricolma dövrü 30 saata qədər təşkil edir.
Flukonazolun farmakokinetikası əhəmiyyətli dərəcədə böyrəklərin funksiyasından asılıdır,
bununla belə yarımxaricolma zamanı və kreatinin klirensi arasında tərs mütənasib asılılıq
mövcuddur. Hemodializdən sonra 3 saat ərzində qan plazmasında flukonazolun konsentrasiyası
50% azalır.
İstifadəsinə göstərişlər
Rofluzol-VM aşağıdakı göbələk infeksiyaları zamanı göstəriş hesab olunur:
Böyüklərdə aşağıdakı xəstəliklərin müalicəsində:
- kriptokokk meningiti;
- koksidioidomikoz;
- invaziv kandidoz;
- selikli qişaların kandidozu, o cümlədən ağız-udlağın, qida borusunun kandidozu, kandiduriya
və dərinin-selikli qişanın kandidozu;
- dişlərin gigiyenasına və ya yerli müalicəyə kifayət qədər riayət olunmadıqda ağız boşluğunun
xroniki atrofik kandidozu (stomatoloji protezlərin yaratdığı stomatit);
- kəskin və ya residivləşən vaginal kandidoz, yerli müalicə uyğun olmadığı zaman;
- kandidoz balanit, yerli müalicə uyğun olmadığı zaman;
- dermatomikozlar, o cümlədən pəncənin, hamar dərinin, aralığın dermatofitiyası, rəngbərəng
dəmrov və dərinin kandidoz infeksiyaları, sistem müalicəyə göstərişlər olduqda;
- dırnaqların dermatomikozu (onixomikoz), digər dərman vasitələrinin təyin olunması
mümkün olmadıqda.
Böyüklərdə aşağıdakı hallarda profilaktika üçün:
- yüksək residiv riski olan xəstələrdə kriptokokk meningitinin residivi;
- yüksək residiv riski olan İİV xəstələrdə ağız-udlağın və ya qida borusu kandidozunun
residivi;
- vaginal kandidozun residivlərinin yaranması tezliyinin azaldılması məqsədilə (ildə 4 və ya
daha çox epizod);
- uzunmüddətli neytropeniyası olan xəstələrdə kandidoz infeksiyaların profilaktikası üçün
(bədxassəli hematoloji xəstəlikləri olan, kimyaterapiyaya məruz qalan xəstələr kimi, və ya
hemopoetik sütun hüceyrələrin transplantasiyasını keçmiş xəstələr).
Vaxtında doğulmuş yenidoğulmuşlarda, körpələrdə, kiçik və orta yaşlı uşaqlarda,
yeniyetmələrdə (0-17 yaş):
Rofluzol-VM selikli qişaların (ağız-udlaq, qida borusunun) kandidozunun, invaziv kandidozun,
kriptokokk meningitin müalicəsi üçün və zəifləmiş immuniteti olan xəstələrdə kandidoz
infeksiyaların profilaktikası üçün istifadə olunur. Rofluzol-VM residiv riski yüksək olan
uşaqlarda kriptokokk meningitin residivinin qarşısının alınması üçün dəstəkləyici terapiya
qismində istifadə oluna bilər.
Müalicəyə kultural və digər laborator müayinələrin nəticələri alınana qədər başlamaq olar.
Nəticələr alındıqdan sonra müvafiq şəkildə antiinfeksion terapiyanı korreksiya etmək lazımdır.
Göbələkəleyhinə vasitələrin istifadəsi üzrə müvafiq rəsmi təlimatlardakı məlumatları nəzərə
almaq lazımdır.
Əks göstərişlər
- Təsiredici maddəyə, digər azol birləşmələrinə və ya köməkçi maddələrdən hər-hansı birinə
qarşı hiperhəssaslıq;
- flukonazolu çoxsaylı dozalarda gündə 400 mq və ya daha çox qəbul edən xəstələr üçün eyni
vaxtda terfenadinin istifadəsi əks göstərişdir, bu isə çoxsaylı dozaların qarşılıqlı təsir tədqiqatları
əsasında müəyyən olunmuşdur;
- flukonazol qəbul edən xəstələrə QT intervalını uzadan və sitoxrom P450 (CYP) 3A4 fermenti
vasitəsilə metabolizə olunan digər dərman vasitələrinin, məsələn astemizol, pimozid, xinidin,
amiodaron və eritromisinin eyni vaxtda istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Başın tüklü hissəsinin trixofitiyası:
Flukonazol uşaqlarda başın tüklü hissəsinin trixofitiyasının müalicəsində öyrənilmişdir.
Göstərilmişdir ki, flukonazolun effektivliyi qrizeofulvinin effektivliyindən üstün deyildir və
20%-dən az təşkil edir. Bu səbəbdən Rofluzol-VMu başın tüklü hissəsinin trixofitiyasının
müalicəsi üçün istifadə etmək olmaz.
Kriptokokkoz:
Orqanizmin digər hissələrinin kriptokokkozunun (məsələn, ağciyərlərin və dərinin
kriptokokkozu) müalicəsi zamanı flukonazolun effektivliyi barədə məlumatlar məhduddur, bu
isə dozalanmaya dair tövsiyələr verməyə imkan yaratmır.
Dərin endemik mikozlar:
Parakoksidioidomikoz, limfodəri sporotrixozu və histoplazmoz kimi endemik mikozların digər
formalarının müalicəsi zamanı flukonazolun effektivliyi barədə məlumatlar məhduddur, bu isə
dozalanmaya dair tövsiyələr verməyə imkan yaratmır.
Sidikçıxarıcı sistem:
Böyrəklərin funksiyasının pozulamsı olan xəstələrdə Rofluzol-VM ehtiyatla istifadə olunmalıdır.
Böyrəküstü vəz çatışmazlığı:
Qeyd olunmuşdur ki, ketokonazol böyrəküstü vəzin çatışmazlığını yaradır; nadir hallarda bu
həmçinin flukonazol istifadəsi zamanı da müşahidə olunmuşdur. Eyni vaxtda prednizonun
istifadəsilə əlaqədar böyrəküstü vəz çatışmazlığı “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”
bəndində təsvir olunmuşdur.
Hepatobiliar sistem:
Qaraciyər çatışmazlığı olan xəstələrdə Rofluzol-VM ehtiyatla istifadə olunur.
