Pharmed
RIDACTONE 100MG N30 TB
RİDAKTON
RİDAKTON Tərkibi
Təsiredici maddələr:1 tabletin tərkibində 100 mq spironolakton vardır
Köməkçi maddələr: kalsium sulfat dihidrat, kroskarmelloza natrium, laktoza monohidrat,
krospovidon, qarğıdalı nişastası, HPMC 606, natrium laurilsulfat, kolloidal
silisium dioksid, maqnezum stearat, Opadry (II).
Farmakoterapevtik qrupu
Diuretik dərman preparatı.
ATC kodu: C03DA01.
Farmakoloji xüsusiyyətləri
Ridakton sidikqovucu (diuretik) dərman preparatları qrupuna aiddir.
Topuqlarınızda şişkinlik varsa və ya kəsik-kəsik nəfəs alırsınızsa həkimə müraciət edin. Bu
vəziyyət orqanizminizdə maye miqdarının artması ilə bağlı olaraq ürəyinizin qanı qovma gücünün
(nasos funksiyasının) zəifləməsi ilə əlaqədar ola bilər. Bu vəziyyət durğunluq ürək çatışmazlığı
adlandırılır. Çoxlu mayenin orqanizminizdə dövr etməsi ürəyinizin çox işləməsi deməkdir.
Həkiminiz orqanizminizdə olan artıq mayeni orqanizminizdən xaric etmək üçün Sizə RİDAKTON
təyin edəcəkdir. Ridakton istifadə etdiyiniz zaman sidiyəgetməyə daha çox ehtiyac duyacaqsınız.
Beləliklə, artıq maye sidiyinizlə xaric olacaqdır.
İstifadəsinə göstərişlər
Ridakton əsasən aşağıdakı halların müalicəsi üçün istifadə olunur:
Essensial hipertenziya (səbəbi məlum olmayan hipertenziya)
Nefrotik sindrom (orqanizmdə çoxlu miqdarda mayenin toplanmasına səbəb olan böyrək xəstəliyi)
Assit (məsələn, qarın boşluğunda qaraciyər sirrozunun səbəb olduğu maye toplanması)
Birincili aldosteronizm (Aldosteron hormonunun səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq
orqanizmdə mayenin toplanması)
Diüretiklərlə birliktə hipokaliemiya/hipomaqneziemiyanın (qanda kalium səviyyəsinin normadan
aşağı düşməsi) kompleks müalicəsində
Zəif-orta-ciddi simptomlarla müşahidə olunan ürək çatışmazlığının (NYHA II-IV) müalicəsində
standart müalicəyə əlavə kimi
Əks göstərişlər
Spironolaktona və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq
Addison xəstəliyi (böyrəküstü vəzilərin funksiyasının zəifləməsi)
Spironolakton-a qarşı keçmişdə qeyri-adi və ya allergik reaksiyanın olması
Hiperkaliemiya (qanda kaliumun səviyyəsinin yüksəlməsi)
Sidiyəgetmədə çətinlik
Kəskin və ciddi böyrək çatışmazlığı
Laktasiya dövrü:
Eplerenon (xroniki ürək çatışmazlığının müalicəsi üçün istifadə olunur) ilə birlikdə istifadə
Kaliumqoruyucu diüretik tablet və ya kalium əlavəsi tabletlərinin istifadəsi zamanı.
Yuxarıda göstərilən hallarda bu dərmandan istifadə etməyin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrək və ya qaraciyər xəstəliyi varsa
Hamiləlik dövründə:
Qanda natriumun səviyyəsinin düşməsinə (hiponatriemiya) səbəb ola biləcək digər diuretik
tabletlərlə Ridaktonun birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Bu xəbərdarlıqlar hətta keçmişdə olsa belə Sizə şamil edilə bilərsə, lütfən bu barədə həkiminizə
məlumat verin.
Ridaktonun tərkibində olan bəzi köməkçi maddələr barədə mühüm məlumatlar
Ridaktonun tərkibində olan köməkçi maddələrə qarşı yüksək həssaslığınız yoxdursa, bu
maddələrlə bağlı qeyri-adi təsir gözlənilməz.
