Pharmed
RINGER 250ML SISTEM DIAMED (15)
RİNGER LAKTAT venadaxili infuziya üçün məhlulu
RINGER LACTATE
Beynəlxalq patentləşdirilməmiş adı: Ringer’s Lactate
RINGER Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 6,00 mq natrium xlorid, 0,40 mq kalium xlorid, 0,27
mq kalsium xlorid dihidrat, 3,20 mq natrium laktat vardır.
Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Rəngsiz, şəffaf, qoxusuz məhluldur.
Farmakoterapevtik qrupu
Plazma əvəzedicisi və infuziya üçün məhlul/elektrolitlər.
ATC kodu: B05BB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Ringer laktat məhlulu elektrolitlərin izotonik məhluludur. Ringer laktat məhlulunun tərkib hissələri və
onların konsentrasiyası plazmadakı konsentrasiyalara uyğunlaşdırılıb.
Ringer laktat məhlulunun farmakoloji xüsusiyyətləri onun komponentlərinin (natrium, kalium, kalsium,
xlorid və laktat) xüsusiyyətləri ilə eynidir. Laktat əsasən qaraciyərdə bikarbonata çevrilir və plazmaya
qələviləşdirici təsir göstərir.
Ringer laktat məhlulunu qəbul edən sağlam könüllülərdə mərkəzi venoz təzyiq dəyişiklikləri atrial
natriuretik peptidin ifrazı ilə əlaqələndirilib.
Sağlam könüllülərdə Ringer laktat məhlulu zərdabın osmolyarlığını azaltmış, qanın pH səviyyəsini
yüksəltmiş və ilk sidiyə çıxana qədər olan vaxt fizioloji məhlul köçürülməsi ilə müqayisədə daha qısa
olmuşdur.
Ringer laktat məhlulu qəbul edən aorta cərrahiyyəsi olan xəstələrdə qlükaqon, norepinefrin, epinefrin, qan
qlükoza və insulin səviyyələrində əhəmiyyətli dəyişiklik yoxdur.
Farmakokinetikası
Ringer laktat məhlulunun farmakokinetik xüsusiyyətləri onun tərkibinə daxil olan ionların (natrium,
kalium, kalsium və xlorid) xüsusiyyətləridir.
Normal hemodinamik cəhətdən stabil olan yetkinlərdə Ringer laktat məhlulunun infuziyası dövriyyədə olan
laktat konsentrasiyasını artırmır.
D-laktat və L-laktatın farmakokinetikası oxşardır. Ringer laktat məhlulunda olan laktat, əsasən, qaraciyərdə
həm oksidləşmə, həm də qlükoneogenez yolu ilə metabolizə olunur və bikarbonat 1-2 saat ərzində hər iki
proseslə əmələ gəlir.
Ringer laktat məhluluna dərman əlavə edildikdə, məhlulun ümumi farmakokinetikası istifadə olunan
dərmanın xarakterindən asılı olacaq.
İstifadəsinə göstərişlər
İnfuziya üçün Ringer laktat məhlulu aşağıdakı hallar üçün göstərişdir:
• Hüceyrədənkənar maye və elektrolit balansının bərpası və ya elektrolitlərin izotonik konsentrasiyası
kifayət qədər olduqda hüceyrədənkənar maye itkisinin əvəz edilməsi
• Hipovolemiya və ya hipotenziya zamanı qısamüddətli həcm təminatı (tək və ya kolloid ilə birlikdə).
• Turşu-qələvi balansının tənzimlənməsi və ya saxlanması və/və ya yüngül və ya orta dərəcəli metabolik
asidozun müalicəsi (laktik asidoz istisna olmaqla)
Əks göstərişlər
Ringer laktat məhlulu aşağıdakı xəstəlikləri olanlara əks göstərişdir:
• Natrium laktata qarşı yüksək həssaslıq
• Hüceyrədənkənar hiperhidrasiya və ya hipervolemiya
• Ağır böyrək çatışmazlığı (oliquriya/anuriya ilə)
• Kompensasiya olunmamış ürək çatışmazlığı
• Hiperkaliemiya
• Hiperkalsiemiya
• Metabolik alkaloz
• Assitik sirroz
• Şiddətli metabolik asidoz
• Laktat səviyyəsinin artması (hiperlaktatemiya), o cümlədən laktik asidoz və ya ağır qaraciyər
çatışmazlığı kimi laktat istifadəsinin pozulması ilə əlaqəli vəziyyətlər
• Yanaşı digitalis terapiya
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hiperhəssaslıq reaksiyaları
Şübhəli yüksək həssaslıq reaksiyasının hər hansı əlaməti və ya simptomları yaranarsa, infuziya dərhal
dayandırılmalıdır. Klinik göstərişlərə uyğun olaraq müvafiq terapevtik əks tədbirlər həyata keçirilməlidir.