Nadir hallarda flukonazol ciddi qaraciyər toksikliyi ilə əlaqələnmişdir, buraya həmçinin əsasən
ciddi fon xəstəliyi olan xəstələrdə ölümlə nəticələnən hadisələr daxildir. Flukonazolun yaratdığı
hepatotoksikliyin yaranması zamanı ümumi gündəlik doza, müalicənin davametmə müddəti,
xəstənin cinsi və yaşı ilə aşkar qarşılıqlı təsir müşahidə olunmamışdır. Flukonazolun
hepatotoksikliyi adətən müalicənin kəsilməsi zamanı geridönən olmuşdur.
Qaraciyərin funksional sınaqlarında kənaraçıxmalar olan xəstələr flukonazol ilə müalicə zamanı
qaraciyərin daha ciddi zədələnmələrinə görə müşahidə altında olmalıdırlar.
Qaraciyər tərəfindən pozulmaların olmasını göstərən simptomlar (güclü asteniya, davamlı
ürəkbulanma, qusma və sarılıq) barədə xəstələri məlumatlandırmaq lazımdır. Flukonazolun
qəbulunu təxirəsalınmadan dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Ürək-damar sistemi:
Bəzi azollar, o cümlədən flukonazol elektrokardioqrammada QT intervalının uzanmasını
yaratmışdır. Qeydiyyatsonrası müşahidə zamanı çox nadir hallarda flukonazol qəbul edən
xəstələrdə QT intervalının uzanması və “piruet” tipli mədəcik taxikardiyası qeyd olunmuşdur.
Belə hadisələr barədə hesabatlara ürək xəstəlikləri, elektrolit pozulmaları və belə vəziyyətin
yaranmasına gətirib çıxara bilən yanaşı müalicə kimi çox sayda yanaşı risk faktorları olan ağır
xəstələr daxil olmuşdur.
Aritmiyanın inkişaf etməsinə risk faktorları olan xəstələrdə Rofluzol-VM ehtiyatla istifadə
olunmalıdır. QT intervalını uzadan və sitoxrom P450 (CYP) 3A4 fermenti ilə metabolizə olunan
preparatlar ilə eyni vaxtda müalicə əks göstərişdir.
Halofantrin tövsiyə olunan terapevtik dozalarda QTc intervalını artırır. Bu səbəbdən flukonazol
və halofantrinin eyni vaxtda istifadəsi məsləhət görülmür.
Dermatoloji reaksiyalar:
Nadir hallarda flukonazol ilə müalicə zamanı xəstələrdə Stivens-Conson sindromu və toksik
epidermal nekroliz kimi eksfoliativ dəri reaksiyaları inkişaf etmişdir. QİÇSli xəstələr daha çox
ağır dəri reaksiyalarının inkişaf etməsinə meyillidirlər. Flukonazolun istifadəsilə əlaqədar ola
bilən səpginin yaranması zamanı səthi göbələk infeksiyasının müalicəsinə məruz qalan xəstədə
preparatın istifadəsini dayandırmaq lazımdır. İnvaziv/sistem göbələk infeksiyaları olan
xəstələrdə əgər səpgi yaranırsa, xəstəni müşahidə altına almaq və bullyoz zədələnmələr və ya
çoxformalı eritema inkişaf edən zaman flukonazolu dayandırmaq lazımdır.
Hiperhəssaslıq:
Nadir hallarda anafilaksiya barədə məlumat verilmişdir.
Sitoxrom P450:
Flukonazol P450 (CYP) sitoxrom 2C9 izofermentinin güclü inhibitorudur və CYP3A4 zəif
inhibitorudur. Flukonazol həmçinin CYP2C19 izofermentinin inhibitoru hesab olunur. CYP2C9,
CYP2C19 və CYP3A4 vasitəsilə metabolizə olunan digər birləşmələrin plazmada
konsentrasiyalarının yüksəlməsi riski mövcuddur. Bu səbəbdən, bu kombinasiyaların istifadəsi
zamanı ehtiyatlı olmaq və xəstənin vəziyyətini diqqətlə nəzarət etmək lazımdır. Yarımxaricolma
dövrü uzun olduğu üçün, müalicə dayandırıldıqdan sonra flukonazolun inhibəedici təsiri 4-5 gün
saxlanılır.
Terfenadin:
Gündə 400 mq-dan aşağı dozalarda flukonazol və terfenadinin eyni vaxtda istifadəsi həkim
tərəfindən nəzarət olunmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıdakı dərman vasitələri ilə eyni vaxtda istifadəsi əks göstərişdir:
Sizaprid: ürək tərəfindən əlavə təsirlər ola bilər, “piruet” tipli mədəcik taxikardiyası daxil
olmaqla. Nəzarətli tədqiqatda flukonazolun gündə 1 dəfə 200 mq və sizaprid gündə 4 dəfə 20 mq
dozada eyni vaxtda istifadəsi qan plazmasında sizapridin səviyyələrinin əhəmiyyətli dərəcədə
yüksəlməsinə və QTc intervalının artmasına gətirib çıxarmışdır.
Terfenadin: QTc intervalının artması nəticəsində ciddi ürək aritmiyalarının yaranması ilə
əlaqədar, terfenadinlə müalicə zamanı 400 mq və ya daha yüksək dozalarda flukonazolun eyni
vaxtda istifadəsi əks göstərişdir. Gündə 400 mq-dan aşağı dozalara flukonazolun terfenadinlə
eyni vaxtda qəbulu həkim müşahidəsi altında aparılmalıdır.
Astemizol: eyni vaxtda istifadəsi astemizol klirensini azaldır, bu isə QT intervalının artmasına və
nadir hallarda- “piruet” tipli mədəcik taxikardiyasının yaranmasına gətirib çıxara bilər.
Pimozid: eyni vaxtda istifadəsi pimozidin metabolizminin ləngidilməsinə gətirib çıxara bilər.
Qan plazmasında pimozidin konsentrasiyalarının yüksəlməsi QT intervalının artmasına və nadir
hallarda- “piruet” tipli mədəcik taxikardiyasının yaranmasına gətirib çıxara bilər.
Xinidin: eyni vaxtda istifadəsi xinidinin metabolizminin ləngidilməsinə gətirib çıxara bilər.
Xinidinin istifadəsi QT intervalının artması ilə müşayiət olunmuşdur və nadir hallarda- “piruet”
tipli mədəcik taxikardiyasının yaranmasına gətirib çıxara bilər.
