Pharmed
RINGER 400ML MEHLUL (ESKOM)(15)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“_____”______________ 2022-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RİNGER MƏHLULU infuziya üçün məhlul
RINGER´S SOLUTION
Beynəlxalq patentləşdirilməmiş adı: Compound solution of sodium chloride (potassium
chloride+calcium chloride+sodium chloride)
Tərkibi
Təsiredici maddələr: 1000 ml məhlulun tərkibində 8,6 q natrium xlorid, 0,3 q kalium xlorid,
0,25 q kalsium xlorid vardır.
Köməkçi maddələr: inyeksiya üçün su.
1000 ml preparatın ion tərkibi: Na+-147,15 mmol; K+-4,0 mmol; Ca++-
2,2 mmol, Cl-
-153,4 mmol.
Nəzəri osmolyarlıq: 307 mOsmol/l.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Elektrolit balansını bərpa edən vasitə.
ATC kodu: В05ВВ01.
Farmakoloji xüsusiyyətləri
Rehidratasiyaedici və detoksifikasiyaedici effektə malik olub qanın su elektrolit tərkibini stabilləşdirir.
Ümumi qan axınını bərpaetmə məqsıdilə istifadəsi zamanı qan dövranından ekstravazal mühitə sürətli
çıxışı ilə əlaqədar olaraq preparatın təsiri yalnız 30-40 dəqiqə müddətində saxlanılır. (bununla əlaqədar
olaraq məhlul yalnız ümumi mərkəzi qan axınının qısamüddətli bərpası üçün münasibdir).
İstifadəsinə göstərişlər
İnfuziya üçün Ringer məhlulu aşağıdakı hallarda istifadə olunur:
Hüceyrəxarici maye itkisinin bərpası;
İzotonik dehitratasiyanın müalicəsi üçün natrium, kalium, kalsium və xlorid balansının bərpa edilməsi.
Əks göstərişlər
Hüceyrəxarici hiperhidratasiya və hipervolemiya, hipertonik dehidratasiya, hiperkaliemiya,
hipernatriemiya, hiperkalsiemiya, hiperxloremiya, ağır böyrək çatışmazlığı (oliquriya/anuriya ilə),
kompensasiya olunmayan ürək çatışmazlığı, ağır hipertenziya, ümumi ödem və assitik sirroz, qlikozidlər
ilə birgə müalicə.
Digər kalsium tərkibli infuziya məhlulları kimi, seftriakson və infuziya üçün Ringer məhlulu ilə müalicə
erkən doğulmuş körpələrdə və yenidoğulmuşlarda (≤28 gün) ayrı-ayrı infuziya xətləri istifadə olunsa
belə əks göstərişdir (yenidoğulmuşların qan dövranında ölümcül seftriakson kalsium duzunun
çöküntüsünün əmələ gəlmə riski səbəbiylə).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdaki hallarda ehtiyatla istifadə etmək lazımdır.
Erkən doğulmuş körpələrdə və yenidoğulmuşlarda (≤28 gün) ağciyərlərdə və böyrəklərdə kalsium-
seftriakson çöküntüləri ilə ölümcül reaksiya halları təsvir edilmişdir.
Hər yaşda olan pasiyentlərdə seftriakson, kalsium tərkibli məhlullarla (müxtəlif infuziya xətləri və ya
infuziya yerləri vasitəsilə tətbiqi daxil olmaqla) qarışdırılmamalı və ya eyni vaxtda tətbiq edilməməlidir.
Bununla birlikdə, pasiyentlərdə (≥28 gün) seftriakson və kalsium tərkibli məhlullar, fərqli nahiyələrə
infuziya tətbiqi , infuziya xətlərinin dəyişdirilməsi və ya çöküntünün qarşısını almaq üçün fizioloji duz
məhlulu ilə infuziyalar arasında infuziya xətlərinin yaxşıca yuyulması hallarında bir-birinin ardınca
tətbiq oluna bilər. Hipovolemiya halında seftriakson və kalsium tərkibli məhsulların ardıcıl
infuziyalarından qaçınmaq lazımdır.
Ürək və ya ağciyər çatışmazlığı olan xəstələrdə xüsusi nəzarət altında yüksək həcmli infuziya istifadə
olunmalıdır.
Natrium xlorid olan məhlullar hipertenziya, ürək çatışmazlığı, periferik və ya ağciyər ödemi, böyrək
funksiyası pozğunluğu, preeklampsiya, aldosteronizm və ya natrium tutma ilə əlaqəli digər vəziyyət və
ya müalicə (məsələn, kortikosteroidlər) alan xəstələrə ehtiyatla verilməlidir.
Tərkibində kalium duzları olan məhlullar ürək xəstəliyi olan və böyrək və ya adrenokortikal çatışmazlıq,
kəskin dehidratasiya, ağır yanıqlar kimi hiperkalemiyaya meylli olan pasiyentlərdə ehtiyatla tətbiq
olunmalıdır.
Tərkibində kalsium duzları olan məhlullar venadaxili infuziya zamanı ekstravazasiyanın qarşısını almaq
üçün ehtiyatla tətbiq olunmalıdır.