Uyuşmazlığı
Seftriakson: yaşı 28 gündən çox olan xəstələrə (böyüklər də daxil olmaqla) seftriakson eyni infuziya xətti
ilə Ringer laktat məhlulu da daxil olmaqla kalsium tərkibli məhlullarla eyni zamanda venadaxili
yeridilməməlidir. Eyni infuziya xətti ardıcıl tətbiq üçün istifadə edilərsə, müvafiq maye ilə infuziyalar
arasında xətt yaxşıca yuyulmalıdır.
Hipernatriemiya
Ringer laktat məhlulunun tətbiqi üçün əsas səbəb müəyyənləşdikdən və alternativ venadaxili mayelər
diqqətlə nəzərdən keçirildikdən sonra hipernatriemiyası olan xəstələrə tətbiq edilə bilər. Müalicə zamanı
plazma natriumunun və həcminin nəzarəti tövsiyə olunur.
Ringer laktat məhlulu hipernatriemiyaya meyilli olan xəstələrdə (məsələn, adrenokortikal çatışmazlıq,
diabet insipidus və ya geniş toxuma zədələnməsi) və ürək xəstəliyi olan xəstələrdə xüsusilə ehtiyatla tətbiq
edilməlidir.
Hiperxloremiya
Ringer laktat məhlulunun tətbiqi üçün əsas səbəb müəyyənləşdikdən və alternativ venadaxili mayelər
diqqətlə nəzərdən keçirildikdən sonra hiperxloremiyası olan xəstələrə tətbiq edilə bilər. Müalicə zamanı
plazma xlorid və turşu-qələvi balansının nəzarəti tövsiyə olunur.
Ringer laktat məhlulu hiperxloremiyaya meyilli olan xəstələrə (məsələn, böyrək çatışmazlığı və böyrək
boru asidozu, diabet insipidus) və sidik ifrazı pozulmuş xəstələrə və ya müəyyən diuretiklər (karbon
anhidraz inhibitorları, məsələn, asetazolamid) və ya steroid qəbul edən xəstələrə, (androgenlər, estrogenlər
kortikosteroidlər) və yüksək dehidrasiyalı xəstələrə xüsusi ehtiyatla təyin edilməlidir.
Kalium çatışmazlığı olan xəstələrdə istifadəsi
Ringer laktat məhlulu plazmadakı konsentrasiyaya bənzər kalium konsentrasiyasına malik olsa da, ağır
kalium çatışmazlığı halında faydalı təsir göstərmək üçün kifayət deyil və buna görə də bu məqsədlə istifadə
edilməməlidir.
Hiperkaliemiya riski olan xəstələrdə istifadəsi
Ringer laktat məhlulu hiperkaliemiyaya meyilli olan xəstələrə (məsələn, ağır böyrək çatışmazlığı və ya
adrenokortikal çatışmazlıq, kəskin dehidrasiya və ya geniş toxuma zədələnməsi və ya yanıqlar) və ürək
xəstəliyi olan xəstələrə xüsusi ehtiyatla tətbiq edilməlidir. Hiperkaliemiya riski olan xəstələrdə xəstənin
plazma kalium səviyyəsi xüsusilə diqqətlə izlənilməlidir.
Hiperkalsiemiya riski olan xəstələrdə istifadəsi
Kalsium xlorid qıcıqlandırıcı reaksiya yarada bilər, buna görə venadaxili yeridilmə zamanı
ekstravazasiyanın qarşısını almaq üçün diqqətli olmaq lazımdır və əzələdaxili sızmadan çəkinmək lazımdır.
Tərkibində kalsium duzları olan məhlullar hiperkalsiemiyaya meyilli olan xəstələrdə, məsələn, böyrək
çatışmazlığı və sarkoidoz, kalsium böyrək daşları və ya anamnezində kalsitriol sintezinin artması ilə əlaqəli
qranulomatoz xəstəlikləri olan xəstələrdə ehtiyatla istifadə edilməlidir.
Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi
Ringer laktat məhlulu böyrək çatışmazlığı olan xəstələrə xüsusi ehtiyatla tətbiq olunmalıdır. Belə xəstələrdə
Ringer laktat məhlulunun tətbiqi natrium və/və ya kaliumun tutulmasına səbəb ola bilər.