Eritromisin: eyni vaxtda istifadəsi potensial olaraq kardiotoksiklik riskini (QT intervalının
artması, “piruet” tipli mədəcik taxikardiyası) və onunla əlaqəli letallığı yüksəldir.
Amiodaron: eyni vaxtda istifadəsi amiodaron metabolizminin inhibə olunmasına gətirib çıxara
bilər. Amiodaronun istifadəsi QT intervalının artması ilə müşayiət olunmuşdur.
Aşağıdakı dərman vasitələrinin eyni vaxtda istifadəsi məsləhət görülmür.
Halofantrin: flukonazol qan plazmasında halofantrinin konsentrasiyasını yüksəldə bilir, bu isə
potensial olaraq kardiotoksiklik riskini (QT intervalının artması, “piruet” tipli mədəcik
taxikardiyası) və onunla əlaqəli letallığı yüksəldə bilər.
Aşağıdakı dərman vasitələrinin eyni vaxtda istifadəsi ehtiyat tədbirlərinin görülməsi və
dozaların korreksiyasını tələb edir.
Rifampisin: eyni vaxtda istifadəsi flukonazolun AUC-un 25% azalmasına və yarımxaricolma
dövrünün 20% qısalmasına gətirib çıxarmışdır. Eyni vaxtda rifampisin qəbul edən xəstələrdə
flukonazolun dozasının artırılmasının mümkünlüyünə baxılmalıdır.
Qarşılıqlı təsir tədqiqatları göstərmişdir ki, flukonazolun qida ilə, simetidinlə peroral istifadəsi
zamanı və ya sümük iliyinin transplantasiyası zamanı bədənin ümumi şualanmasından sonra
flukonazolun absorbsiyasının klinik dəyərli pozulması müşahidə olunmur.
Hidroxlortiazid: farmakokinetik qarşılıqlı təsir tədqiqatında flukonazol qəbul edən sağlam
könüllülər tərəfindən eyni vaxtda hidroxlortiazidin çoxsaylı dozalarının istifadəsi qan
plazmasında flukonazolun konsentrasiyasını 40% yüksəltmişdir. Eyni vaxtda diuretiklər qəbul
edən subyektlərdə flukonazolun dozalanma rejiminin dəyişdirilməsi tələb olunmur.
Alfentanil: flukonazolu (400 mq) venadaxili yeridilən alfentanil ilə (20 mkq/kq) eyni vaxtda
istifadəsi zamanı sağlam könüllülərdə alfentanilin AUC10-nun ikiqat artması müşahidə
olunmuşdur, CYP3A4 inhibə edilməsilə ehtimal olunur. Alfentanilin dozasının korreksiyası tələb
oluna bilər.
Amitriptilin, nortriptilin: flukonazol amitriptilinin və nortriptilinin təsirini gücləndirir.
Kombinəolunmuş terapiyanın başlanğıcında və 1 həftə sonra 5-nortriptilinin və/və ya Samitrptilinin konsentrasiyasını ölçmək tövsiyə olunur. Lazım olduqda amitriptilinin/nortriptilinin
dozasını korreksiya etmək lazımdır.
Amfoterisin B: flukonazol və amfoterisin B-nin immuniteti normal və zəifləmiş siçanlara eyni
vaxtda yeridilməsi C.albicans sistem infeksiyası zamanı kiçik additiv göbələkəleyhinə effekti,
kəllədaxili Cryptococcus neoformans kəllədaxili infeksiya zamanı qarşılıqlı təsirin olmamasını
və Aspergillus fumigatus sistem infeksiyası zamanı iki preparatın antaqonizmini aşkar etmişdir.
Bu tədqiqatların gedişi zamanı alınan nəticələrin klinik dəyəri məlum deyildir.
Antikoaqulyantlar: qeydiyyatsonrası istifadəsi zamanı, digər azol göbələkəleyhinə vasitələrdə
olduğu kimi hemorragik hallar müşahidə olunmuşdur (qançırlar, burun qanaxması, mədəbağırsaq qanaxması, hematuriya və melena), flukonazolu varfarin ilə eyni vaxtda qəbul edən
xəstələrdə protrombin zamanının artması ilə müşayiət olunmuşdur. Kumarin tipli
antikoaqulyantlar və ya indandion antikoaqulyantları flukonazol ilə eyni vaxtda qəbul edən
xəstələrdə protrombin zamanının diqqətli monitorinqi lazımdır. Antikoaqulyantın dozasının
korreksiyası tələb oluna bilər.
Qısa təsirli benzodiazepinlər (məsələn, midazolam, triazolam): midazolamın peroral
istifadəsindən sonra flukonazolun təyin olunması midazolamın konsentrasiyasının əhəmiyyətli
dərəcədə yüksəlməsinə və psixomotor effektlərin güclənməsinə gətirib çıxarmışdır. Flukonazol
ilə eyni vaxtda müalicəsi zamanı triazolamın effektlərinin güclənməsi və uzanması müşahidə
olunur. Flukonazol terapiyası qəbul edən xəstələrə eyni vaxtda benzodiazepinlərin istifadəsi tələb
olunursa, benzodiazepinlərin dozasının azaldılmasının mümkünlüyü məsələsinə baxmaq və
xəstənin vəziyyətinin müvafiq monitorinqini aparmaq lazımdır.
Karbamazepin: flukonazol karbamazepinin metabolizmini ləngidir və qan zərdabında
karbamazepin səviyyəsinin 30% yüksəlməsinə gətirib çıxarır. Karbamazepin tərəfindən toksiklik
əlamətlərinin inkişaf etməsi riski mövcuddur. Preparatın konsentrasiya səviyyəsi və təsirindən
asılı olaraq karbamazepinin dozasının korreksiyası tələb oluna bilər.
Kalsium kanallarının blokatorları: kalsium kanallarının blokatorlarının bəziləri (nifedipin,
isradipin, amlodipin, verapamil və felodipin) CYP3A4 fermenti vasitəsilə metabolizə olunur.
Flukonazol potensial olaraq kalsium kanallarının blokatorlarının sistem təsirini yüksəldə bilər.
Əlavə təsirlərin monitorinqi tövsiyə olunur.
Selekoksib: flukonazol (gündə 200 mq) və selekoksib (200 mq) eyni vaxtda istifadəsi zamanı
selekoksibin Cmax və AUC göstəriciləri müvafiq olaraq 68% və 134% yüksəlmişdir.