Böyrək çatışmazlığı olan hipertenzivli pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
Pediatrik pasiyentlərdə hiperkaliemiya riski səbəbindən ehtiyatla təyin edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Sizin üzərinizdə anesteziyaedici preparatdan istifadə edilməklə cərrahi əməliyyat
keçiriləcəksə, həkiminizə Ridakton qəbul etdiyiniz barədə məlumat verin.
Əgər aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə həkiminizin Ridaktonun dozasına
düzəliş etməsi lazım gələ bilər.
Diqoksin və ya karbenoksolon,
Yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunan dərmanlar,
Digər diuretiklər,
Aspirin və ya ibuprofen kimi qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP),
Kalium əlavələri:
Qanın laxtalanmasının qarşısını almaq üçün istifadə olunan heparin və ya aşağımolekullu heparin
Əgər resept əsasında və ya reseptsiz buraxılan hər hansı digər dərman istifadə edirsinizsə və ya
yaxın zamanlarda istifadə etmisinizsə, lütfən bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşinz.
Hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa,
bunu həkiminizə bildirin. Həkiminiz lazım bilərsə, Ridaktonu istifadə edə bilərsiniz. Müalicə
müddətində hamilə qaldığınızı hiss etsəniz, bunu dərhal həkiminizə və ya əczaçıya bildirin.
Laktasiya:
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşinz.
Əgər südəmər uşağınız varsa Ridakton istifadə etməyin.
Əgər laktasiya dövründə Ridaktonun istifadəsi üçün zərurət yaranarsa, o zaman südəmər
uşağınızın qidalanması üçün alternativ yolların təyin edilməsi üçün həkiminizlə məsləhətləşin
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Ridakton nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsir göstərə bilər (yuxululuq və başgicəllənmə kimi əlamətlər yarandığı üçün). Nəqliyyat
vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.
RİDAKTON İstifadə qaydası və dozası
Ridakton daxilə qəbul edilir.
Həkiminiz və ya əczaçı başqa cür tövsiyə verməzsə, aşağıdakı təlimatlara əməl edin.
Həkiminiz Sizə hansı dozada Ridakton lazım olduğunu müəyyən edəcək. Bu doza müxtəlifdir və
həkiminiz Sizin üçün uyğun olan dozanı seçəcəkdir. Böyüklər preparatı gündə 1 dəfə birdəfəlik
doza şəklində və ya dozanı bölünmüş şəkildə gündə bir neçə dəfəyə qəbul edə bilərlər. Qida ilə
birlikdə qəbul edilməlidir.
Böyüklər üçün doza 25 mq-la 200 mq Ridakton arasında dəyişə bilər. Preparatı hansı dozada
qəbul edəcəyinizə əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Müxtəlif yaş qrupları:
Uşaqlarda istifadəsı:
Uşaqlar üçün doza (tabletlərin sayı) onların bədən kütləsindən asılı olaraq təyin edilir. Həkiminiz
uşağınız üçün lazım olan tabletlərin sayını Sizə bildirəcəkdir.
Yaşlılarda istifadəsi:
Həkiminiz Sizin müalicənizi aşağı doza ilə başlayacaq və lazım olan effekt əldə edilənə qədər
dozanı tədricən artıracaqdır.
Xüsusi hallarda istifadəsi:
Böyrək çatışmazlığı:
Kəskin böyrək çatışmazlığı və böyrək funksiyalarının zəifləməsi və ya pozğunluğu hallarında bu
dərman preparatı istifadə olunmamalıdır.
Qaraciyər çatışmazlığı:
Qaraciyərin dərmanın metabolizmini və orqanizmdən xaric olmasını dəyişdirə biləcək ağır
çatışmazlığı zamanı preparat ehtiyatla istifadə olunmalıdır.
Əgər Ridaktonun təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, bu barədə
həkiminizə və ya əczaçıya məlumat verin.
Ridaktonu istifadə etməyi unutduqda:
Əgər bir dozanın qəbulunu unutmusunuzsa və növbəti dozanın vaxtına çox qalmışdırsa, onu
xatırlayan kimi qəbul edin.