Hiponatriemiya
Qeyri-osmotik vazopressin ifrazı olan xəstələr ( məsələn , kəskin xəstəlik, ağrı, əməliyyatdan sonrakı stress,
infeksiyalar, yanıqlar və MSS xəstəlikləri), ürək, qaraciyər və böyrək xəstəlikləri olan xəstələr və
vazopressin aqonistlərinə məruz qalan xəstələr (bax: bölmə 4.5) hipotonik mayelərin infuziyası zamanı
kəskin hiponatriemiya riski altındadırlar.
Kəskin hiponatriemiya baş ağrısı, ürəkbulanma, qıcolma, letargiya və qusma ilə xarakterizə olunan kəskin
hiponatriemik ensefalopatiyaya (beyin ödemi) səbəb ola bilər. Serebral ödemi olan xəstələr xüsusilə ağır,
geri dönməz və həyati təhlükəsi olan beyin zədəsi riski altındadırlar.
Uşaqlar, fertil yaşda olan qadınlar və serebral uyğunluğu azalmış xəstələr (məsələn, meningit, kəllədaxili
qanaxma, serebral kontuziya və beyin ödemi) kəskin hiponatriemiyanın səbəb olduğu ağır və həyati
təhlükəsi olan beyin ödemi risk altındadırlar.
Ringer laktat məhlulu hipervolemik və ya həddindən artıq hidratasiya izlənən xəstələrə xüsusi ehtiyatla
tətbiq edilməlidir.
Alkaloz riski olan xəstələrdə istifadəsi
Ringer laktat məhlulu alkaloz riski olan xəstələrə xüsusi ehtiyatla təyin olunmalıdır. Laktat bikarbonata
metabolizə edildiyi üçün qəbulu metabolik alkalozla nəticələnə və ya pisləşə bilər. Qıcolma laktatın səbəb
olduğu alkaloz nəticəsində baş verə bilər, lakin bu, nadir hallarda rast gəlinir.
Sitrat antikoaqulyant/donor qanın qəbulu
Tərkibindəki kalsium ilə çökdürülmüş laxtalanma riski ilə əlaqədar olaraq, Ringer laktat məhlulu sitrat
antikoaqulyasiya edilmiş/donor qanla eyni boruya əlavə edilməməli və ya eyni vaxtda tətbiq edilməməlidir.
2-ci tip diabetli xəstələrdə istifadəsi
Laktat qlükoneogenez üçün substratdır. Buna görə də, Ringer laktat qəbul edən xəstələrdə qlükoza
səviyyəsinə diqqətlə nəzarət edilməlidir.
Digər dərmanların əlavə edilməsi və ya yanlış tətbiq üsulu pirogenlərin daxil olması ehtimalı səbəbindən
qızdırma reaksiyaları yarada bilər. Bu halda infuziya dərhal dayandırılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıda sadalanan dərmanlar vazopressinin təsirini artırır, bu da böyrəklərdən elektrolitsiz suyun ifrazının
azalmasına gətirib çıxarır və VD mayelərlə qeyri-adekvat balanslaşdırılmış müalicədən sonra xəstəxanada
hiponatriemiya riskini artıra bilər.
• Vazopressinin sərbəst ifrazını stimullaşdıran dərmanlara aşağıdakılar daxildir: xlorpropamid, klofibrat,
karbamazepin, vinkristin, selektiv serotoninin geriyə udulmasının inhibitorları, 3.4- metilendioksi-Nmetamfetamin, ifosfamid , antipsikotiklər, narkotiklər
• Vazopressinin təsirini gücləndirən dərmanlara aşağıdakılar daxildir:
- Xlorpropamid, QSİƏP, siklofosfamid
• Vasopressinin analoqlarına aşağıdakılar daxildir:
- Desmopressin, oksitosin, terlipressin
Natriumun əlaqəli qarşılıqlı təsiri:
Ringer laktat məhlulunu kortikosteroidlər kimi natrium və maye toplanması riskini (ödem və hipertoniya
ilə) artıra bilən dərmanlarla müalicə olunan xəstələrə təyin edərkən ehtiyatlı olmaq tövsiyə olunur.
Kalium ilə əlaqəli qarşılıqlı təsir:
Tərkibində kalium olduğuna görə Ringer laktat məhlulu hiperkaliemiyaya səbəb ola bilən və ya
hiperkaliemiya riskini artıra bilən dərman vasitləri ilə müalicə olunan xəstələrə ehtiyatla təyin olunmalıdır.
• Kaliumun bədəndən çıxarılmasının qarşısını alan diuretiklər (amilorid, spironolakton, triamteren, tək və
ya birlikdə).