Flukonazolun eyni vaxtda istifadəsi zamanı selekoksibin dozasının iki dəfə azaldılması tələb
oluna bilər.
Siklofosfamid: siklofosfamid və flukonazolun birgə istifadəsi qan zərdabında bilirubin və
kreatinin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Qan zərdabında bilirubin və kreatinin
konsentrasiyasının yüksəlməsi riskini nəzərə almaqla bu preparatları eyni vaxtda istifadə etmək
olar.
Fentanil: fentanil və flukonazolun ehtimal olunan qarşılıqlı təsiri nəticəsində fentanil ilə
intoksikasiyaya dair bir letal hadisə barədə məlumat verilmişdir. Müəyyən olunmuşdur ki,
flukonazol sağlam könüllülərdə fentanilin eliminasiyasını əhəmiyyətli dərəcədə ləngidir.
Fentanilin konsentrasiyasının yüksəlməsi tənəffüsün ləngiməsinə gətirib çıxara bilər, bu
səbəbdən xəstənin vəziyyətini diqqətlə nəzarət altında saxlamaq lazımdır. Fentanilin dozasının
korreksiyası tələb oluna bilər.
HMQ-KoA-reduktazanın inhibitorları: flukonazol və CYP3A4 vasitəsilə (atorvastatin və
simvastatin), və ya CYP2C9 vasitəsilə (fluvastatin) metabolizə olunan HMQ-KoA-reduktaza
inhibitorlarının eyni vaxtda istifadəsi miopatiya və rabdomiolizin inkişaf etməsi riskini yüksəldir.
Bu preparatların birgə istifadəsinə ehtiyac yaranarsa miopatiya və rabdomioliz simptomlarının
yaranmasına görə xəstəyə qarşı diqqətli müşahidə aparmaq və kreatinkinaza səviyyəsinin
monitorinqini aparmaq lazımdır. Kreatinkinaza səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi
zamanı, həmçinin miopatiya/rabdomiolizin diaqnostikası və ya şübhə olduqda, HMQ-KoAreduktaza inhibitorlarının istifadəsini dayandırmaq lazımdır.
Siklosporin: flukonazol siklosporinin konsentrasiyasını və AUC-nu əhəmiyyətli dərəcədə
yüksəldir. Flukonazol (gündə 200 mq) və siklosporin (gündə 2,7 mq/kq) eyni vaxtda istifadəsi
zamanı siklosporinin AUC-nun 1,8 dəfə yüksəlməsi müşahidə olunmuşdur. Bu kombinasiya
konsentrasiyasından asılı olaraq siklosporinin dozasının azaldılması ilə istifadə oluna bilər.
Everolimus: baxmayaraq ki, in vivo və ya in vitro tədqiqatlar aparılmayıb, flukonazol CYP3A4
inhibə etdiyi üçün qan zərdabında everolimusun konsentrasiyasını yüksəldə bilir.
Sirolimus: flukonazol qan plazmasında sirolimusun konsentrasiyasını yüksəldir, ehtimal olunur
ki, bu CYP3A4 və P-qlikoproteinin təsiri altında sirolimusun metabolizminin ləngitməsi yolu ilə
baş verir. Preparatın konsentrasiyasının səviyyəsi və effektindən asılı olaraq sirolimusun
dozasının korreksiya edilməsi şərtilə bu preparatları eyni vaxtda istifadə etmək olar.
Takrolimus: flukonazol bağırsaqda CYP3A4 təsiri altında takrolimusun metabolizmini inhibə
etməsi nəticəsində, peroral qəbul edilən takrolimusun qan zərdabında konsentrasiyasını 5 dəfəyə
qədər artıra bilər. Takrolimusun venadaxili istifadəsi zamanı farmakokinetikanın dəyərli
dəyişikliyi müşahidə olunmamışdır. Takrolimusun yüksəlmiş səviyyələri nefrotoksiklik ilə
müşayiət olunmuşdur. Takrolimusun peroral dozasını onun konsentrasiyasından asılı olaraq
azaltmaq lazımdır.
Lozartan: flukonazol lozartanın metabolizmini onun aktiv metabolitinə qədər (E-31 74) ləngidir,
bu isə lozartanın istifadəsi zamanı angiotenzin II reseptorlarına qarşı antaqonizmin böyük
hissəsinə cavabdehdir. Xəstələrdə qan təzyiqinin davamlı monitorinqini həyata keçirmək tövsiyə
olunur.
Metadon: flukonazol qan zərdabında metadonun konsentrasiyasını yüksəldə bilir. Metadonun
dozasının korreksiyası tələb oluna bilər.
Qeyri-steroid iltihabəleyhinə preparatlar: flurbiprofenin monoterapiyası ilə müqayisədə, onun
flukonazol ilə eyni vaxtda istifadəsi zamanı flurbiprofenin Cmax və AUC göstəriciləri müvafiq
olaraq 23% və 81% yüksəlmişdir. Anoloji şəkildə rasemik ibuprofen monoterapiyası ilə
müqayisədə, flukonazolun rasemik ibuprofen ilə (400 mq) eyni vaxtda istifadəsi zamanı
farmakoloji aktiv izomerin [S-(+)-ibuprofen] Cmax və AUC göstəriciləri müvafiq olaraq 15% və
82% yüksəlmişdir.
Flukonazol potensial olaraq CYP2C9 ilə metabolizə olunan digər QSİƏP-lərin (məsələn,
naproksen, lornoksikam, meloksikam, diklofenak) sistem təsirini yüksəldə bilir. QSİƏP ilə
əlaqəli əlavə təsirlərin və toksikliyin monitorinqini həyata keçirmək məsləhət görülür. QSİƏP
dozalarının korreksiyası tələb oluna bilər.
Fenitoin: flukonazol qaraciyərdə fenitoinin metabolizmini ləngidir. Preparatların birgə istifadəsi
zamanı fenitoinin toksikliyinin qarşısını almaq üçün qan zərdabında fenitoin konsentrasiyasını
nəzarət etmək lazımdır.
