Pharmed

RINOMARIS 0,1% 15ML SPREY

RİNOMARİS

Beynəlxalq patentləşdirilməmiş adı: Xylometazoline

 

RİNOMARİS Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,500 mq (0,05%-li məhlul üçün) və ya
1,000 mq (0,1%-li məhlul üçün) ksilometazolin hidroxlorid vardır.
Köməkçi maddələr: təmizlənmiş Adriatik dənizinin suyu, kalium dihidrofosfat,
təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu

Burun boşluğunun xəstəliklərində istifadə olunan vasitələr. Simpatomimetiklər, sadə preparatlar.

ATC kodu: R01AA07.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Ksilometazolin α-adrenergik reseptorlara təsir edən simpatomimetik vasitədir.
Rinоmaris burun qan damarlarının daralmasına səbəb olur, burunun selikli qişasının, onun paranazal
sinuslarının şişkinliyini (ödemini) azaldır və beləliklə, burun və paranazal sinusların tutulması zamanı
burunla nəfəsalmanı yaxşılaşdırır.
Dərman preparatının təsiri tətbiq edildikdən sonra 2 dəqiqə ərzində başlayır və 12 saata qədər davam
edir. Dərman preparatı yaxşı keçirilir, o cümlədən, həssas selikli qişaları olan xəstələr tərəfindən yaxşı
qəbul olunur.
Dərman preparatı mukosiliar funksiyanı azaltmır. Rinоmaris® burun boşluğunun xarakterik (müəyyən)
hədləri daxilində balanslaşdırılmış pH dəyərinə malikdir.
Farmakokinetikası:
Yerli istifadə zamanı absorbsiya olunmur, plazma konsentrasiyası o qədər azdır ki, onları hətta müasir
analitik usullarla müəyyən etmək olmur.

 

İstifadəsinə göstərişlər

Soyuqdəymə, ot qızdırması, allergik rinit, sinusit zamanı burun tutulmalarının simptomatik müalicəsi.
Paranazal sinusların (burunətrafı ciblərin) xəstəliklərində sekresiyanın çıxmasını asanlaşdırmaq üçün.
Orta оtit hallarında köməkçi terapiya şəklində (mukozal ödemi aradan qaldırmaq üçün).
Rinoskopiyanı asanlaşdırmaq üçün.

 

Əks göstərişlər

− Ksilometazolinə və ya preparatın tərkibindəki digər komponentlərinə qarşı yüksək həssaslıq;
− qabıqların əmələ gəlməsi ilə burun mukozasının quruluğu (quru rinit);
− anamnezdə transsfenoidal hipofizektomiya və beyin qişalarında cərrahi müdaxilələr;
− 2 yaşa qədər uşaqlarda 0,05%-li sprey, 2 yaşdan 12 yaşa qədər olan uşaqlarda isə 0,1%-li spreyin
istifadəsi.

 

Xüsusi göstərişlər və ehtiyyat tədbirləri

Dərman preparatı ardıcıl 5 gündən artıq istifadə edilməməlidir. Çox uzun müddət ərzində və ya
həddindən artıq istifadə burun tutulmalarının geri qayıtmasına və/və ya burunun selikli qişasının
atrofiyasına səbəb ola bilər.
Dərman preparatı, digər simpatomimetiklər kimi, yuxusuzluq, başgicəllənmə, tremor, ürək ritminin
pozulması və ya qan təzyiqinin artması şəklində adrenergik dərmanlara güclü reaksiyaları olan
pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
Ksilometazolin qəbul edən uzanmış QT intervalı sindromu olan pasiyentlərdə ciddi mədəcik aritmiyaları
riski arta bilər.
Xüsusilə uşaqları və yaşlıları müalicə edərkən dərmanın tövsiyə olunan gündəlik doza həddini aşmaq
olmaz.
Dərman preparatı ürək-damar xəstəlikləri, arterial hipertenziya, şəkərli diabetli pasiyentlərdə,
hipertiroidizm, feoxromositoma, prostat vəzinin hipertrofiyası, gözdaxili təzyiqin artması ilə, xüsusən də
bağlıbucaqlı qlaukoma olan pasiyentlərdə ehtiyatla istifadə edilməli və həmçinin monoaminoksidaza
inhibitorları ilə eyni vaxtda müalicə alan pasiyentlərə və onların istifadəsini dayandırdıqdan sonra 2
həftə ərzində tətbiq edilməməlidir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Monoaminoksidaza inhibitorları (MAO inhibitorları): ksilometazolin monoaminoksidaza
inhibitorlarının təsirini gücləndirə və hipertenziv krizə səbəb ola bilər. Hazırda və ya son iki həftə
ərzində MAO inhibitorlarını qəbul edən pasiyentlərdə ksilometazolin istifadə edilməməlidir.
Tri- və tetrasiklik antidepressanlar: tri- və ya tetrasiklik antidepresanlar və simpatomimetik dərman
preparatlarının eyni vaxtda istifadəsi zamanı ksilometazolinin simpatomimetik təsiri güclənə bilər, buna
görə də bu cür dərmanların eyni vaxtda istifadəsi tövsiyə edilmir.
β-blokatorlarla eyni vaxtda istifadə edildikdə, bronxial spazma və ya qan təzyiqinin azalmasına səbəb
ola bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Potensial vazokonstriktor təsirinə görə dərman preparatı hamiləlik dövründə istifadə edilməməlidir.
Körpə üzərində hər hansı bir mənfi təsirə dair heç bir sübutlar yoxdur. Ksilometazolinin ana südü ilə
xaric olub-olmadığı bilinmir, bu səbəbdən südvermə zamanı istifadə edərkən ehtiyatlı olmaq lazımdır və
dərmanı ana südü ilə qidalandırma zamanı yalnız həkimin göstərişi ilə istifadə etmək lazımdır

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Ksilometazolini tövsiyə olunan dozadan artıq istifadə etdikdə nəqliyyat vasitələrini və potensial
təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müşahidə olunmur və ya az təsir göstərir.