• Angiotenzin çevirici ferment inhibitorları (ACEi) və angiotenzin II reseptor antaqonistləri
• Takrolimus, siklosporin
Kalsium ilə əlaqəli qarşılıqlı təsiri
Kalsiumun qəbulu digitalisin təsirini artıra və ciddi və ya ölümcül ürək aritmiyasına səbəb ola bilər. Buna
görə də, digitalis qlikozidləri ilə müalicə olunan xəstələrdə ehtiyatla daha böyük həcmdə və ya daha sürətli
infuziya sürətindən istifadə edilməlidir.
• Ringer laktat məhlulunu tiazid diuretikləri və ya D vitamini ilə müalicə olunan xəstələrə təyin edərkən
ehtiyatlı olmaq tövsiyə olunur, çünki bunlar hiperkalsemiya riskini artıra bilər.
• kalsiumla birlikdə qəbul edildikdə daha az sorulur.
Laktatın (bikarbonata metabolizə olunan) olması ilə əlaqəli qarşılıqlı təsir:
Böyrək eliminasiyası pH-dan asılı olan dərmanlarla müalicə olunan xəstələrə Ringer laktat məhlulunu təyin
edərkən ehtiyatlı olmaq tövsiyə olunur. Laktatın qələviləşdirici təsiri (bikarbonatın əmələ gəlməsi)
səbəbindən Ringer laktat məhlulu bu cür dərmanların xaric edilməsinə mane ola bilər.
• Salisilatlar, barbituratlar və litium kimi turşu dərmanların böyrək klirensi, laktat mübadiləsi nəticəsində
sidiyi bikarbonatla qələviləşdirməsi səbəbindən artırıla bilər.
• Simpatomimetiklər (məsələn, efedrin, psevdoefedrin) və stimulantlar (məsələn, deksamfetamin sulfat,
fenfluramin hidroxlorid) kimi qələvi dərmanların böyrək klirensi azala bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ringer laktat məhlulu hamiləlik və laktasiya dövründə elektrolit və maye balansına nəzarət altında istifadə
edilə bilər.
Kalsiumun plasentadan keçdiyi və ana südünə qarışdığı bildirilir.
Ringer laktat məhlulu hamilə qadınlar üçün doğuş zamanı, xüsusən oksitosinlə birlikdə qəbul edildikdə,
serum-natriuma görə xüsusi ehtiyatla təyin edilməlidir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlum deyil. Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor
reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
RINGER İstifadə qaydası və dozası
• böyüklər üçün: 500 ml-3 l/24 saat
• yenidoğulmuş, körpələr və uşaqlar üçün: 20-100 ml/kq/24 saat
Yetkinlərdə infuziya dərəcəsi adətən 40 ml/kq/24 saat təşkil edir.
Məhlul aseptik texnikadan istifadə edərək steril və qeyri-pirogen tətbiq dəsti vasitəsilə venadaxili yeridilmə
üçün nəzərdə tutulub. Hava axınının sistemə daxil olmasının qarşısını almaq üçün avadanlıq məhlulla tam
doldurulmalıdır.
Məhlul tətbiqdən əvvəl hissəciklər və rəng dəyişikliyi üçün vizual olaraq yoxlanılmalıdır. Məhlul şəffaf,
görünən hissəciklərdən təmizlənmiş deyilsə və bağlama zədəlidirsə, məhsulu istifadə etməyin.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10);
bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda (≥ 1/10000 - < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum
deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Aşağıdakı əlavə reaksiyalar bu dərmanın tətbiqi zamanı qeydə alınmışdır.
İmmunitet sistemi xəstəlikləri
Aşırı həssaslıq/infuziya reaksiyaları, o cümlədən, anafilaktik/anafilaktoid reaksiya, ehtimal ki, aşağıdakı simptomlardan biri və ya bir neçəsi ilə özünü göstərir:
angioödem, sinə ağrısı, döş qəfəsində narahatlıq, taxikardiya, qan
təzyiqinin azalması, tənəffüs çətinliyi, bronxospazm, nəfəs darlığı, ürək
ağrısı, öskürək, övrə, qaşınma, eritema, qızartı, boğazın qıcıqlanması,
paresteziyalar, oral hipoesteziya, disqevziya, ürəkbulanma, narahatlıq,
pireksiya, baş ağrısı
Maddələr mübadiləsi və qidalanma
pozğunluqları
Hiperkaliemiya
Xəstəxanalıq hiponatriemiya*
Sinir sisteminin pozğunluqları Kəskin hiponatriemik ensefalopatiya*
Ümumi pozğunluqlar və idarəetmə
sahəsinin şərtləri
Aşağıdakı simptomlardan biri və ya bir neçəsi ilə özünü göstərən infuziya
yeri reaksiyaları: flebit, infuziya yerinin iltihabı, infuziya yerinin şişməsi,
infuziya yerində səpki, infuziya yerində qaşınma, infuziya yerində eritema,
infuziya yerində ağrı, infuziya yerində yanma hissi
*Xəstəxanadaxili hiponatriemiya, tezliyi bilinməyən kəskin hiponatriemik ensefalopatiyanın inkişafı səbəbindən
geridönməz beyin zədəsi və ölümə səbəb ola bilər.