Prednizon: prednizonun istifadəsi fonunda qaraciyər transplantasiyasından sonra xəstədə kəskin
böyrəküstü vəzin qabıq maddəsinin çatışmazlığı hadisəsi barədə məlumat verilmişdir ki, bu
flukonazol ilə üçaylıq terapiya kursunun dayandırılmasından sonra baş vermişdir. Ehtimal olunur
ki, flukonazolun kəsilməsi CYP3A4 aktivliyinin güclənməsi və prednizonun metabolizminin
sürətlənməsini yaratmışdır. Uzun müddət flukonazol və prednizonu eyni vaxtda qəbul edən
xəstələrdə flukonazolun kəsilməsindən sonra böyrəküstü vəzin qabıq maddəsi çatışmazlığının
inkişaf etməsinin qarşısını almaq məqsədilə müşahidə olunması lazımdır.
Rifabutin: flukonazol zərdabda rifabutinin konsentrasiyalarını yüksəldir, bu isə rifabutinin AUC
göstəricisinin 80%-ə qədər artmasına gətirib çıxarır. Flukonazol və rifabutini eyni vaxtda qəbul
edən xəstələrdə uveit hadisələri barədə məlumat verilmişdir. Kombinəolunmuş müalicə zamanı
rifabutinin toksiklik simptomlarına diqqət yetirmək lazımdır.
Sakvinavir: flukonazol sakvinavirin metabolizmini qaraciyərdə CYP3A4 fermenti ilə və Pqlikoproteini inhibə etməsilə ləngitməsi səbəbindən sakvinavirin AUC və Cmax göstəricilərini
təxminən müvafiq olaraq 50% və 55% yüksəldir. Sakvinavir/ritonavir ilə qarşılıqlı təsir tədqiq
olunmayıb, bu səbəbdən o daha ifadəli ola bilər. Sakvinavirin dozasının korreksiyası tələb oluna
bilər.
Sulfonil sidik cövhəri preparatları: flukonazol eyni vaxtda istifadə olunan sulfonilsidik cövhəri
preparatlarının (xlorpropamid, qlibenklamid, qlipizid, tolbutamol) sağlam könüllülərdə qan
zərdabından yarımxaricolma dövrünü uzatmışdır. Qanda müntəzəm olaraq qlükoza
səviyyələrinin nəzarət olunması və eyni vaxtda istifadəsi zamanı sulfonilsidik cövhəri
preparatlarının dozasını müvafiq şəkildə azaltmaq tövsiyə olunur.
Teofillin: plasebo-nəzarətli qarşılıqlı təsir tədqiqatında flukonazolun 200 mq dozada 14 gün
ərzində istifadəsi qan plazmasında teofillinin klirensinin orta sürətinin 18% azalmasına gətirib
çıxarmışdır. Teofillinin yüksək dozalarını qəbul edən xəstələr flukonazol istifadəsi zamanı
teofillinin toksiklik əlamətlərinin aşkar edilməsi üçün müşahidə altında olmalıdırlar. Toksiklik
əlamətləri yarandığı zaman müalicəni dəyişmək lazımdır.
Qıfotu bitkisinin alkaloidləri: ehtimal olunur ki, flukonazol CYP3A4 inhibə etməsi səbəbindən
qan plazmasında qıfotu alkaloidlərinin (məsələn, vinkristin və vinblastinin) konsentrasiyasının
yüksəlməsinə gətirib çıxara bilər ki, bu isə neyrotoksik effektlərin inkişaf etməsinə gətirir.
Vitamin A: məlumat verilir ki, politransretin turşusu (vitamin A-nın turşu forması) və
flukonazolu eyni vaxtda qəbul edən xəstədə yalançı baş beyin şişi formasında MSS tərəfindən
arzuolunmaz təsirlər müşahidə olunmuşdur ki, bu isə flukonazolun kəsilməsindən sonra keçib
getmişdir. Bu dərman vasitələrini eyni vaxtda istifadə etmək olar, MSS tərəfindən əlavə təsirlərin
monitorinqi məsləhət görülür.
Vorikonazol (CYP2C9, CYP2C19 və CYP3A4): vorikonazol (400 mq hər 12 saatdan bir gün 1,
daha sonra 200 mq hər 12 saatdan bir 2,5 gün ərzində) və flukonazol (400 mq gün 1, daha sonra
200 mq hər 24 saatdan bir 4 gün ərzində) kişi cinsli səkkiz sağlam könüllü tərəfindən eyni vaxtda
peroral istifadəsi vorikonazolun Cmax və AUC göstəricilərinin orta hesabla müvafiq olaraq 57%
(90% Eİ: 20%, 107%) və 79% (90% Eİ: 40%, 128%) artmasına gətirib çıxarmışdır. Bu effekti
aradan qaldıracaq vorikonazol və flukonazolun dozasının və/və ya qəbul sayının azaldılması
müəyyən olunmayıb. Flukonazoldan sonra vorikonazolun istifadəsi zamanı vorikonazolun əlavə
təsirlərinin monitorinqini aparmaq lazımdır.
Zidovudin: flukonazol zidovudinin Cmax və AUC göstəricilərini müvafiq olaraq 84% və 74%
artırır, bu isə peroral qəbulu zamanı zidovudinin klirensinin təxminən 45% azalması ilə
əlaqədardır. Zidovudinin yarımxaricolma dövrü flukonazol ilə kombinəolunmuş müalicədən
sonra təxminən 128% artmışdır. Bu kombinasiyanı qəbul edən xəstələr zidovudin ilə əlaqədar
əlavə təsirlərin monitorinqi üçün müşahidə altında olmalıdırlar. Zidovudinin dozasının
azaldılması məsələsi müzakirə olunmalıdır.
Azitromisin: 18 sağlam könüllünün iştirak etdiyi açıq randomizəolunmuş üçtərəfli çarpaz
tədqiqat azitromisinin 1200 mq birdəfəlik peroral dozasının flukonazolun 800 mq birdəfəlik
peroral dozasının farmakokinetikasına təsirini, həmçinin flukonazolun azitromisinin
farmakokinetikasına təsirlərini qiymətləndirmişdir. Flukonazol və azitromisin arasında
əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir aşkar olunmamışdır.
Peroral kontraseptivlər: kombinəolunmuş peroral kontraseptiv və flukonazolun çoxsaylı
dozalarının istifadəsilə iki farmakokinetik tədqiqat hormonların səviyyələrinə dəyərli təsirlərini
aşkar etməmişdir. 50 mq flukonazolun istifadəsilə tədqiqatda isə gündə 200 mq qəbulu zamanı
etinilestradiol və levonorgestrelin AUC göstəricisinin müvafiq olaraq 40% və 24% yüksəlməsi
müşahidə olunmuşdur. Beləliklə, flukonazolun göstərilən dozalarının çoxsaylı qəbulunun
kombinəolunmuş peroral kontraseptivin effektivliyinə təsir göstərəcəyi az ehtimal olunur.