 

RİNOMARİS İstifadə qaydası və dozası

Preparatı istifadə etməzdən əvvəl burnu yaxşıca təmizləmək lazımdır:
Rinоmaris 0,05% burun spreyi, 2 yaşdan 12 yaşa qədər uşaqlar üçün gündə 1-2 dəfə hər burun keçidinə
(dəliyinə) 1 püskürtmə tətbiq edilir.
Rinоmaris, 0,1% burun spreyi, böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün, hər burun keçidinə
(dəliyinə) 1 püskürtmə gündə 2-3 dəfə tətbiq edilir.
Həkim digər müalicə müddəti tövsiyə etmədiyi halda, dərman preparatı 5 gündən artıq istifadə
edilməməlidir.
Rinоmaris-in istifadəsi bir neçə günlük fasilədən sonra bərpa oluna bilər.
Dərmanın uzun müddət istifadəsi burnun selikli qişasının atrofiyasına səbəb ola bilər. Xroniki
pozğunluqlar halında, dərman preparatı yalnız həkim nəzarəti altında istifadə edilə bilər.
İlk istifadədən əvvəl homogen dozaya nail olmaq üçün preparatı bir neçə dəfə (4 dəfə) havaya
püskürtmək lazımdır. Flakon şaquli vəziyyətdə saxlanmalıdır. Preparat bir neçə gün istifadə edilmirsə,
növbəti istifadə zamanı homogen dozaya nail olmaq üçün havaya ən azı bir püskürtmə edilməlidir.
Dərmanı istifadə etməzdən əvvəl burnunuzu yaxşıca təmizləməlisiniz.
Uşaqlar:
2 yaşdan 12 yaşa qədər uşaqlarda 0,05% nazal sprey tətbiq etmək lazımdır. 12 yaşdan yuxarı uşaqlar
üçün isə 0,1% nazal sprey istifadə edilməlidir.

 

Əlavə təsirləri

Dərman preparatını istifadə edərkən baş verə biləcək mənfi reaksiyalar onların yaranma tezliyinə görə
aşağıdakı qruplara təsnif edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 - <1/10); bəzən (≥1/1000-dən
<1/100); nadir hallarda (≥1/10000 - <1/1000); çox nadir (<1/10000), o cümlədən, xüsusi hallar məlum
deyil.
İmmun sistemdə rastlanan pоzğunluqlar
Çоx nadir: hiperhəssaslıq reaksiyaları, o cümlədən, angionevrotik ödem, səpgilər, qaşınma.
Sinir sistemində pоzğunluqlar
Nadir: baş ağrısı, yuxusuzluq, yоrğunluq.
Görmə оrqanlarında pоzğunluqlar
Çоx nadir: görmənin müvəqqəti pоzulması.
Ürək-damar sistemində pоzğunluqlar
Çоx nadir rastlanan: nizamsız və ya sürətli ürək döyüntüsü, hipertenziya.
Tənəffüs sistemində, döş qəfəsi və orta divar orqanlarında pоzğunluqlar:
Tez-tez: burnun selikli qişasında quruluq və ya diskomfort, dərman vasitəsinin təsiri bitdikdən sonra
reaktiv hiperemiya; Bəzən: burun qanaması.
Mədə-bağırsaq traktında pоzğunluqlar
Tez-tez: ürəkbulanma.
Ümumi pоzğunluqlar və tətbiqi yerində dəyişikliklər
Tez-tez: tətbiqi yerində yanma hissi.

 

Doza həddinin aşılması

Ksilometazolin hidroxloridin həddindən artıq yerli istifadəsi və ya təsadüfən daxilə qəbulu şiddətli
başgicəllənməyə, tərləmənin artmasına, bədən hərarətinin əhəmiyyətli dərəcədə azalmasına, baş
ağrısına, bradikardiyaya, arterial hipertenziyaya, tənəffüsün çətinləşməsinə, komaya və qıcolmalara
səbəb ola bilər. Artan arterial qan təzyiqi azala bilər. Kiçik yaşlı uşaqlar böyüklərə nisbətən toksikliyə
daha həssasdırlar.
Doza həddinin aşılmasına şübhə olan bütün xəstələrdə müvafiq dəstəkləyici tədbirlər, habelə zəruri
hallarda nəzarət altında təcili simptomatik müalicə təyin edilməlidir. Pasiyent ən azı bir neçə saat tibbi
müşahidə altında saxlanmalıdır. Ürək dayanması ilə müşayiət olunan şiddətli doza həddinin aşılması
hallarında reanimasiya tədbirləri ən azı 1 saat davam etməlidir.

 

Buraxılış forması

Nazal sprey 0,05% və 0,1%.
10 ml və ya 15 ml preparat püskürdücü qurğu ilə və qoruyucu qapaqla təchiz olunan tünd rəngli şüşə
flakonda. 1 flakon içlik vərəgə ilə birgə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.