Böyrək funksiyası pozulmuş və ya sarkoidoz kimi artmış D vitamini konsentrasiyası ilə əlaqəli
xəstəlikləri olan pasiyentlərə ehtiyatla verilməlidir
İnfuziya üçün Ringer məhlulunun qan köçürülməsi hallarında tətbiqi zamanı, laxtalanma riski səbəbiylə
eyni infuziya xətti ilə verilməməlidir.
Uzunmüddətli yeridilmə zamanı elektrolitlərin qandakı konsentrasiyasına və gündəlik diurezə nəzarət
edilməsi vacibdir.
Tərkibindəki xlorid ionlarına görə preparatdan uzunmüddətli istifadə məsləhət görülmür.
Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Seftriakson əlaqəli
Digər kalsium tərkibli infuziya məhlulları kimi, seftriakson və infuziya üçün Ringer məhlulu ilə müalicə
erkən doğulmuş körpələrdə və yenidoğulmuşlarda (≤28 gün) ayrı-ayrı infuziya xətləri istifadə olunsa
belə əks göstərişdir (yenidoğulmuşların qan dövranında ölümcül seftriakson kalsium duzunun
çöküntüsünün əmələ gəlmə riski səbəbiylə).
Hər yaşda olan pasiyentlərdə seftriakson, kalsium tərkibli məhlullarla (müxtəlif infuziya xətləri və ya
infuziya yerləri vasitəsilə tətbiqi daxil olmaqla) qarışdırılmamalı və ya eyni vaxtda tətbiq edilməməlidir.
Natriumla əlaqəli
Kortikositeroidlər və karbenoksolon qəbulu (su və natrium ləngiməsi ilə əlaqəli ödem və hipertenziya)
Kaliumla əlaqəli
Kalium qoruyucu diuretiklər (amilorid, sprinolakton, triamteren) və angiotenzin çevirici ferment (AÇF)
inhibitorları ilə birgə tətbiqində hiperkaliemiyanın inkişaf riski.
Qan plazmasında kaliumun konsentrasiyasını artıran və böyrək çatışmazlığı halında xüsusilə
hiperkaliemik təsiri artıraraq potensial ölümcül hiperkaliemiyaya səbəb ola bilən takrolimus,
siklosporinlə birgə istifadə.
Kalsiumla əlaqəli
Təsiri kalsiumun olması ilə artan və ciddi və ya ölümcül ürək aritmiyasına səbəb ola bilən ürək
qlikozidləri
Kalsiumla birlikdə tətbiq olunduqda hiperkalsiemiyaya səbəb ola bilən tiazid diuretiklər və ya D
vitamini.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparat ana üçün gözlənilən faydanın döl üçün mümkün riskdən artıq olduğu
hallarda tətbiq olunmalıdır. Müvafiq klinik məlumatların çatışmazlığı səbəbindən laktasiya zamanı
dərmandan istifadə edilməməlidir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
İstifadə qaydası və dozası
Uşaqlar və böyüklər
Doza pasiyentin yaşından, çəkisindən, klinik və bioloji şərtlərindən və eyni zamanda alınan digər
terapiyadan asılıdır. İnfuziya üçün məhlul əyani olaraq yoxlanıldıqdan sonra venadaxili yeridilir.
Tövsiyə olunan doza:
Yeniyetmələr və böyüklər üçün sutkalıq doza: 500 ml-3 l
Yeniyetmələr və böyüklərdə bədən çəkisinə görə infuziya nisbəti 40 ml/kq/24 saatdır.
Körpələr və uşaqlar üçün: 20-100 ml/kq /24 saat
Pediatrik xəstələrdə bədən çəkisinə görə infuziya nisbəti orta hesabla 5 ml/kq/saat təşkil edir və bu
nisbət yaşa görə dəyişir.
Ağır kəllə-beyin travması almış uşaqlarda doza orta hesabla 2850 ml / m2
-dir.
Müalicə kursu zamanı maye tarazlığı və elektrolit konsentrasiyaları izlənilməlidir.
Əlavə təsirləri
Ürək xəstəliyi və ya ağciyər ödemi olan xəstələrdə hiperhidratasiya və ürək çatışmazlığı.
Elektrolit pozğunluqları.
İnfuziya nahiyəsi ilə əlaqəli mənfi reaksiyalar (infuziya nahiyəsində infeksiya və ağrı, allergik reaksiya,
damarda qıcıqlanma, venadaxili tromboz və ya flebit )
Əlavə təsirlər müşahidə olunduqda infuziya dayandırılmalıdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı müvafiq simptomatik və dəstəkləyici tədbirlər görülməlidir.
Buraxılış forması
İnfuziya üçün məhlul.
Qan üçün 200 və ya 400 ml-lik, transfuziya və infuziya preparatları üçün uyğun olaraq 250 və ya 450
ml-lik süşə flakonda. 1 flakon, içlik vərəqlə birlikdə karton qutuya qablaşdırılmışdır.
450 ml-lik 15 flakon və ya 250 ml-lik 28 flakon, 5 və ya 10 içlik vərəqlə birlikdə qofrokarton qutuya
qablaşdırılmışdır (stasionar üçün).
Saxlanma şəraiti
25оС-dən çox olmayan temperaturda, işıq şüalarından uzaq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Daşınma zamanı dərmanın qısa müddət ərzində dondurulmasına icazə verilir.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Mir MMC, Rusiya Federasiyası.
355035, ş. Stavropol, Staromarebskoe şose, 9 Q, s. 43.
Tel.: (8652) 946814.