İvakaftor: mukovissidoz transmembran ötürücülük tənzimləyicisinin gücləndiricisi olan (CFTR)
ivakaftor ilə eyni vaxtda istifadəsi ivakaftorun təsirini 3 dəfə, hidroksimetil-ivakaftorun isə
(M1)- 1,9 dəfə artırmışdır. Flukonazol və eritromisin kimi, zəif CYP3A inhibitorlarını eyni
vaxtda qəbul edən xəstələr üçün ivakaftorun dozasının gündə 1 dəfə 150 mq-a qədər azaldılması
tövsiyə olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik:
Observasion tədqiqatın nəticələri hamiləliyin birinci trimestri zamanı flukonazol qəbul edən
qadınlarda spontan düşüklərin yaranması riskinin yüksək olmasını göstərmişdir.
Koksidioidomikozun müalicəsi üçün yüksək dozalarda (gündə 400-800 mq) flukonazolu üç və
daha çox ay qəbul edən analardan olan yenidoğulmuşlarda çoxsaylı inkişaf qüsurlarının olması
(o cümlədən braxisefaliya, qulaq seyvanlarının displaziyası, ön əmgəyin həddən artıq böyüməsi,
budun əyriliyi, bazu-dirsək sinostozu) hadisələri təsvir olunmuşdur. Bu hadisələrin flukonazolun
qəbulu ilə səbəb-nəticə qarşılıqlı əlaqəsi aydın deyildir.
Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyi aşkar etmişdir.
Flukonazol standart dozalarda və qısamüddətli müalicə üçün hamiləlik zamanı istifadə
olunmamalıdır, ehtimal edilən faydası riskdən üstün olduğu hadisələr istisna olmaqla.
Flukonazolu yüksək dozalarda və/və ya uzunmüddətli istifadə üçün hamiləlik zamanı istifadə
etmək olmaz, potensial həyati təhlükəli infeksiya hadisələri istisna olmaqla.
Laktasiya:
Flukonazol ana südünə keçir, lakin onun süddə konsentrasiyası qan plazmasındakı
konsentrasiyasından aşağıdır. Flukonazolun 200 mq və ya aşağı birdəfəlik standart dozasından
sonra ana südü ilə qidalandırma davam etdirilə bilər. Dəfələrlə istifadəsindən və ya flukonazolun
yüksək dozalarının qəbulundan sonra ana südü ilə qidalandırma məsləhət görülmür.
Fertillik:
Flukonazol siçovullarda erkək və dişi fərdlərin fertilliyinə təsir göstərməmişdir.
Pediatriyada istifadəsi:
Preparat pediatrik praktikada istifadə olunur (bax. “İstifadə qaydası və dozası”).
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Rofluzol-VMun istifadəsi zamanı başhərlənmə və ya qıcolmaların yaranmasının mümkünlüyü və
belə simptomlar yaranan zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri
idarə etməmələri barədə xəstələri xəbərdar etmək lazımdır.
ROFLUZOL-VM İstifadə qaydası və dozası
Kapsullar daxilə, bütöv şəkildə udaraq, qida qəbulundan asılı olmayaraq qəbul edilir. Venadaxili
istifadədən peroral istifadəyə keçdikdə və ya əksinə gündəlik dozanın dəyişdirilməsi tələb
olunmur.
Flukonazolun gündəlik dozası göbələk infeksiyasının xüsusiyyətindən və ağırlığından asılıdır.
Dozaların çox dəfələrlə qəbulu tələb olunan infeksiyaların müalicəsini klinik parametrlər və ya
laborator testlər aktiv göbələk infeksiyasının ləngitməsini göstərənə qədər davam etdirmək
lazımdır. Kifayət qədər uzunmüddətli olmayan müalicə zamanı residiv ola bilər.
Böyüklər:
Göstərişlər Dozalanma Müalicə müddəti
Kriptokokkoz:
- kriptokokk meningitin müalicəsi
Başlanğıc doza:
birinci gün 400 mq.
Növbəti dozalar:
gündə 200-400 mq
Adətən 6-8 həftədən az
olmayaraq.
Həyati təhlükəli infeksiyalar
zamanı gündəlik doza 800 mq-a
qədər artırıla bilər.
- yüksək residiv riski
olan xəstələrdə
kriptokokk meningitin
qarşısının alınması
üçün dəstəkləyici
terapiya
Gündə 200 mq
Gündə 200mq dozalarda
məhdud deyildir.
Koksidioidomikoz 200-400 mq
11-24 ay və daha çox, konkret
hadisədən asılı olaraq. Bəzi
infeksiyalar zamanı, xüsusən
beyin qişalarının xəstəlikləri
zamanı 800 mq doza istifadə
oluna bilər.
İnvaziv kandidoz
Başlanğıc doza:
birinci gün
800 mq.
Növbəti dozalar:
gündə 400 mq
Ümumilikdə, kandidemiyanın
tövsiyə olunan müalicəsinin
davametmə müddəti qanın
kultural analizinin birinci mənfi
nəticəsi alınandan və
kandidemiyanın müvafiq
əlamətləri və simptomlarının
aradan qalxmasından sonra 2
həftə təşkil edir.
Selikli qişaların kandidozunun müalicəsi
- ağız udlağın kandidozu
Başlanğıc doza:
birinci gün
200-400 mq.
Növbəti dozalar:
gündə 100-200mq
7-14 gün (selikli qişaların
kandidozunun remissiyasına
qədər). İmmunitetin ağır
pozulması olan xəstələrdə daha
uzunmüddətli müalicə
mümkündür.
- qida borusunun kandidozu
Başlanğıc doza:birinci
gün
200-400 mq.
Növbəti dozalar:
gündə 100-200mq
14-30 gün (qida borusu
kandidozunun remissiyasına
qədər). İmmunitetin ağır
pozulması olan xəstələrdə daha
uzunmüddətli müalicə
mümkündür.
- kandiduriya Gündə 200-400 mq
7-21 gün. İmmunitetin ağır
pozulması olan xəstələrdə daha
uzunmüddətli müalicə
mümkündür.
- xroniki atrofik kandidoz Gündə 50 mq 14 gün
- xroniki dəri-selikli
qişa kandidozu Gündə 50-100 mq
28 günə qədər.İnfeksiyanın
ağırlıq dərəcəsindən və ya
immunitetin pozulması və
infeksiya fonundan asılı olaraq
daha uzunmüddətli müalicə
mümkündür.