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
Ridakton ilə müalicə qurtardıqdan sonra meydana çıxa biləcək təsirlər:
Hətta özünüzü yaxşı hiss etsəniz həkiminiz dərmanın qəbulunu dayandırmağınız barədə qərar
verməyənə qədər dərmanın qəbulunu davam etdirin.
Əgər dərmanın qəbulunu lazım olduğundan tez dayandırsanız, vəziyyətiniz pisləşə bilər.
Dərmanın qəbuluna dair suallarınız olarsa, həkiminizlə məsləhətləşin
Ridaktonun qida və içkilərlə birlikdə istifadəsi:
Ridakton qida ilə birlikdə qəbul edilə bilər.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, Ridaktonun tərkibində olan maddələrə qarşı həssas olan insanlarda əlavə
təsirlər meydana çıxa bilər.
Əlavə təsirlər aşağıdakı tezliyinə görə aşağıdakı kimi sadalanır.
Çox tez-tez: 10 xəstədən ən azı birində rast gələ bilər.
Tez-tez:10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda rast gələ bilər.
Bəzən:100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən çoxunda rast gələ bilər.
Nadir : 1000 xəstənin birindən azında rast gələ bilər.
Çox nadir : 10000 xəstənin birindən azında rast gələ bilər.
Məlum deyil: əldə olan məlumatlara əsasən tezliyi qiymətləndirmək mümkün deyil
Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, Ridaktonu istifadə etməyi dayandırın
və DƏRHAL həkiminizə və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək
lazımdır:
Məlum deyil:
Dodaqlarda və bədənin digər hissələrində qaşınma və qabar (Stivens-Conson sindromu)
Dərinin və gözlərin saralması (sarılıq), Ridakton qaraciyərin funksional pozğunluğuna səbəb ola
bilər.
Ürəyin aritmiyası, sancma hissi, tənəffüsün tormozlanması və ya nəfəsalmanın çətinləşməsi,
qanda kaliumun səviyyəsinin yüksəlməsini göstərən simptomlar meydana çıxa bilər. Həkiminiz
kaliumun və digər elektrolitlərin səviyyəsinə nəzarət etmək üçün müntəzəm olaraq qan analizləri
vermənizi istəyəcəkdir. Əgər lazım bilərsə, müalicənizi dayandıra bilər.
Bunların hamısı çox ciddi əlavə təsirlərdir.
Əgər bunlardan hər hansı biri Sizdə mövcuddursa, təcili tibbi müdaxiləyə və ya xəstəxanaya
yerləşdirilməyinizə ehtiyac yarana bilər.
Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, həkimə müraciət etmək lazımdır:
Məlum deyil:
Ürəkbulanma, dispepsiya
Yuxululuq, başgicəllənmə
Qadınlarda menstruasiya ilə bağlı problemlər
Qadın və kişilərdə cinsi həvəsin (libido) dəyişməsi
Orqanizmdə elektrolitlərin səviyyəsində nizamsızlıq (qanda kalsiumun səviyyəsinin yüksəlməsi)
Leykositlərin sayının azalması (leykopeniya); qanın laxtalanması prosesində iştirak edən qan
hüceyrələrinin (trombositlərin) sayının azalması (trombositopeniya)
Kişilərdə döşlərin böyüməsi (ginekomastiya) (bu vəziyyət müalicə qurtardıqdan sonra keçir),
sinədə yumrulaşma, sinədə ağrı
Qadınlarda səsin qalınlaşması
Dəridə qızartı, ümumi qaşınma
Övrə və qaşınmanın inkişafı ilə dəridə allergik reaksiya; həddindən artıq tüklənmə (hipertrikoz)
Saçların tökülməsi
Ümumi yorğunluq, əzələ spazmları
Kəskin böyrək çatışmazlığı
Bunlar Ridaktonun zəif əlavə təsirləridir.
Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə
həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Lazım olduğundan artıq Ridakton qəbul etmisinizsə, həkimlə və ya əczaçı ilə məsləhətləşin.
Doza həddinin aşılmasının simptomları keyləşmə və başgicəllənmədir. Ürəkbulanma, qusma və ya
diareya və başgicəllənmə baş verə bilər.
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.