Həmçinin tərkibində natrium-laktat olan məhlulların istifadəsi zamanı aşağıdakı mənfi reaksiyalar qeydə
alınmışdır.
• Həddindən artıq həssaslıq: qırtlaq ödemi (Kvinke ödemi), dərinin şişməsi, burun tıxanıqlığı, asqırma
• Elektrolit pozğunluqlar
• Hipervolemiya
• Panik atak
• İnfuziya yerindəki digər reaksiyalar: inyeksiya yerində infeksiya, ekstravazasiya, infuziya yerində
anesteziya (uyuşma)
Doza həddinin aşılması
Ringer laktat məhlulunun həddindən artıq həcmi və ya çox yüksək qəbulu, xüsusilə böyrək natrium ifrazı
pozulduqda, ödem (periferik və/və ya ağciyər) riski ilə maye və natriumun həddindən artıq yüklənməsinə
səbəb ola bilər.
Kalsium duzlarının həddindən artıq qəbulu hiperkalsiemiyaya səbəb ola bilər. Hiperkalsiemiyanın
simptomları arasında anoreksiya, ürəkbulanma, qusma, qəbizlik, qarın ağrısı, əzələ zəifliyi, psixi
pozğunluqlar, polidipsiya, poliuriya, nefrokalsinoz, böyrək daşları və ağır hallarda ürək aritmiyaları və
koma ola bilər. Kalsium duzlarının çox sürətli venadaxili yeridilməsi də hiperkalsiemiyanın bir çox
simptomlarına, eləcə də tabaşir dadına, isti qızartılara və periferik vazodilatasiyaya səbəb ola bilər. Yüngül
asimptomatik hiperkalsiemiya adətən kalsiumun və vitamin D kimi digər köməkçi dərmanların qəbulunun
dayandırılması ilə aradan qalxır. Əgər hiperkalsiemiya ağırdırsa, təcili müalicə (məsələn, ilgək diuretiklər,
hemodializ, kalsitonin, bifosfonatlar, trisodium edetat) tələb olunur.
Laktatın həddindən artıq qəbulu metabolik alkaloza səbəb ola bilər. Metabolik alkaloz hipokaliemiya ilə
müşayiət oluna bilər. Simptomlara əhval dəyişikliyi, yorğunluq, nəfəs darlığı, əzələ zəifliyi və nizamsız
ürək döyüntüsü daxil ola bilər. Xüsusilə hipokalsiemik xəstələrdə əzələ hipertonusu və tetaniya inkişaf edə
bilər. Bikarbonatın həddindən artıq doza istifadəsi səbəbindən metabolik alkalozun müalicəsi, əsasən, maye
və elektrolit balansının müvafiq korreksiyasından ibarətdir. Kalsium, xlorid və kaliumun dəyişdirilməsi
xüsusi əhəmiyyət kəsb edə bilər.
Doza həddinin aşılması infuziya edilmiş məhlula əlavə edilən dərmanlarla əlaqəli olduqda, həddindən artıq
infuziyanın əlamətləri və simptomları istifadə olunan əlavənin təbiəti ilə əlaqəli olacaqdır. Təsadüfən
infuziya çox yeridildikdə, müalicə dayandırılmalı və xəstə tətbiq olunan dərmanla əlaqədar müvafiq
əlamətlər və simptomlar üçün müşahidə edilməlidir. Zəruri hallarda müvafiq simptomatik və dəstəkləyici
tədbirlər həyata keçirilməlidir.
Buraxılış forması
100 ml, 200 ml, 250 ml, 400 ml və 500 ml BFS (üfürmə-doldurma-möhürləmə) üsulu ilə istehsal edilmiş
PP (polipropilen) flakonlarda, ikincili qapaqlı qablaşdırma şəklində karton qutularda verilir.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
DIAMED Development Group.
AZ1077, Bakı şəhəri, Pirallahı rayonu, İlqar Məcidov küç., ev 28E.