Yüksək residiv riski
olan, İİV xəstələrdə
selikli qişaların
kandidoz residivinin
profilaktikası
- ağız udlağın kandidozu
Gündə 100-200 mq və
ya 200 mq həftədə 3
dəfə
İmmunitetin xroniki pozulması
olan xəstələr üçün müddət
məhdud deyildir.
- qida borusunun kandidozu
Gündə 100-200 mq və
ya 200 mq həftədə 3
dəfə
İmmunitetin xroniki pozulması
olan xəstələr üçün müddət
məhdud deyildir.
Genital kandidoz
- kəskin vaginal
kandidoz
- kandidoz balanit
150 mq Birdəfəlik doza
- vaginal kandidoz
residivinin müalicə və
profilaktikası (ildə 4
və ya daha çox
epizod)
Hər üç gündən bir 150
mq, ümumi doza sayı
3 (gün 1, 4 və 7), daha
sonra dəstəkləyici
doza 150 mq həftədə 1
dəfə.
Dəstəkləyici doza:
6 ay.
Dermatomikoz
- pəncənin
dermatofitiyası
- hamar dərinin
dermatofitiyası
- qasıq nahiyyəsinin
dermatofitiyası
- kandidoz
infeksiyalar
150 mq həftədə 1 dəfə
və ya 50 mq gündə 1
dəfə
2-4 həftə; pəncənin
dermatofitiyası 6 həftəyə qədər
müalicə tələb edə bilər.
- rəngbərəng dəmrov
300-400 mq həftədə 1
dəfə 1-3 həftə
50 mq gündə 1 dəfə 2-4 həftə
- dırnaqların dermatofitiyası (onixomikoz) 150 mq həftədə 1 dəfə
Müalicəni zədələnmiş dırnağın
əvəz olunmasına qədər (sağlam
dırnaq uzanana qədər) davam
etdirmək lazımdır. Əl və ayaq
barmaqlarında dırnaqların
uzanamsı müvafiq olaraq 3-6 ay
və 6-12 ay çəkir. Buna
baxmayaraq, uzanma sürəti
daha çox dərəcədə müxtəlif
xəstələrdə, həmçinin yaşdan
asılı olaraq dəyişə bilər. Xroniki
infeksiyaların uzunmüddətli
uğurlu müalicəsindən sonra
dırnaqlar bəzən dəyişilmiş
formada qalır.
Uzunmüddətli 200-400 mq Ehtimal olunan neytropeniyanın
neytropeniyası olan
xəstələrdə kandidoz
infeksiyaların
profilaktikası
başlanmasına qədər bir neçə
gün əvvəl müalicəni başlamaq
və sağaldıqdan sonra,
neytrofillərin sayı 1000
hüceyrə/mm3
–dən çox
olduqdan sonra 7 gün ərzində
davam etdirmək lazımdır.
Xüsusi qruplar:
Yaşlı xəstələr
Böyrəklərin funksiyası pozulduğu zaman dozanı korreksiya etmək lazımdır.
Böyrəklərin funksiyasının pozulması:
Birdəfəlik dozalarla müalicə zamanı dozaların korreksiyası tələb olunmur. Flukonazolun
çoxsaylı dozalarını qəbul edən, böyrəklərin funksiyası pozulmuş xəstələrdə (o cüm., uşaqlar)
müəyyən göstəriş üçün tövsiyə olunan gündəlik doza əsasında başlanğıc 50-400 mq dozanı
istifadə etmək lazımdır. Belə başlanğıc dozadan sonra aşağıdakı cədvələ uyğun müəyyən olunan
gündəlik dozalar istifadə olunur (göstərişə müvafiq):
Kreatinin klirensi (ml/dəq) Tövsiyə edilən dozanın faizi
> 50 100%
≤ 50 (dializ olmadan) 50%
Müntəzəm dializ Hər dializdən sonra 100%
Müntəzəm olaraq dializdə olan xəstələr hər dializdən sonra tövsiyə olunan dozanın 100%-ni
qəbul etməlidir. Dializ aparılmayan günlərdə, xəstələr kreatinin klirensinə müvafiq olaraq
azaldılmış dozanı qəbul etməlidirlər.
Qaraciyər funksiyasının pozulması:
Qaraciyər funksiyasının pozulması olan xəstələr barədə məlumatlar məhduddur, bu səbəbdən
qaraciyər funksiyasının pozulması olan xəstələrdə flukonazol ehtiyatla istifadə olunmalıdır.
Uşaqlar:
Uşaqlarda maksimal 400 mq dozanı aşmaq olmaz.
Böyüklərdə anoloji infeksiyalarda olduğu kimi, müalicənin davametmə müddəti klinik cavaba və
mikrobioloji tədqiqatların nəticələrinə əsaslanır. Rofluzol-VM birdəfəlik gündəlik dozalarda
istifadə olunur.
Böyrəklərin funksiyası pozulmuş uşaqlar üçün dozalanmaya “Böyrəklərin funksiyasının
pozulması” bəndində baxın. Böyrək çatışmazlığı olan uşaqlarda flukonazolun farmakokinetikası
öyrənilməyib (tez-tez əsasən böyrəklərin yetişməzliyi müşahidə olunan, vaxtında doğulmuş
yenidoğulmuş körpələr üçün məlumata aşağıda baxın).
Körpələr, kiçik və orta yaşlı uşaqlar (28 günündən 11 yaşa qədər)
Göstərişlər Dozalanma Tövsiyələr
- selikli qişaların kandidozu
Başlanğıc doza: 6 mq/kq.
Növbəti dozalar:
gündə 3 mq/kq.
Tarazlıq səviyyələrinə daha tez
çatmaq üçün başlanğıc doza
birinci gün tətbiq oluna bilər.
- invaziv kandidoz
- kriptokokk meningiti Doza: gündə 6-12 mq/kq Xəstəliyin ağırlıq dərəcəsindən
asılı olaraq.
- yüksək residiv riski olan
uşaqlarda kriptokokk meningiti
residivinin profilaktikası üçün
dəstəkləyici terapiya
Doza: gündə 6 mq/kq.
Xəstəliyin ağırlıq dərəcəsindən
asılı olaraq.
- immunitetin pozulması olan
xəstələrdə Candida Doza: gündə 3-12 mq/kq.
Təhrik edilmiş neytropeniyanın
dərəcəsi və davametmə
infeksiyalarının profilaktikası müddətindən asılı olaraq
(böyüklər üçün dozalanmaya bax.)
Yeniyetmələr (12-17 yaş)
Dozalanma (böyük və ya uşaq) bədən kütləsi və xəstənin cinsi inkişafından asılı olaraq həkim
tərəfindən təyin olunur. Klinik məlumatlar göstərir ki, uşaqlarda flukonazolun klirensi böyüklərə
nisbətən yüksəkdir. Oxşar sistem təsirin əldə olunması üçün böyüklərdəki 100 mq, 200 mq və
400 mq dozalar uşaqlardakı 3 mq/kq, 6 mq/kq və 12 mq/kq dozalara uyğun gəlir.
Uşaqlarda genital kandidoz zamanı təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb.
Yeniyetmələrdə (12-17 yaş) genital kandidozun müalicəsinə ehtiyac olduqda böyüklər üçün
təyin olunmuş dozalanmadan istifadə etmək olar.
Vaxtında doğulmuş yenidoğulmuş körpələr (0-27 gün)
Yenidoğulmuşlarda flukonazolun xaric olunması yavaş olur. Vaxtında doğulmuş yenidoğulmuş
körpələr üçün bu dozalanmanı dəstəkləyən farmakokinetik məlumatlar azdır.
Yaş qrupu Dozalanma Tövsiyələr
Vaxtında doğulmuş
yenidoğulmuş körpələr (0-14
gün)
Körpələr, kiçik və orta yaşlı
uşaqlar üçün tətbiq olunan eyni
dozalanma mq/kq-la, hər 72 saatdan bir istifadə olunur.
hər 72 saatdan bir 12 mq/kq
maksimal dozanı aşmaq olmaz
Vaxtında doğulmuş
yenidoğulmuş körpələr (15-27
gün)
Körpələr, kiçik və orta yaşlı
uşaqlar üçün tətbiq olunan eyni
dozalanma mq/kq-la, hər 48 saatdan bir istifadə olunur.
hər 48 saatdan bir 12 mq/kq
maksimal dozanı aşmaq olmaz
Əlavə təsirləri
Daha çox aşağıdakı əlavə təsirlər barədə məlumat verilmişdir: başağrısı, qarında ağrı, diareya,
ürəkbulanma, qusma, alaninaminotransferaza (ALT) səviyyələrinin yüksəlməsi,
aspartataminotransferaza (AST) səviyyələrinin yüksəlməsi, qanda qələvi fosfataza (QF)
səviyyələrinin yüksəlməsi, səpgi.
Əlavə təsirlərin tezlik parametrləri aşağıdakı şəkildə müəyyən olunur: çox tez-tez (≥ 1/10); teztez (≥ 1/100, lakin < 1/10); bəzən (≥ 1/1000, lakin < 1/100); nadir (≥ 1/10000, lakin < 1/1000);
çox nadir (< 1/10000); tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında qiymətləndirmək
mümkün olmur).
Qan və limfatik sistemə: bəzən- anemiya; nadir- aqranulositoz, leykopeniya, trombositopeniya,
neytropeniya.
İmmun sistemə: nadir- anafilaksiya.
Maddələr mübadiləsinə və qidalanmaya: bəzən- iştahanın azalması; nadir- hiperxolesterinemiya,
hipertriqliseridemiya, hipokaliemiya.
Psixiki pozulmalar: bəzən- yuxululuq, yuxusuzluq.
Sinir sisteminə: tez-tez- başağrısı; bəzən- qıcolmalar, paresteziyalar, başhərlənmə, dadbilmənin
təhrif olunması; nadir- tremor.
Eşitməyə və müvazinət orqanlarına: bəzən- vertiqo.
Ürəyə: nadir- “piruet” tipli mədəcik taxikardiyası, QT intervalının artması.
Mədə-bağırsaq sisteminə: tez-tez- qarında ağrılar, qusma, diareya, ürəkbulanma; bəzən- qəbizlik,
dispepsiya, meteorizm, ağızda quruluq.
Qaraciyərə və ödçıxarıcı yollara: tez-tez- qanda ALT səviyyələrinin yüksəlməsi, AST
səviyyələrinin yüksəlməsi, QF səviyyələrinin yüksəlməsi; bəzən- xolestaz, sarılıq, bilirubin
səviyyəsinin yüksəlməsi; nadir- qaraciyər çatışmazlığı, hepatosellülyar nekroz, hepatit,
hepatosellülyar zədələnmə.
Dəriyə və dərialtı toxumalara: tez-tez- səpgi; bəzən- dərman səpgisi (o cüm., davamlı dərman
səpgisi), övrə, qaşınma, tərləmənin artması; nadir- toksik epidermal nekroliz, Stivens-Conson
sindromu, kəskin generalizəolunmuş ekzantematoz-pustulyoz səpmə, eksfoliativ dermatit,
angionevrotik ödem, üzün şişkinliyi, alopesiya.
Skelet-əzələ və birləşdirici toxumaya: bəzən- mialgiya.
Ümumi pozğunluqlar: bəzən- yorulma, halsızlıq, asteniya, qızdırma.
Uşaqlar:
Uşaqlarda əlavə təsirlərin yaranması strukturu və tezliyi böyüklərdəki kimidir.
Doza həddinin aşılması
Flukonazolun doza həddinin aşılması və eyni vaxtda hallüsinasiyalar və paranoidal davranışın
yaranması hadisələri barədə məlumat verilmişdir.
Doza həddinin aşılması zamanı- müalicə simptomatikdir. İlkin yardım kimi- mədə yuyulmalıdır.
Flukonazol əhəmiyyətli dərəcədə sidiklə xaric olunur; sürətləndirilmiş diurez ehtimal olunur ki,
xaricolma sürətini artıra bilər. Üçsaatlıq hemodializ seansı maddənin qan plazmasında
səviyyələrini təxminən 50% azaldır.
Buraxılış forması
Rofluzol-VM 50 mq
Bərk jelatin kapsullar. 7 kapsul, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Rofluzol-VM 150 mq
Bərk jelatin kapsullar. 1 kapsul, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Aptekdən buraxılma şərti
Rofluzol-VM 50 mq: resept əsasında buraxılır.
Rofluzol-VM 150 mq: reseptsiz buraxılır.